Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin


Tez-tez Verilən Suallar

     Açıq Cəmiyyət nə deməkdir?

     Açıq Cəmiyyət anlayışı belə bir etiraf üzərində qurulmuşdur ki, insanlar mükəmməl olmayan biliklərə əsaslanaraq hərəkət edirlər və heç kəs əsas həqiqəti bilmir. Açıq Cəmiyyətlər qanunun aliliyinə, demokratik yolla seçilmiş hakimiyyətin varlığına inamla, azlıqlara və azlıq təşkil edən fikirlərə hörmətlə, və həmçinin azad ticarət iqtisadiyyatının olması ilə səciyyələnir. Bağlı Cəmiyyət səylərinin çox hissəsini mövcud olan nizam-intizamın qorunmasına sərf etdiyi halda, Açıq Cəmiyyətin özünün istinad nöqtəsi kimi qanunlar qəbul etdiyi və digərlərinin hüqularına hörmət bəslədiyi, həmən əsasdan çıxış edərək tərəqqi və çiçəklənməyə imkan yaratdığı halda, qapalı cəmiyyət öz səylərini mövcud qaydanın saxlanmasına sərf edir.
     "Açıq Cəmiyyət" termini professor Karl Popper tərəfindən onun 1945-ci ildə çap edilmiş "Açıq Cəmiyyət və onun düşmənləri" kitabında populyarlaşdırılmışdı. Popperin işi Corc Sorosa dərin təsir göstərmişdir, və Cənab Sorosun öz filantrop fəaliyyətini üzərində əsaslandırdığı amillər Açıq Cəmiyyət anlayışından irəli gəlir.

     Soros Fondları Şəbəkəsi nə deməkdir?

     Filantrop Corc Soros tərəfindən yaradılmış qazanc əldə etməyən çoxsaylı fondlar Soros Fondları Şəbəkəsi kimi məşhur olan qeyri-formal şəbəkə şəklində birləşdirilmişlər. Bu şəbəkənin mərkəzində bütün dünya üzrə 30-dan artıq ölkələrdə, əsasən Mərkəzi və Şərqi Avropada, keçmiş Sovet İttifaqı ölkələrində, həmçinin Qvatemala, Haiti, Monqolustan və Cənubi Afrikada fəaliyyət göstərən muxtar təşkilatlar qrupu – "milli fondlar" yerləşir. Bütün milli fondlar açıq cəmiyyətə dəstək vermək və onun inkişafına yardım etmək missiyasını bölüşdürürlər. Bu məqsədlə onlar incəsənət və mədəniyyətlə, uşaqlar və cavanlarla, sivil cəmiyyətin inkişafı, iqtisadi reformalar və ictimai təşkilatlarla , media və rabitə, nəşriyyat və səhiyyə ilə bağlı bir çox təşəbbüsləri idarə edirlər və onlara dəstək verirlər. Açıq Cəmiyyət İnstitutu (ACİ) və ACİ-Budapeşt milli fondlara istər administrativ, maliyyə və texniki dəstək verməklə, istərsə də "şəbəkə proqramlarının" yaradılması ilə kömək edirlər ki, bu proqramlar reqional və şəbəkə miqyasında xüsusi məsələləri əhatə edirlər.

     Açıq Cəmiyyət İnstitutu nə deməkdir?

     Açıq Cəmiyyət İnstitutu özəl fəaliyyət göstərən xeyriyyə fondudur. O, təhsil reformaları, sosial, hüquqi reformalar sahəsində bir sıra proqramlara dəstək verməklə və həmçinin mürəkkəb və çox zaman mübahisəli suallara alternativ yanaşmanı təşviq etmək yolu ilə Açıq Cəmiyyətlərin bütün dünyada inkişafına və qorunmasına kömək etməyə çalışır.
     1993-cü ildə Nyu-York şəhərində yaradılmış ACİ Soros fondları şəbəkəsinin bir hissəsidir və həmçinin, Corc Soros tərəfindən yaradılmış təşkilatların İnformasiya şəbəkəsidir.O, dünyanın 30-dan artıq ölkəsində çalışır, əsasən Mərkəzi və Şərqi Avropada, keçmiş Sovet İttifaqı ölkələrində və həmçinin Qvatemalada, haitidə, Monqolustanda, Cənubi Afrikada və Birləşmiş Ştatlarda.
     Macarıstanda yaradılmış öz filialı ilə, AC-Budapeşt ilə birgə, Açıq Cəmiyyət İnstitutu bu təşkilatlara müəyyən məsələləri reqional və şəbəkə bazalarına göndərən şəbəkə proqramlarının yaradılması ilə kömək edir.
     Cənab Soros Soros Fund Management LCC-nin sədridir. Bu təşkilat özəl investisiya idarəetmə fondudur. O,fondların Kvant qruplarının investisiyalar üzrə əsas məsləhətçisidir. Kvant Fondu Kvant Qrupu içərisində ən böyük və qədim fondlardan biridir. O, 28 illik tarixi ərzində başqa investisiya fondları arasında ən yaxşı xəsiyyətnaməsi olan fond kimi tanınmışdır.

