|
|

 |
 |

International Launch Conferences  |
 |
The Hazards of Petroleum Wealth: A Workshop for Reporters Baku, Azerbaijan November 19-21, 2003 |
 |
Caspian Oil Windfalls: WHO WILL BENEFIT? Washington, USA May 12, 2003 |
 |
Caspian Oil Windfalls: WHO WILL BENEFIT? Baku, Azerbaijan May 29, 2003 |
 |
Caspian Oil Windfalls: WHO WILL BENEFIT? Almaty, Kazakhstan June 2, 2003 |
 |
"Can the Caspian Avoid the Oil Curse?" London June 11, 2003 |
 |
"Caspian Oil: EU Interests and Concerns" Brussels June 13, 2003 |
 |
Training for NGO Baku, Azerbaijan May 2003 |
 |
Competition for Journalists Baku, Azerbaijan July 2002 |
 |
Oil Funds Baku, Azerbaijan July 18 2002 |
 |
|
 |

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT)
Prinsiplərin və razılaşdırılmış tədbirlərin xülasəsi
London Konfransı, 17 iyun 2003-cü il
- Məqsəd
Təşəbbüsün məqsədi - mineral ehtiyatlardan yüksək dərəcədə asılı olan ölkələrdəki hasiledici sahələrdə xərclər və gəlirlər haqqındakı məlumatın daha yüksək şəffaflığına nail olmaq.
- Giriş
Bu təşəbbüs 2002-ci ilin sentyabrında Yohannesburqda keçirilən davamlı inkişaf üzrə beynəlxalq zirvə toplantısında Böyük Britaniyanın baş naziri Toni Bler tərəfindən irəli sürülüb. Elə o vaxtdan, Böyük Britaniyanın Beynəlxalq İnkişaf Nazirliyi bu təşəbbüsün inkişafını həyata keçirir. Bu təşəbbüs hökumətləri, hasiledici şirkətləri, beynəlxalq təşkilatları, QHT-ləri və hasiledici sektora aid olan digər iştirakçıları müvafiq xərclər və gəlirlər haqqındakı məlumatın şəffaflığının inkişaf etdirilməsi üzrə sistemin birgə hazırlanmasına sövq edir.
Bu təşəbbüs belə bir ümumi müddəaya əsaslanır ki, təbii sərvətlərin səmərəli istismarı davamlı iqtisadi artım və inkişaf üçün bazanı təmin edə bilər.
Təbii ehtiyatların qısa və uzun müddətli perspektivdə düzgün idarə edilməsini çətinləşdirən bir sıra amillər mövcuddur. Hasiledici sahədən alınan gəlirlərin milli gəlirlə müqayisədə qeyri-adi iri həcmlərə malik olması, qiymətlərin qalxıb-enməsi, təbii ehtiyatların tükənməsi bu amillərə daxildir. Bu təşəbbüs nəzərə alır ki, şəffaflıq və hesabatlılıq məsələləri iqtisadiyyatın digər sahələrində də mövcuddur. Hasiledici sahələrdə şəffaflığın inkişafı Təşəbbüsü ilə bağlı işlənib hazırlanmış üsullardan istifadə edildikdə həmin məsələlər həll oluna bilər.
Evian görüşü ərzində böyük səkkizlik ölkələri iqtisadi və sosial inkişaf üçün əsas maneələrdən biri olan korrupsiyaya, eləcə də ictimai xərc və gəlirlərin qeyri-düzgün bölüşdürülməsinə qarşı mübarizə əzmini nümayiş etdirdilər. Onlar, milli gəlirinin mühüm hissəsini hasiledici sahələr (neft, qaz və dağ-mədən hasilatı) təşkil edən ölkələrdə şəffaflıq məsələlərinə intensiv yanaşmanın könüllü surətdə həyata keçirilməsinin də daxil olduğu fəaliyyət planı qəbul etdilər. Mədən sənayesi sahələrində fəaliyyətin şəffaflığının inkişafı Təşəbbüsü həmin planın yerinə yetirilməsi üçün konkret tədbirlərin işlənib hazırlanmasına yardım edər.
Təşəbbüs 2002-ci ilin sentyabrından, irəli sürüldüyü vaxtdan bir çox iştirakçıdan ibarət qrup tərəfindən işlənib hazırlanır. Bu qrupa hökumətlər, neft, qaz və dağ-mədən şirkətləri, sənaye qurumları, beynəlxalq təşkilatlar, investorlar və QHT-lər daxildir. Böyük səkkizlik ölkələrində korrupsiya ilə mübarizə və şəffaflığın inkişafı sahəsində daha geniş siyasi müzakirələrin aparılması da nəzərə alınıb. Danışıqlar prosesi hamı üçün açıqdır və müvafiq sənədlər Böyük Britaniyanın Beynəlxalq İnkişaf Nazirliyinin www.dfid.gov.uk saytında yerləşdirilib.
- Prinsiplər
Təşəbbüsün iştirakçıları aşağıdakı prinsipləri qəbul edirlər:
- Biz belə bir müddəa ilə razıyıq ki, təbii sərvətlərin səmərəli istifadə olunması davamlı inkişafa və yoxsulluğun azaldılmasına yardım edən sabit iqtisadi artımın mühüm hərəkətverici qüvvəsi olmalıdır, onların qeyri-düzgün istifadə olunması isə mənfi iqtisadi və sosial nəticələrə gətirib çıxara bilər.
