|
İngilis Dilinin İnkişafı Proqramı
Bu il ACİ-YF-nun İngilis Dili proqramı tamamlanacaqdır. Proqram çərçivəsində Xarici Dillər Universiteti, Müəllimləri Təkmilləşdirmə İnstitutu və Azərbaycan İngilis Dili Müəllimləri Assosiasiyası ilə birgə üç layihə nəzərdə tutulur.
İngilis Dili proqramının məqsədləri aşağıdakılardır:
- ACİ tərəfindən dəstəklənən İngilis Dili proqramlarını tamamlamaq, sistemləşdirmək, və onların davamlı inkişafını təmin etmək;
- Azərbaycan Dillər Universiteti (keçmiş Xarici Dillər Universiteti) və Müəllimləri Təkmilləşdirmə İnsititutunda İngilis Dili proqram fəaliyyətinin institutlaşması;
- Həyata keçirilən proqramların dəyərləndirilməsi üçün yerli dəyərləndirmə ekspertizasının yaradılması.
Aşağıda adı keçən 3 layihə ali təhsil müəssisələrində çalışan ACİ SPELT müəllimlərinin yardımı ilə tamamlanacaqdır:
- Azərbaycan Dillər Universitetində Metodologiya dərslərinin davamlılığının təmin olunması;
- Müəllimləri Təkmilləşdirmə İnstititunda Metodologiya;
- Ali Təhsil Sisteminə Akademik Yazı fənninin daxil olması.
|