     Nyu-York Açıq Cəmiyyət İnstitutu nə deməkdir?

     Nyu-York Açıq Cəmiyyət İnstitutu özəl xeyriyyə fondudur. O, təhsil reformaları, sosial, hüquqi reformalar sahəsində bir sıra proqramlara dəstək verməklə və həmçinin mürəkkəb və çox zaman mübahisəli suallara alternativ yanaşmanı təşviq etmək yolu ilə Açıq Cəmiyyətlərin bütün dünyada inkişafına və qorunmasına kömək etməyə çalışır.
     Corc Soros tərəfindən yaradılan və maliyyələşdirilən bu fond Soros Fondları Şəbəkəsinin bir hissəsidir. O, bir sıra qazanc gətirməyən təşkilatlardan ibarətdir, hansılar ki dünyanın 30-dan artıq ölkəsində çalışır, əsasən Mərkəzi və Şərqi Avropada, keçmiş Sovet İttifaqı ölkələrində və həmçinin Qvatemalada, Haitidə, Monqolustanda, Cənubi Afrikada və Birləşmiş Ştatlarda. Macarıstanda yerləşən filialı ilə Nyu-York ACİ bu təşkilatlara və fondlara müəyyən nəticələri reqional və şəbəkə bazalarına göndərən şəbəkə proqramlarının yaradılması ilə kömək edir.

     Araye Nayer kimdir?

     A.Nayer Açıq Cəmiyyət İnstitutunun Prezidentidir. 1993-cü ildə ACİ daxil olmazdan əvvəl Nayer 12 il İnsan Hüquqları üzrə Təşkilatın icraçı direktoru işləmişdir. Daha öncə o, 15 il Amerika Vətəndaşlarının Azad İttifaqında işləmişdir ki, bunun da 8 ilini o, ittifaqın direktoru olmuşdur. 12 ildən də çox Nayer Nyu-York Universitetinin dosenti olmuşdur. O, tez-tez "Millət" və "Nyu-York Revyu Buks" nəşriyyatlarına kömək göstərmiş, həmçinin Nyu-York Meqazin, Nyu-York Tayms Revyu Buks və Forin Polisi kimi nəşriyyatlarda çap olunmuşdur. O, Nyu-York Tayms, Vaşinqton Post, Boston Qlob və İnterneşnl Xerald Tribyun kimi qəzetlərdə dərc olunmuşdur. Neyer 4 tam və 1 yarımçıq kitabın müəllifidir, 20-dən artıq kitabda onun fəsilləri çıxmışdır. O, ölkənin bir çox aparıcı universitetlərində mühazirələr oxumuş, Tudey Şou və Cimmi Leyerlə bərabər Naytlaynt Nyuşou kimi televiziya şoularında iştirak etmişdir. O, 3 fəxri ad və Amerika Vəkillər Assosiasiyanın mükafatını almışdır.

     Karl Popper kimdir?

