Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin


Vətəndaş Cəmiyyəti  
 Proqramlar
 KİV Proqramı
Şərq Şərq: Sərhədsiz Əməkdaşlıq Proqramı
 İncəsənət Proqramı
 Səhiyyə Proqramı
 Qadınlar Proqramı
 Hüquq Proqramı
 Yerli Özünüidarəetmə və İctimai İdarəçiliyin İslahatı Təşəbbüsü
 Neft gəlirləri və ictimai vəsait şəffaflığı proqramı
 Avropa Inteqrasiyası proqramı
 Statistika
 Əlaqə

Program Overview  
Bizim layihələr

ŞƏRQ ŞƏRQ: Sərhədsiz Əməkdaşlıq Proqramı
2005 - 2006
Proqram Təsviri
Ərizə Forması
Avropaya Inteqrasiya

Əlaqələndirici: Gülnura Mehdi

Missiya

Ən yaxşı təcrübənin əldə edilməsi və inkişafın yeni modellərinin öyrənilməsi istiqamətində olan ölkələrdən və həmçinin Qərb ölkələrindən olan ayrı - ayrı şəxslər və qeyri - hökumət təşkilatlarının arasında ideyaların müzakirəsi; sərhədləri aşan tərəfdaşlıq vasitəsilə açıq cəmiyyətin inkişaf etdirilməsi üçün səylərin əlaqələndirlməsi; açıq cəmiyyət şərtlərinin gücləndirilməsi naminə ölkələr arasında əməkdaşlığın stimullaşdırılılması. Regionda olan fondların imkanlarından və Azərbaycanla müqayisədə daha inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etməklə ACİ - YF - in ümumi strategiyasını daha da inkişaf etdirmək.

Məqsəd və vəzifələr

  • Vətəndaş cəmiyyəti quruculuğu, insan hüquqlarının qorunması, azad və ədalətli seçki, yerli özünüidarənin inkişafı və informasiya sahəsində işçi səfərlər mübadiləsi, təlimlər, seminarlar və dəyirmi masalar keçirilməsinin dəstəklənməsi;
  • Vətəndaş cəmiyyəti quruculuğunda «ICT» - lərdən geniş istifadə etməklə ictimai debatlar və ictimai siyasətin təşkili ücün şəraitin yayradılması;
  • Azərbaycanın bölgələrində QHT-lər fəaliyyətinin genişləndirilməsi və şəbəkələrinin yayradılması/gücləndirilməsi

Proses/Həyata keçirilmə

  • Azərbaycanda layihələrin həyata keçirilməsi üçün təşkilatların müəyyənləşdirilməsi
  • Azərbaycandan olan mütəxəssislərin şəbəkə daxilində müxtəlif tədbirlərdə iştirakının təmin edilməsi.

2003-2004-ci illərdə biz aşağıdakı sahələrdə müsabiqələr elan edib layihələr işləməyə başlamışıq. Həmin sahələr üzrə müsabiqələr elan edib layihələri işləməyi 2005-2006 –cı illərdə davam etdirmək niyyətindəyik.

  • İnsan hüquqları
  • İctimai həyatda qadınların və gənclərin iştirakı
  • Azad və ədalətli seçki praktikası və Azərbaycan
  • Din mədəniyyəti və tolerantlıq
  • Qloballaşma və Azərbaycanın Avropaya inteqrasiyası

    Nə üçün məhz bu sahələr seçilmişdir?

