|
Qrantlar Siyasəti
Azərbaycan Respublikasının Qrantlar haqda Qanununa və ACİ-YF-nun daxili reqlamentlərinə uyğun olaraq, bütün qrantlar sırf açıq rəqabət prinsipləri əsasında verilir. Qrant elanları geniş tirajla yayılan kütləvi İnformasiya vasitələrində dərc olunur və ACİ-YF-nin aşağıdakı universitet və mərkəzlərdə yerləşdirilmiş elanlar lövhəsinə salınır: Qərb Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Tibb Universiteti, Azərbaycan Universiteti, QHT Araşdırma Mərkəzi, mingəçevir Təhsil və İnformasiya Mərkəzi, Gəncə Təhsil və İnformasiya Mərkəzi, Azərbaycan Elmlər Akademiyası, Axundov adına Lövlət Kitabxanası. Əvvəllər ACİ-dən qrantlar almış və ACİ-YF-nin qrant müqaviləsi şərtləriylə razılaşmayan ayrı-ayrı şəxslər və təşkilatlar ACİ-YF-nin sonrakı maliyyə vəsaitlərini əldə etmək hüququndan məhrumdurlar.
ACİ-YF yalnız özünün hər hansı bir il üzrə Milli Şurası tərəfindən təsdiq edilmiş sahələr çərçivəsində layihələri maliyyələşdirir.
|