     Ser Karl Popper elmi fəlsəfə, siyasi nəzəriyyə və sosiologiya sahəsində böyük xidmətləri ilə məşhurdur. Karl Popperin Debatlar Proqramı onun şərəfinə belə adlandırılmışdır. 1945-ci ildə yazdığı "Açıq Cəmiyyət və onun düşmənləri" kitabı ilə Popper "açıq cəmiyyət" ideyasını məşhurlaşdırmışdır ki, bu anlayış da fəlsəfə elminə güclü tə'sir göstərmiş və Corc Sorosun filantropik fəaliyyətinin əsasını təşkil etmişdir.
     Sadə dillə desək, açıq cəmiyyət elə bir ictimai təşkilat formasıdır və belə bir həqiqətə əsaslanır ki, heç kim həqiqət üzərində monopoliyaya malik deyildir, müxtəlif adamların müxtəlif nəzər nöqtəsi və marağı ola bilər və insanların sülh şəraitində bərabər yaşaya bilməsi üçün onların hüquqlarını müdafiə edə biləcək institutların mövcud olması zəruridir. Buradan aydın olur ki, debatlar açıq cəmiyyətin ayrılmaz hissəsidir.
     Popper 1902-ci ildə Vyanada anadan olmuş, təhsilini Vyana Universitetində almış və elə oradaca ona 1928-ci ildə bakalavr dərəcəsi verilmişdir. 1930-cu illərin axırında Popper Yeni Zellandiyanın Kraystçerç Universitetində dərs demək üçün Vyananı tərk edir. 1946-cı ildə onu London İqtisadiyyat Məktəbində dərs deməyə də'vət edirlər, burada o, Məntiq və Elmi Metod üzrə professor dərəcəsi alır. 1972-ci ildə Popperə zadəgan titulu verilir., 1982-ci ildə isə o, fəxri Orden Kavaleri olur. Popper Kral Cəmiyyətinin, Britaniya Akademiyasının, Amerika Elm və İncəsənət Akademiyasının, bir sıra digər milli və beynəlxalq Akademiyaların üzvü olmuşdur.
     Corc Soros LİM-də Maqistr dərəcəsi almağa hazırlaşdığı zaman o, Popper və onun ideyaları ilə ilk dəfə olaraq yaxından qarşılaşdı. Corc Soros hələ filosofun yanında bilavasitə oxumadığı zaman, o, özünün bir neçə oçerkini tanış olmaq və qiymətləndirmək məqsədi ilə Popperə təqdim etdi. 1962-ci ildə təhsilini bitirdikdən xeyli sonra Soros "Vicdan yükü" adlı fəlsəfi traktat yazdı. Soros bu traktatı onun ideyalarını hərtərəfli dəstəkləyən cənab Popperə göndərdi. Onların ittifatı ildən-ilə möhkəmlənərək davam edirdi. 1994-cü ilin iyununda cənab Popper Praqada Mərkəzi Avropa Universitetində mühazirə ilə çıxış etdi. Bu Universiteti o, sabiq Sovet İttifaqı və Şərqi Avropada açıq cəmiyyət ideallarını aşılayan intelllektual bir mərkəz kimi tə'sis etmişdi.
     "Açıq cəmiyyət və onun düşmənləri" kitabından başqa Popperin aşağıdakı böyük əsərlərinin adını çəkmək olar: "Elmi kəşfin məntiqi", "Tarixçiliyin kasıblığı", "Gümanlar və təkziblər", "Obyektiv biliklər", "Realizm və elmin məqsədi", "Açıq kainat". Karl Popper 1994-cü ilin sentyabrında vəfat etmişdir.

     Açıq Cəmiyyət İnstitutu proqramları nə təklif edir?

     ACİ - proqramlarını 3 hissəyə bölmək olar: Mərkəzi və Şərqi Avropa və keçmiş Sovet İttifaqında həyata keçirilən proqramlar, Amerika Birləşmiş Ştatlarında həyata keçirilən proqramlar və nəhayət, yer kürəsinin digər həssələrində həyata keçirilər proqramlar.
     Mərkəzi və Şərqi Avropa və keçmiş Sovet İttifaqında həyata keçirilən proqramlar "şəbəkə proqramları" kimi tanınmışdır. Bu proqramlar ACİ - Nyu-York, ACİ-Budapeşt və yaxud mühüm probləri həll edə bilən 2 və ya daha artıq şəbəkə fondu tərəfindən həyata keçirilir.
     ACİ - Nyu-York Proqramlarına aşağıdakı proqramlar daxildir: Rədəniyyət və Kncəsənət, Şərq-Şərq, Uşaqlar və Gənclər, ingilis dili, İnternet, tibb və səhiyyə, qadın proqramları. Budapeşt şəbəkə proqramlarına aşağıdakilər daxildir: Konstitusiya və Qanunvericilik Siyasəti İnstitutu, Orta və Ali Təhsilə kömək Proqramı, Kitabxanalar Proqramı, Kütləvi İnformasiya Vasitələri Proqramı, Açıq Cəmiyyət Arxivləri, Nəşriyyat Mərkəzi və Təqaüdlər Proqramı.
     Beynəlxalq proqramlara Birma, Mərkəzi Avraziya, Məcburi Mühacirət, Fuqas Layihələri və Sənədli Soros Fondu daxildir.
     Amerika Birləşmiş Ştatlarında Həyata keçirilən proqramlara aşağıdakılar daxildir: Cinayət Mərkəzi, Cəmiyyət və Mədəniyyət; qanuni mühacirlərə kömək göstərən Emma Lazarus Fondu, Narkotik tədqiqat mərkəzi olan Lindsmit Mərkəzi, Amerikada ölüm mövzusuna aid layihə, Açıq Cəmiyyətin Təqaüdləri Proqramı, həmçinin maliyyə islahatı, uşaq hüquqlarını dəstəkləyən təhsil islahatı, kiçik yaşlı qızların hamiləliyi, gənclərin inkişafı, hüquq, tibb və jurnalistikada etika proqramları.

     Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu

     Sorosun Fondlar Şəbəkəsinə daxil olan digər təşkilatlar kimi ACİ- YF da əvvəllər bağlı cəmiyyətlərin mövcud olduğu ölkələrdə açıq cəmiyyətin yaradılmasını qarşısına məqsəd qoyur. Azərbaycanda açıq demokratik cəmiyyət yaranmasına kömək edən təşkilat və müəssisələrə maddi və texniki yardım göstərməklə bu məqsədə nail olmaq olar.

     Budapeşt Açıq Cəmiyyət İnstitutu nə deməkdir?

     Budapeşt Açıq Cəmiyyət İnstitutu 1993-cü ildə hüquq, təhsil və sosial islahatlar sahəsində proqramlar həyata keçirmək məqsədi ilə yaradılmışdır. Budapeşt ACİ dünyanın 30 ölkəsində fəaliyyət göstərən Soros Fondlar Şəbəkəsinin və muxtar təşkilatlar qrupunun tərkib hissəsidir. Nyu-York ACİ ilə bərabər Budapeşt ACİ bu təşkilatları inzibati, maddi və texniki yardımla tə'min edir və şəbəkə daxilində müxtəlif təşkilatları birləşdirən "Şəbəkə Proqramları" tərtib edir.
     Əsası Budapeştdə qoyulmuş Şəbəkə Proqramına aşağıdakılar daxildir: milli fondlar və mərkəz tərəfindən həyata keçirilən hüquqi islahatlara kömək məqsədi ilə yaradılmış Konstitusional və Hüquqi Siyasət İnstitutu, Mərkəzi və Şərqi Avropada, keçmiş Sovet İttifaqında ali təhsilin inkişafına kömək edən, ibtidai və orta təhsil proqramlarını təkmilləşdirmə? məqsədi ilə yaradılmış Təhsil Siyasəti İnstitutu, ayrı-ayrı kitabxana layihələrinə gömək və kitabxanaçıların təhsil proqramlarının səviyyəsini artırmaq məqsədi ilə yaradılmış Kitabxana Proqramı, milli fondlar və digər şəbəkə təşkilatları, o cümlədən kütləvi İnformasiya vasitələrinə aid layihələr üzərində işləyən beynəlxalq təşkilat üçün məsləhətçi rolunu oynayan Kütləvi İnformasiya Vasitələri Proqramı, Açıq Cəmiyyətin əhəmiyyətini artıran kitabların nəşrinə və eləcə də bütün bölgənin nəşriyyat industriyasının inkişafına kömək məqsədi ilə yaradılmış Nəşriyyat Mərkəzi; Mərkəzi və Şərqi Avropanın, keçmiş Sovet İttifaqının, Monqoliya və Birmanın tələbə və müəllimlərinə, təhsil sistemi işçilərinə təcrübə mübadiləsi aparmağa imkan verən Təqaüdlər Proqramı (Nyu-Yorkda da fəaliyyət göstərir); menedcement, İnformasiya xidmətlərini və bölgənin arxiv işçilərinin təhsilini tə'min edən Açıq Cəmiyyət Arxivləri.
     Budapeşt ACİ və onun tərkibində olan institutlar Budapeştin ətrafındakı Mərkəzi Avropa Universitetində yerləşir, onların proqramları isə universitetin ehtiyatları hesabına tərtib olunur.



webmaster@osi-az.org