Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin


Latest News  
Accessibility rating: Public Finance Information
National NGOs report of the 2004 BTC Pipeline (Azerbaijan section) monitoring program
OSI-AF announces completion of important phase of the BTC Pipeline Monitoring Project
Challenges of BTC pipeline monitoring
Article from ECHO
IFC Press Release
Workshop for Reporters on Covering Oil Wealth
General Press Release
Workshop for Reporters on Covering Oil Wealth
Press Release - Day 1
Workshop for Reporters on Covering Oil Wealth
Press Release - Day 2
Workshop for Reporters on Covering Oil Wealth
Press Release - Day 3

About  
About CRW
Concept
Strategy
About PWYP
EITI in Azerbaijan
   Coalition "On improving transparency in extractive industries"
BTC Pipeline Monitoring
   Memorandum of Understanding - OSI and BP [az] [en]
   List of selected monitors
   Minutes on selection processes
   BTC Monitoring Report
Book and Overview
Report Overview [eng]
Report Overview [aze]
Report Overview [rus]
Full Text of the Report
"Public Finance" magazine #1


International Launch  
Conferences  
The Hazards of Petroleum Wealth: A Workshop for Reporters
Baku, Azerbaijan
November 19-21, 2003
Caspian Oil Windfalls: WHO WILL BENEFIT?
Washington, USA
May 12, 2003
Caspian Oil Windfalls: WHO WILL BENEFIT?
Baku, Azerbaijan
May 29, 2003
Caspian Oil Windfalls: WHO WILL BENEFIT?
Almaty, Kazakhstan
June 2, 2003
"Can the Caspian Avoid the Oil Curse?"
London
June 11, 2003
"Caspian Oil: EU Interests and Concerns"
Brussels
June 13, 2003
Training for NGO
Baku, Azerbaijan
May 2003
Competition for Journalists
Baku, Azerbaijan
July 2002
Oil Funds
Baku, Azerbaijan
July 18 2002

Links  
Caspian Revenue Watch / NY
Extractive Industries Transparency Initiative (EITI)
Extractive Industries Transparency Initiative (EITI)
Public Policy Research Center / Kazakhstan
Iraq Revenue Watch
Kazakhstan Revenue Watch
Public Finance Monitoring Center
Azerbaijan Oil Industry
EBRD NGO dialogue


"MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI"
Koalisiyası haqqında

ƏSASNAMƏ

13 may 2004-cü il

  1. Koalisiyanın məqsədləri
    Koalisiyanın məqsədləri aşağıdakılardır:
    • Təbii sərvətlərin istismarından əldə olunan və Azərbaycanın payına düşən gəlirlərin tam həcmdə dövlətə çatması, onların etibarlı saxlanması və səmərəli istifadəsinə ictimai nəzarətin təşkili və həyata keçirilməsi;
    • Təbii sərvətlərin istismarı və əldə olunan gəlirlər barədə Azərbaycan vətəndaşlarının məqbul səviyyədə məlumatlandırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi və o cümlədən dövlət orqanları və şirkətlərin bu sahədə fəaliyyətinə ictimai nəzarətin təşkili və həyata keçirilməsi;
    • vətəndaş cəmiyyəti institutlarının şəffaflıqla bağlı səylərinin birgə fəaliyyət formasına keçirilməsi və onların sayəsində ictimai fəallığın yüksəldilməsi;
    • Böyük Britaniya hökumətinin elan etdiyi və Azərbaycan hökumətinin qoşulduğu “Mədən sənayesində şəffaflıq təşəbbüsü”ndə Azərbaycan ictimai qurumlarının təmsil edilməsi.


  2. Koalisiyanın iştirakçıları
    • Koalisiya iştirakçısı istənilən qeyri-hökumət qurumları və ayrı-ayrı ictimai xadimlər və mütəxəssislər ola bilər.
    • Koalisiyaya üzv olmaq istəyən hüquqi və ya fiziki şəxs bu Əsasnamənin müddəaları ilə razı olmalı və müvafiq ərizə ilə Koalisiyanın rəhbər orqanına müraciət etməlidir.
    • Koalisiyaya üzvlük könüllüdür.
    • Koalisiyaya yeni üzvlər Koalisiya üzvlərinin ən azı 2/3-nin razılığı əsasında qəbul edilir.
    • Koalisiyaya üzvlük istənilən anda üzv tərəfindən dayandırıla bilər.


