Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin


Təhsil  
 Gənc Təşəbbüskarlara Yardım Proqramı


Arxiv  
 Proqramlar
 Təhsil İslahatı Layihəsi
 Ali Təhsilə Dəstək layihəsi - Təhsil İnformasiya Mərkəzləri
 İngilis dili proqramı
 "Təhsildə İnnovasiyalar"
Vətəndaş İştirakının inkişafı
 Təhsildə QHT sektoruna dəstək Proqramı
Vətəndaş Təhsili Proqramı
"Vətəndaş Cəmiyyətində Debat"
 Tez-tez Verilən Suallar
 İnternet Kitabxanası
 Statistika
 Əlaqə










Təhsil islahatı çərçivəsində ACİ və Təhsil Nazirliyinin əməkdaşlığı

İlkin məlumat

Təhsil İslahatı Proqramının məqsədləri bazar iqtisadiyyatının tələblərinə cavab vermək və ümumi təhsilin səmərəliliyinin yüksəltmək üçün bütün şagirdlərin öyrənmə imkanlarını və nailiyyətlərini maksimum həddə çatdırmaqdan ibarətdir.

Azərbaycan Hökuməti 1999-cu ildə qəbul edilmiş Təhsil İslahatı Proqramını, Onillik Təhsil İslahatı Strategiyasını, ümumi orta təhsilin keyfiyyətinin yaxşılaşdırılması, Hökumətin Sektoral İnkişaf Siyasətinə dair Məktubunu əldə rəhbər tutaraq, ümumi orta təhsilin keyfiyyətinin, mühümlülüyünün və səmərəliliyinin artırılması məqsədilə təhsil sektorunda islahatlara xüsusi əhəmiyyət verdiyini ifadə etmişdir. Azərbaycan Hökuməti həmin islahat proqramının həyata keçirilməsində Dünya Bankından kömək istəmişdir. İslahat proqramında öz əksini tapmış məsələlərin sayı çoxdur, əlavə təhlil əsasında onların bəzilərinin ön plana çəkilməsinə ehtiyac var.

Uzunmüddətli perspektivlə verilən Sərbəst Proqram Krediti (SRK) Hökumətə sistemli islahatlara başlamaqla yanaşı yeri gəldikdə müdaxilə və dəyişikliklər etmə imkanı verəcək. SPK eyni zamanda sistemin əhatəli öngörümünün meydana gəlməsinə və təhsilin digər səviyyələri ilə (məsələn, pedaqoji təhsil, peşə təhsili, ali təhsil) strateji əlaqələrin yaradılmasına da təkan verə bilər. Bu aspektləri SPK-nın II və III mərhələlərinin tərkib hissəsi kimi nəzərdə tutmaq SPK-nın I məhələsini (Birinci Fazasını) sadə saxlamaqla yanaşı Hökumətin sektora uzunmüddətli baxışına xidmət edər.

Proqramın Birinci Fazasının inkişaf məqsədi islahat proqramının daha səmərəli və faydalı əsaslarla planlaşdırılması və idarə olunması üçün müvafiq imkanların gücləndirilməsindən, nəzərdə tutulmuş və ya seçilmiş rayonlarda əhalinin imkansız təbəqələrinə yönəlmiş investisiyaların həyata keçirilməsindən ibarətdir. SPK-nin Birinci Fazası ümumi təhsillə bağlı başlıca məsələlər komplektinin üzərində xüsusilə dayanacaq. Bunlar aşağıdakılardır:

  1. Keyfiyyətin yaxşılaşdırılması (tədris proqramında islahatlar aparmaq, müəllimlərin pedaqoji hazırlığının yüksəldilməsi, dərsliklərin və tədris materiallırının təmin edilməsi, məktəbin abadlaşdırılması, informasiya və rabitə texnologiyalarının tətbiqi);
  2. Səmərəlilik və maliyyələşmə (maliyyə və büdcə islahatları, səmərələşdirmə);
  3. Ümumi təhsildə bərabərlik və onun butun imkanlarından istifadə edilməsi (əhalinin zəif təbəqələrinin üzərinə diqqətin artırılması şnəzərdə tutan məktəb qrantları);
  4. İdarəetmənin gücləndirilməsi (şagirdlərin qiymətləndirilməsi, idarəetmədə informasiya sistemlərinin istifadəsi, strateciya və idarəçilik qabiliyyətlərini gücləndirilməsi).

SPK-nin Birinci Fazası milli səviyyədə islahatları (məsələn, tədris planında islahatlar, müəllimlərin pedaqoji hazırlığının yüksəldilməsi, dərsliklərin və oxu materiallarının işlənib hazırlanması və təmin edilməsi, şagird qiymətləndirməsi, idarəetmə və planlaşma imkanları), üç pilot (eksperimental) rayonda spesifik dəyişiklikləri (məsələn, dərs keyfiyyətinin səmərələşdirilməsi və təkmilləşdirilməsi, səmərəlilik və büdcə islahatları, məktəb qrantları) dəstəkləmiş olacaq.

Təhsil İslahatı Layihəsi üzrə 10 illik müddət daxilində planlaşdırılmış addımlır aşağıdakılardır:

  • Onillik Layihə iki mərəhələyə bölünəcək: müvafiq olaraq 4 və 6 il. Nəzərdə tutulan büdcə müvafiq olaraq 14 milyon və 50 milyon ABŞ dollarıdır.
  • Azərbaycan Hökuməti və Dünya Bankı 2004-2007-ci illər ərzində Təhsil islahatı Layihəsinin birinci faza mərhələsini yerinə yetirmək niyyətindədir.
  • Azərbaycan Hökuməti bu layihəyə yardım məqsədilə 15 milyon ABŞ dolları ayırmaq niyyətindədir.

ACİ-YF-nun bu layihədə iştirakının səbəbləri:

  • Tərəfdaş təşkilat kimi Təhsil İslahatı layihəsində iştirak etmə imkanlarının araşdırılması;
  • Özünün mövcud resursları, bu sahədəki təcrübəsi/nou-hau imkanları vasitəsilə təhsil islahatına öz töhfəsini vermək.
  • ACİ-nin təhsil təcrübəsinin institusional imkanlarının gücləndirilməsi

ACİ spesifik olaraq, Təhsil İslahatı Layihəsinin üç komponenti üçün Texniki Ekspertizanı həyata keçirmiş olacaq:

  1. Dərsliklər və digər oxu materiallarının təmin edilməsi
  2. Əhalinin zəif təbəqələrinin təhsildən bərabər şəkildə istifadə etmə imkanlarının artırılması
  3. Məktəblərdə İnformasiya texnologiyalarınin tətbiqi


webmaster@osi-az.org