Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin


Təhsil  
 Gənc Təşəbbüskarlara Yardım Proqramı


Arxiv  
 Proqramlar
 Təhsil İslahatı Layihəsi
 Ali Təhsilə Dəstək layihəsi - Təhsil İnformasiya Mərkəzləri
 İngilis dili proqramı
 "Təhsildə İnnovasiyalar"
Vətəndaş İştirakının inkişafı
 Təhsildə QHT sektoruna dəstək Proqramı
Vətəndaş Təhsili Proqramı
"Vətəndaş Cəmiyyətində Debat"
 Tez-tez Verilən Suallar
 İnternet Kitabxanası
 Statistika
 Əlaqə










ACİ-YF-NIN AZƏRBAYCANDA TƏHSİLƏ SƏRMAYƏSİ

2003-cü ilin əsas strateji nailiyyətləri

AÇİ-YF son 6 il ərzində Təhsil sahəsində proqramlarının fəaliyyəti üçün 4 milyon 323 min ABŞ dolları məbləğində vəsait sərf etmişdir. Bu məbləğdən hər il yarım milyon dollar təhsil sahəsində fəaliyyət göstərən müxtəlif fərdlərə və təşkilatlara dəstək üçün qrant şəklində verilmişdir.

Konfranslar, Seminarlar və Treninqlər
ACİ-YF-nun Təhsil Şöbəsinin müxtəlif proqramları çərçivəsində bu altı ildə Azərbaycanda 480-dən çox təhsillə əlaqədar konfrans, seminar və təlim kursları (treninqlər) keçirilmişdir. 5000-dən çox fərd bu tədbirlərdə iştirak etmək şansı qazanmışdır.

Dərslik və metodik vəsaitlərin nəşri
ACİ-YF zamanın tələbinə uyğun vəsaitlərin tərcüməsinə, çapına və nəşrinə təkan vermək üçün 500 000 dollar məbləğində vəsait sərf etmişdir. ACİ-YF-nun bilavasitə özü tərəfindən 55-dən çox mövzuda dərslik və metodik vəsait hazırlanıb nəşrə verilmişdir. Bunların arasına 6 əsas və 2 alternativ dərslik komplekti var.

Xaricdə Təhsil
1997-ci ildə Bakı Təhsil Məlumat Mərkəzi ACİ-YF-nun bir bölməsi olaraq yaradılmışdır və təhsillərinin müxtəlif mərhələlərində olan Azərbaycanlı tələbə və mütəxəssisləri xaricdə təhsil almaq imkanları ilə təmin etmişdir. 1997-ci ildən etibarən 380 nəfər tələbə, müəllim və mütəxəssis xarici ölkələrdə təhsillərini davam etdirmək üçün qrant almışdır.

Müəllimlərin Təkmilləşdirilməsi

  1. Məktəbəqədər təhsil sahəsində 328 tərbiyəçiyə hazırlıq verilmiş, 25 təkmilləşdirmə kursu təşkil olunmuş, tərbiyəçilərə sərbəst təlim verə biləcək 32 trener hazırlanmışdır. Təkcə uşaq bağçaları tərbiyəçilərinin təkmilləşdirilməsinə ACİ-YF 1998-ci ildən bu yana 200 000 ABŞ dolları məbləğində maliyyə qoymuşdur.
  2. İbtidai məktəb müəllimləri üçün 32 təkmilləşdirmə kursu həyata keçirilmiş, 318 təhsil işçisinə təlim keçilmiş, 10 nəfər beynəlxalq təkmilləşdirmə tədbirlərində iştirak etmiş və müstəqil olaraq digər müəllimlərə tərbiyə verə biləcək 44 trener hazırlanmışdır. 1998-cu ildən etibarən bu istiqamətdə görülən işlərin maliyyə dəyəri 225 000 dollardan artıqdır.
  3. Orta məktəb fənn müəllimlərinin təkmilləşdirilməsi üçün 40 təkmilləşdirmə kursu təşkil olunmuş, 300 fən müəllimi hazırlıq keçmiş, müstəqil təlim verə biləcək 25 trener hazırlanmışdır. 10 nəfər beynəlxalq təkmilləşdirmə tədbirlərində iştirak etmiş və 1999-cu ildən etibarən bu sahəyə qoyulan məbləğ 50 000 ABŞ dolları təşkil etmişdir.
  4. İngilis dilinin tədrisi sahəsində 450 müəllim müxtəlif təkmilləşdirmə tədbirlərində iştirak etmiş, 24 təkmilləşdirmə kursu təşkil olunmuş, müstəqil olaraq ingilis dili müəllimlərinə təlim verə biləcək 48 trener hazırlanmış və 5 müəllim müxtəlif beynəlxalq tədbirlərdə (SMAT, SİT TESOL, Mentor course) iştirak etmişdir. Bu istiqamətdə ACİ-YF-nun 5 illik xərci 175 000 ABŞ dolları təşkil etmişdir.
  5. Vətəndaşlıq təhsili sahəsində 1500 müəllim müxtəlif təkmilləşdirmə kurslarında iştirak etmiş, o cümlədən 8 nəfər beynəlxalq belə tədbirlərdə iştirak göstərmişdilər. 50 təkmilləşdirmə kursu həyata keçirilmiş və 18 nəfər vətəndaşlıq təhsili sahəsində müstəqil treninq vermək üçün hazırlanmışdır. Qoyulan maliyyə -80 000 ABŞ dolları.
  6. Dərslik hazırlığı sahəsində 150 müəllimə hazırlıq keçilmiş, təkmilləşdirmə üzrə 25 trener hazırlanmış və 28 kurs həyata keçirilmişdir. 10 nəfər müəllim beynəlxalq təkmilləşdirmə tədbirlərində iştirak etmiş və bu sahəyə qoyulan maliyyə 50 000 dollar təşkil etmişdir.

