|
Sağlamlıq və Qiqiyena Qaydaları Təhsili
Məqsədlər
Səhiyyə sahəsində maarifçilik proqramı orta məktəb şagirdlərinə sağlamlıq və gigiyena qaydalarının yeni üsulla tədris edilməsi və onların öz sağlamlıqlarına qarşı münasibətə müsbət təsir etmək üçün nəzərdə tutulub.
Proqramın istiqamətləri
Proqram bir neçə hissəyə bölünən müəllimlər üçün təlim proqramı kimi işlənilib:
- Proqram interaktiv tədris metodikalarını təqdim edir. Bu metodikalar beş hissədən ibarət sağlamlıq və gigiyena qaydaları tədris planı və spirtli içkilər, narkotiklər, cinsi həyat, AİDS, siqaret çəkmə, qidalanma mövzularında beş günlük təlim kurslarını nəzərdə tutur.
- Proqram tədris planını və regional ətraf mühit məsələləri üzrə təlimi nəzərdə tutur.
- Köməkçi təlim seminarlarına fəal təlim metodlarına aid intensiv kurslar, cinsi tərbiyyə kursları və bərabər müzakirə üzrə kurslar daxildir.
1999-2001-ci illərdə nəaliyyətlər
- 30 məktəb psixologiya və sosiologiya müəllimlərinin instruktor kimi hazırlanması.
- Beş saqlamlıq və gigiyena qaydaları tədrisi üzrə metodik dərsliyin tərcüməsi və dərc edilməsi.
- Naxçıvan şəhərində 25 müəllim üçün kursların təşkili.
- Bakı müəllimləri təkmilləşdirmə institutunun tədris proqramına sağlamlıq və gigiyena qaydalarının tədrisi sektoru daxil edilmişdir.
|