  • İnsan hüquqları:
    Azərbaycan İnsan hüquqları və Əsas Azadlıqların Avropa Konvensiyasına qoşulub, bununla belə 2002-ci il ərzində Azərbaycanda insan hüquqları sahəsində gözə dəyən dəyişikliklər baş verməyib. Açıq cəmiyyətin əsas faktorlarından biri kimi bu məsələnin müxtəlif cəhətləri üzərində diqqətimizi cəmləməklə bu sahənin inkişaf etdirilməsini «İnsan hüquqlarının təlimi və strategiyası», «İnsan hüquqlarına dair Avropa konvensiyasının təbliği» və s. layihələrlə 2002-ci ildə davam etdirmişik. 2003-2004-cü illərdə bu təcrübələrin Azərbaycan bölgələrində yayılmasına nail odmuşuq.
  • Şərq Şərq Proqramı Azərbaycanın ictimai həyatında qadın və gənclərin iştirakını gücləndirmək məqsədilə Şərqi Avropa ölkələrinin təcrübəsindən öyrənmək üçün bir sıra beynəlxalq təşəbbüslərə dəstək verib və bu istiqaməti inkişaf etdirməkdə davam edəcək.
  • Şərq Şərq Proqramı 2003-cü il prezident seçkiləri, 2004-ci il bələdiyyə seçkilərinə hazırlıq olaraq əhalinin maarifləndirilməsi və Şərqi Avropa ölkələrinin azad seçki tücrübəsini öyrənməyi nəzərdə tutan təşəbbüslərə dəstək verdi. Qadınlar proqramı ilə birgə həyata keçirilən «Qadınların seçkidə iştirakı: Türkiyə təcrübəsi» təşəbbüsü nəticəsində 14 qadın Azərbaycanın müxtəlif bələdiyyələrinə üzv seçildilər. 2005-ci ildə keçiriləcək parlament seçkilərini nəzərə alaraq seçki mövzusu Azərbaycan üçün aktual olduğundan bu məsələyə dair layihələr işləmək niyyətindəyik.
  • Din mədəniyyəti və tolerantlıq:
    Azərbaycanda çağdaş tərəqqi meyarlarına cavab verməyən, din dəyərlərinin elmi-kulturoloji mündəricəsinə zidd düşən bəzi adət-ənənələr geniş ölçüdə yayıla bilmişdir. Əhali arasında dindən siyasi məqsədlərlə istifadə üçün kifayət qədər münbit zəmin yetişmişdir. Azərbaycan ən müxtəlif və bir-birinə dözümsüzlük nümayiş etdirən, bir sıra hallarda xarici (İran, ərəb ölkələri və s.) dairələrin siyasi maraqlarının ifadəçisinə çevrilmiş təriqətlərin artması da Azərbayjan xalqının tarixən gəlişmiş dini tolerantlıq dəyərini təhlükə altında qoyur. Digər yandan əhali arasında demokratiya mədəniyyətinin aşağı səviyyədə olması da dini fanatizm və özülçülüyün yayılmasına şərait yaradır. Ölkə əhalisi arasında dinlərarası münasibətlərin daha da yaxşılaşdırılması, islam etiqadlı müsəlman çoxluğun, eləcə də digər konfessiyaların milli tərəqqi və ictimai-siyasi münasibətlər sistemində demokratiya dəyərlərinin təsdiqi prosesində iştirakının təmin edilməsi, fanatizm meyllərinə qarşı maarifçilik təbliğatının aparılması və sairəyə aid məsələlərin həllində QHT-lər öz töhfəsini verə və bu sahədə demokratik ölkələrdə mövcud təcrübələrin Azərbaycanda yayılması istiqamətində fəaliyyət göstərə bilər ki, bu da vətəndaş cəmiyyəti quruculuğuna layiqli töhfə ola bilər. Bu sahədə fəaliyyət əsasən 2005-2006-cı illər üçün nəzərdə tutulur.
  • Qloballaşma və Azərbaycanda adaptasiya prosesləri
    Qloballaşma prosesinin öyrənilməsini aşağıdakı formada müəyyənləşdirə bilərik:
    1. Qloballaşmanın Azərbaycanın milli iqtisadiyyatına təsiri: birbaşa xarici investisiyaların, texnoloji innovasiyaların həcmi, intellektual kapitalın istifadə edilmə miqyası və s.
    2. Qloballaşma və mədəni inkişafın xüsusiyyətləri kontekstində qloballaşdırılmış KİV və mədəniyyətin formalaşdırılması;
    3. Qloballaşma, demokratiya və insan hüquqları.
  • Avropaya Inteqrasiya
    Avropaya İnteqrasiya proqramı Avropa Birliyinə (AB) üzv ölkələri, AB-nə namizəd ölkələr ilə yanaşı AB-nin şərqdəki qonşuları arasındakı əməkdaşlığa üstünlük verəcəkdir. Bu təşəbbüsün fəaliyyəti gələcəkdə AB üzvləri olacaq ölkələrə və AB-nin Şərqdəki qonşularına Mərkzəi Avropanın AB-nə qoşulma təcrübələrini yaymaqdan ibarətdir.

    Bu sahədə fəaliyyət əsasən 2005-2006-cı illər üçün nəzərdə tutulur.


webmaster@osi-az.org