Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin


Vətəndaş Cəmiyyəti  
 Proqramlar
 KİV Proqramı
Şərq Şərq: Sərhədsiz Əməkdaşlıq Proqramı
 İncəsənət Proqramı
 Səhiyyə Proqramı
 Qadınlar Proqramı
 Hüquq Proqramı
 Yerli Özünüidarəetmə və İctimai İdarəçiliyin İslahatı Təşəbbüsü
 Neft gəlirləri və ictimai vəsait şəffaflığı proqramı
 Statistika
 Əlaqə

Şərq Şərq: Sərhədsiz Əməkdaşlıq Proqramı

Şərq Şərq Proqramı: Sərhədsiz Əməkdaşlıq Londonda yerləşən Açıq Cəmiyyət Fondu (ACF) tərəfindən həyata keçirilən təşəbbüslərdən biridir.

Təşəbbüs haqqında

Şərq Şərq Proqramı: Sərhədsiz Əməkdaşlıq proqramı bilik və təcrübə mübadiləsi, şəbəkədə iş kimi praktiki fəaliyyətlər üçün vətəndaş cəmiyyəti fəallarına və təşkilatlara dəstək verir.

Proqram aşağıdakıları həyata keçirmək üçün vətəndaş cəmiyyəti fəallarını maddi və insan resursları baxımından təmin edir:

  • Resurs və təcrübələrin gücləndirilməsi;
  • İctimai inkişaf sahəsində öyrənilən ən yaxşı praktikaların mübadiləsi;
  • Ümumi problemlərin yeni həlli üçün birgə fəaliyyət;
  • Beynəlxalq advokasi koalisiyalarınin yaradılması və gücləndirilməsi

Proqram aydın məqsədlərə və real müsbət nəticələrə gətirən uzunmüddətli təşəbbüslərə üstünlük verir. Aşağıdakılar bu fəaliyyətlərə misal ola bilər:

  • Cəmiyyətin zəif və təcrid olunmuş sektorlarının dəstəklənməsi;
  • Mədəni, etnik və ictimai müxtəlifliyi dəstəkləmək;
  • İctimai, iqtisadi və siyasi dəyişikliyi idarə etmək;
  • Məlumatın ictimaiyyət üçün asan əldə edilməsi və s.;
  • İctimaiyyətin sosial proseslərə cəlb olunması və vətəndaş dialoqunun dəstəklənməsi.

Proqram müxtəlif cəmiyyətlərdən olan insanların ehtiyaclarına cavab verir, məqsədlərə çatmaq üçün sərhədsiz fəaliyyət göstərməyə onları ruhlandırır, cəmiyyətin inkişafına yönələn təcrübə mübadilələrini dəstəkləyir.

Əhatə dairəsi

  1. Mərkəzi və Şərqi Avropa, Türkiyə, Orta Asiya və Monqolustan

    Şərq Şərq Proqramı: Sərhədsiz Əməkdaşlıq Soros Fondu/Açıq Cəmiyyət İnstitutu Şəbəkəsinə daxil olan milli fondlar tərəfindən həyata keçirilir. Ərizələr bu fondlar tərəfindən qəbul olunur və müzakirə edilir.

    2004-cü ildə Proqram 200 beynəlxalq təcrübə layihələrini dəstəkləyib. Mərkəzi və Şərqi Avropa, Orta Asiya təşkilatlarının layihələri arasında açıq cəmiyyətin qurulması, vətəndaş təhsili, vətəndaşların aktivləşdirilməsi və cəlb olunması, kənd təsərrüfatı regionlarında strategiyaların inkişafı, Avropa İttifaqı üzvlüyünün tələbləri, ekoloji problemlərin ictimai sağlamlığa təsiri, HIV/AIDS-ə yoluxmuş adamların hüquqlarının qorunması, gənclərin ictimai proseslərə cəlb olunması, əmək miqrasiyasının yeni modelləri, informasiyanın əldə olunması və fikir azadlığı, hökumət xərclərinin şəffaflığının monitorinqi və digər mövzulara rast gəlinir.