- Biz bəyan edirik ki, öz ölkəsinin vətəndaşlarının rifahı naminə təbii sərvətlərin idarə edilməsi müstəqil ölkə hökumətlərinin səlahiyyətlərinə daxildir və bu səlahiyyətlər öz dövlətlərinin maraqlarına uyğun icra olunmalıdır.
- Biz etiraf edirik ki, ehtiyatların hasilatından alınacaq mənfəət bir çox illərdən sonra gəlir şəklində daxil olacaq və qiymətlərin səviyyəsindən çox asılı olacaqdır.
- Biz etiraf edirik ki, hökumətin gəlir və xərcləri haqqındakı məlumatdan cəmiyyətin xəbərdar olması ictimai müzakirələrə, davamlı inkişafın düzgün və gerçək variantlarının seçilməsinə yardım edəcəkdir.
- Biz hökumətlərin və hasiledici şirkətlərin fəaliyyətinin şəffaflığının mühümlüyünü, açıq maliyyə idarəçiliyinin və hesabatlılığın inkişafının zəruriliyini qeyd edirik.
- Biz qəbul edirik ki, daha yüksək şəffaflığın əldə olunması saziş və qanunlara hörmət kontekstində həyata keçirilməlidir.
- Biz etiraf edirik ki, maliyyə şəffaflığı daxili və xarici investisiyalar üçün mühitin yaxşılaşdırılmasına yardım edə bilər.
- Biz gəlir və xərclərin idarəedilməsi məsələlərində hökumətin bütün vətəndaşlar qarşısında hesabatlılığı prinsipini və təcrübəsini dəstəkləyirik.
- Biz ictimai həyat, hökumətin fəaliyyəti və biznesdə şəffaflıq və hesabatlılığın yüksək standartlarını dəstəkləməyi öhdəmizə götürürük.
- Biz hesab edirik ki, gəlir və xərclər haqqındakı məlumatın açıqlanmasına ardıcıl və əməli yanaşma zəruridir və o, qəbul və riayət edilmək üçün sadə olmalıdır.
- Biz hesab edirik ki, ayrıca bir ölkədə mövcud olan məlumatın açıqlanması prinsipi həmin ölkədə hasiledici sahədə məşğul olan bütün şirkətlərə şamil edilməlidir.
- Biz hesab edirik ki, hökumətlər və onların qurumları, hasiledici şirkətlər, xidmət şirkətləri, beynəlxalq təşkilatlar, maliyyə təşkilatları, investorlar və qeyri-hökumət təşkilatları da daxil olmaqla bütün maraqlı tərəflər qərarların axtarışı prosesinə mühüm və uyğun töhfələrini verməlidirlər.
- Tədbirlər
İştirakçılar öz səlahiyyət və vəzifələrinə uyğun olaraq Təşəbbüsün məqsəd və tədbirlərini dəstəkləmək üçün fəal işləyəcəklər. Həmin tədbirlərə aşağıdakılar daxil olacaqdır:
- iqtisadiyyatı hasiledici sahələrdən asılı olan ölkələrdə həmin sahələrdəki məlumatın açıqlanması və dərc edilməsi üsullarının işlənib hazırlanması və sınaqdan çıxarılması;
- Təşəbbüs prinsiplərinə uyğun verilən məlumat üzrə təlimatlara riayət olunması üçün milli səviyyədə işin görülməsi. Həmin təlimatlar ölkə hökuməti ilə bu ölkədə işləyən şirkətlər arasında razılaşdırılmalıdır və eyni zamanda vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar və digər maraqlı tərəflərin dəstəyini almalıdır. Bu üsul sınaqdan keçirilən zaman məlumatın verilməsi üzrə Təşəbbüs təlimatları şirkətlərin ödəmələri və hökumətin gəlirlərinin şəffaflığının təmin olunması üzrə ümummilli əməliyyatların əsasını təşkil edəcəkdir;
- korrupsiya ilə mübarizə və şəffaflığın yaxşılaşdırılmasına yönəlmiş digər təşəbbüs və tədbirlər ilə səmərəli əlaqələrin inkişaf etdirilməsi:
- mümkün olan hər yerdə Təşəbbüs prinsiplərinin uyğun norma, təlimat və ya operativ siyasətə tətbiq olunması;
- zəruri olan hallarda, iştirakçıların Təşəbbüsü yerinə yetirməsi və qiymətləndirməsinə gömək göstərilməsi üçün səlahiyyətlərin inkişafı sahəsində texniki məsləhətçilərin, ekspertlərin və yardımın cəlb edilməsi;
- Təşəbbüsün məqsədlərinə nail olunmasına yardım edən digər yolların nəzərdən keçirilməsi;
- səmərəli və uzun müddətli qərarların işlənib hazırlanması üzrə Təşəbbüsə qoşulmaq istəyən digər hökumətlər, hasiledici şirkətlər və maraqlı tərəflərdən zəruri dəstəyin alınması;
- Təşəbbüsün gerçəkləşdirilməsinin müntəzəm qiymətləndirilməsi.
- İştirakçılar
Hökumətlər, Şirkətlər, Sənaye assosiasiyaları, Beynəlxalq təşkilatlar, Vətəndaş cəmiyyəti, İnvestorlar, Digər maraqlı iştirakçılar.
(Konkret iştirakçı və ya təşkilatların bəyanat və qərarlarına olan ayrı-ayrı istinadlar konfransdan sonra daxil ediləcəkdir).
|
|
 |  |
|