  3. Koalisiyanın hüquqi statusu
    Koalisiya hüquqi şəxs deyildir.

  4. Koalisiyanın fəaliyyət formaları:
    • konfrans, seminar və dəyirmi masaların keçirilməsi (o cümlədən virtual);
    • işçi qrupların və komissiyaların yaradılması;
    • bu və ya digər problemlə əlaqədar müvafiq auditlərin və mütəxəssislərin ekspertizasının təşkili;
    • dövlət orqanları, yerli və beynəlxalq qurumlar, təşkilatlar və şirkətlərlə danışıqların aparılması və əməkdaşlığın qurulması;
    • qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupların yaradılması. Müvafiq təkliflərin Milli Məclisdə qəbul olunmasına lazımi səylərin göstərilməsi;
    • xüsusi ictimai aksiyaların (piketlər, yürüşlər, mitinqlər, ictimai teatr tamaşaları, "korrupsiyasız bir gün", əlaqələndirilmiş yazıların KİV-də nəşri, fotosərgilər, karikatura sərgiləri və b.) keçirilməsi;
    • kitabların, kitabçaların, bülletenlərin, plakatların və b. nəşri;
    • xüsusi vebsaytın yaradılması;
    • xarici təcrübənin öyrənilməsi və yayılması;
    • beynəlxalq səviyyədə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə iştirak;
    • fəallar üçün treninqlər;
    • vətəndaşlara məsləhətlər;
    • qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyət formaları.


  5. Koalisiya üzvlərinin hüquqları
    Koalisiya üzvünün aşağıdakı hüquqları var:
    • Koalisiyanın iclaslarında iştirak etmək;
    • Koalisiyanın rəhbər orqanlarını seçmək;
    • Koalisiyanın məlumat bazalarından istifadə etmək;
    • Koalisiya şurasının fəaliyyəti barədə məlumat tələb etmək;
    • Koalisiyanın fəaliyyət sahəsinə aid bu və ya digər məsələlərin Koalisiyanın iclaslarında baxılması üzrə təkliflər irəli sürmək.
    Koalisiya üzvünün Koalisiyanın adından hər hansı bəyanat vermək hüququ yoxdur.

  6. Koalisiya üzvlərinin vəzifələri
    Koalisiya üzvü bu Əsasnaməni rəhbər tutmalıdır.
  7. Koalisiyanın idarəetmə orqanları
    Koalisiyanın ali rəhbər orqanı onun üzvlərinin ümumi yığıncağıdır.
    Ümumi yığıncaq ən azı yarım ildə bir dəfə keçirilir. Novbədənkənar Ümumi yığıncaq Koalisiya üzvlərinin ən azı 1/3-nin tələbi ilə çağırıla bilər. Növbədənkənar Ümumi yığıncaq 2 Şura üzvünün tələbi ilə də çağırıla bilər.
    Ümumi yığıncaqlararası dövrlərdə Koalisiyanın rəhbər orqanı Ümumi yığıncaq tərəfindən seçilmiş Şuradır.
    Şuranın ilk tərkibi 7 nəfərdən ibarət seçilir. Sonrakı dövrlərdə Ümumi yığıncağın qərarı ilə Şura üzvlərinin sayı artırıla bilər.
    İlk Şura yarım il müddətinə seçilir. İkinci şura 1 illik müddətə, sonrakılar isə 2 illik müddətə seçilir.
    Şura Koalisiyanın fəaliyyətini qurur, tədbirlərə rəhbərlik edir, yerli və xarici təşkilatlar və qurumlarla danışıqlar aparır və Koalisiyanın adından müvafiq sənədlərin imzalanmasına razılıq verir.
    Şuranın işini təşkil etmək üçün Şura üzvlərindən birini Əlaqələndirici seçir.
    Şuranın fəaliyyətini əks etdirən məlumat Koalisiyanın aylıq bülletenlərində təsvir edilir və Koalisiyanın bütün üzvlərinə çatdırılır. Eyni ilə məlumatlar koalisiyanın vebsaytında da yerləşdirilir.
    Şura Əlaqələndiricisinin səlahiyyətləri Şura tərəfindən müəyyənləşdirilir.

  8. Koalisiya fəaliyyətinin maliyyələşdirilməsi
    Koalisiyanın fəaliyyəti qrantlar, eləcə də Koalisiya üzvlərinin maliyyə vəsaitləri hesabına maliyyələşdirilir.

  9. Bu Əsasnaməyə dəyişiklik edilməsi qaydaları
    Bu Əsasnaməyə dəyişiklik Koalisiya üzvlərinin ən azı 2/3-nin razılığı əsasında edilir.
  10. Koalisiyanın ləğv edilməsi
    Koalisiya onun üzvlərinin ən azı 2/3-nin razılığı əsasında ləğv edilir.














webmaster@osi-az.org