    2004-cü ildə Proqramın Sloveniyadakı təşkilati partnyoru Sülh İnstitutu müxtəlif mədəniyyətlərin mövcud olduğu cəmiyyətlərdə fəaliyyət göstərən mətbuatda olan azlıqların dəstəklənməsi yönümündə uzunmüddətli təşəbbüsə start verdi və miqrasiya, vətəndaşlıq, Avropa cəmiyyətinin təcrid olunmuş sektorlarının ictimai fəaliyyətə cəlb olunması ilə əlaqədar olan fəaliyyətlərini davam etdirdi. Türkiyədə proqramın işi yerli Açıq Cəmiyyət İnstitutu Yardım Fondu tərəfindən həyata keçirilir. Bu fond Türkiyə vətəndaş cəmiyyəti aktivlərinin və təşkilatlarının beynəlxalq əməkdaşlığını inkişaf etdirən təşəbbüsləri dəstəkləyir.

    2005-ci ildə Proqram Avropa İnteqrasiyası adlı yeni alt-proqramının icrasına başladı. Bu alt-proqram Avropa İttifaqının yeni üzvləri, namizəd və potensial namizəd ölkələri və Avropa İttifaqının şərq qonşuları arasında əməkdaşlığını əsas prioritet kimi götürüb. Xüsusilə bu alt-proqram Avropa İttifaqına yeni qəbul olunacaq Mərkəzi Avropa ölkələri və Avropa İttifaqının şərq qonşuları üçün quruma daxil olmanın asanlaşdırılması yönümündə fəaliyyətləri nəzərdə tutur. Alt-proqram Avropa İttifaqının yeni üzvləri, yeni qəbul olunacaq ölkələr və Avropa İttifaqının şərq qonşularının vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın inkişafı üçün yolların aşkarlanması, onlar arasında qonşuluq ələqələrinin gücləndirilməsi üzrə fəaliyyətlər planlaşdırır. Bu alt-proqram Albaniya, Azərbaycan, Ermənistan, Belarus, Bosniya və Hersoqovina, Bolqarıstan, Çexiya, Xorvatiya, Estoniya, Gürcüstan, Macarıstan, Kosovo, Latviya, Litva, Makedoniya, Moldova, Polşa, Rumıniya, Rusiya, Sebiya, Çernoqoriya, Slovakiya, Sloveniya, Türkiyə və Ukraynada həyata keçirilir.

  2. Cənub-Şərqi Asiya

    Şərq Şərq Proqramı: Sərhədsiz Əməkdaşlıq proqramı ACİ-nin Cənub-Şərqi Asiyada Sərhədsiz Əməkdaşlıq proqramı ilə əməkdaşlıq edir.

    2004-cü ildə Cənub-Şərqi Asiyada Sərhədsiz Əməkdaşlıq proqramı Cənub-Şərqi Asiyada advokasi və dialoq üçün vətəndaş cəmiyyətinin rolunun artırılması prinsipini prioritet kimi qəbul edib.

    2004-cü ildə bu proqram Mekonq regionunda yerli icmalar arasında geniş miqyaslı inkişaf layihələrinin həyata keçirilməsinə dəstək verib. Proqram həmçinin Asiyada insan alveri ilə mübarizə aparan gənclərin liderlik keyfiyyətlərinin inkişafı üzrə uzunmüddətli təşəbbüsləri və sahibkarlıqla məşğul olan təşkilatları dəstəkləmişdir.

    Gələcəkdə Cənub-Şərqi Asiyada Sərhədsiz Əməkdaşlıq proqramı vətəndaşların aktivləşdirilməsi, vətəndaş təhsili, məlumatlandırma, əsasən gənclər arasında maarifləndirmə Cənub-Şərqi Asiyada regional advokasi proqramları həyata keçirməyi planlaşdırır.

    Açıq cəmiyyət həqiqət üzərində heç kimin monopoliyası olmaması, müxtəlif insanları müxtəlif baxış və maraqlarının olmasını, bütün insanların haqlarının qorunması və insanların birlikdə yaşaması üçün ictimai təşkilatların lazımlılığını qəbul olunması faktını tanımağa əsaslanır.

    Açıq cəmiyyətlər qanunun aliliyi, insan haqlarına, azlıqlara və onların fikirlərinə hörmət, demokratik, seçilmiş hökumətlər, biznes və hökumətin biri-birindən ayrı olan bazar iqtisadiyyatı və vətəndaş cəmiyyətinin inkişafı ilə səciyyələnir.

Mary Frances Lindstrom
Proqram Direktoru



webmaster@osi-az.org