2003-cü ilin əsas strateji nailiyyətləri

Yeni tədris metodolgiyalarının Milli Təhsilə Tətbiq edilməsi

  • Addım-Addım və RWCT proqramları üzrə təlim paketi qiymətləndirilmiş və Təhsil Nazirliyinin Müəllimləri Təkmilləşdirmə üzrə Treyninq Komissiyası tərəfindən təsdiqlənmişdir 30.06.2004
  • İngilis dili kursları İlkin Pedaqoji Təlim proqramına daxil edilmişdir.
  • Dərsliklərin Təsdiq edilməsi Komissiyası vasitəsilə seçilmiş ingilis, fransız dilləri və biologiya fənni üzrə üç qabaqcıl Dərslik komplekti Təhsil Nazirliyi tərəfindən əsas dərsliklər kimi qəbul edilmişdir.
  • Tarixin tədrisi üzrə resurs mərkəzi tərəfindən 5, 6, 7-ci siniflər üçün tarixin tədrisinin qabaqcıl üsullarına dair Müəllim Vəsaiti işlənib hazırlanmışdır.
  • Universitet əsaslı 4 Resurs Mərkəzi vasitəsilə Regional Təhsil Şəbəkəsinə yardım göstərilmişdir.
  • İki universitetdə üçillik sosial iş üzrə Tədris planının işlənib hazırlanması Layihəsinə başlanılmışdır
  • Təhsilin qiymətləndirilməsi üzrə iki bələdçi vəsait və Dərsliyin Qiymətləndirilməsi kitabı nəşr olunmuşdur.
  • İngilis dilinin tədrisi üzrə müvafiq resursların işlənib hazırlanmasına dair eksperimental Layihəyə başlanmışdır.

Yeni pedaqoji ixtisasartırma müddəasının və dərsliklərin təsdiqlənməsi mexanizminin təcrübədən keçirilməsi və birləşdirilməsi

  • 5 Ali Təhsil Müəssisəsinin bazasında Addım-Addım və RWCT proqramları üzrə Resurs Mərkəzləri yaradılmışdır
  • Bir seçim orqanı olaraq, Dərsliklərin Təsdiqlənməsi Komissiyası bütün alternativ dərsliklərin qiymətləndirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən təcrübədən keçirilmişdir.
  • Bütün ACİ təhsil-treyninq proseslərinə hazırlıq üçün nəzərdə tutulan infrastruktur olaraq, 12 Resurs Mərkəzi üzrə Şəbəkə 12 rayonda yaradılmışdır.

Əməkdaşlıq və şəbəkələndirmə səviyyəsinin artırılması vasitəsilə Vətəndaş Cəmiyyətinin iştirakının inkişaf etdirilməsi:

  • Debat Proqram təlimatçıları Beynəlxalq Xilasetmə Təşkilatı ilə birgə olaraq, qaçqın icması arasında Debat Proqramının implementasiyasına başlamışdır
  • Lənkəran rayonunda Onlayn Debat Məktəb Şəbəkəsinin Pilot Layihəsi həyata keçirilmişdir.

ACİ Təhsil Təşəbbüsləri və qrupları üçün digər donorlardan əlavə vəsaitlərin əldə olunması

  • Avrasiya Fondu ACİ-nin maliyyələşdirdiyi iki təşkilat tərəfindən təqdim olunmuş iki təhsil təşəbbüsünü Fəal İcma Məktəb Layihəsi çərçivəsində maliyyələşdirilmişdir: Universitet bazasında yaradılmış Lənkəran Təlim Mərkəzi və Vətəndaş Cəmiyyətində Debat. Ümumi büdcə: 48 000 ABŞ dolları
  • ACİ tərəfindən maliyyələşdirilmiş tarix dərslikləri qrupunun daxil olduğu Nəşriyyat Dünya Bankı və Təhsil Nazirliyinin Layihənin Həyata keçirilməsi Bölməsinin maliyyələşdirdiyi Dərslik Tenderinin qalibi olmuşdur. Ümumi büdcə: təxminən 44 000 ABŞ dolları
  • İ*EARN və İREX təşkilatları Azərbaycanda ACİ tərəfindən yaradılmış İ*EARN müəllimlər şəbəkəsinin treyninq fəaliyyətlərini maliyyələşdirmşdir. Ümumi büdcə: 10 000 ABŞ dolları


webmaster@osi-az.org