Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin


Təhsil  
 Gənc Təşəbbüskarlara Yardım Proqramı


Arxiv  
 Proqramlar
 Təhsil İslahatı Layihəsi
 Ali Təhsilə Dəstək layihəsi - Təhsil İnformasiya Mərkəzləri
 İngilis dili proqramı
 "Təhsildə İnnovasiyalar"
Vətəndaş İştirakının inkişafı
 Təhsildə QHT sektoruna dəstək Proqramı
Vətəndaş Təhsili Proqramı
"Vətəndaş Cəmiyyətində Debat"
 Tez-tez Verilən Suallar
 İnternet Kitabxanası
 Statistika
 Əlaqə










Ali Təhsilə Dəstək Proqrami (ATDP)

Məqsədlər:
  • Ali məktəblərdə sosial və humanitar elmlərin tədrisinin keyfiyyətinin artırmaq.
  • İnformasiya və kommunikasiya texnologiyalarının istifadəsi yolu ilə ali təhsilin keyfiyyətini artırmaq.
  • Təhsil siyasətinin inkişafina yönəldilmiş fəaliyyəti dəstəkləmək

1997-2001-ci illərdə nəaliyyətlər
  • Xəzər Universiteti tərəfindən təklif olunan iqtisadiyyat və kitabxana işinə aid iki yay məktəbi layihəsi ACİ-Azərbaycan tərəfindən dəstək almış və 1999-cu ilin yay aylarında Bakıda həyata keçirilmişdir.
  • Bakı Dövlət Universitetində İnternet resurs mərkəzi yaradılmışdır.
  • Azərbaycan Universitetində Tədris resurs mərkəzi yaradılmışdır.
  • ACİ ilə əməkdaşlıq eləyən universitetlərdən (yəni Bakı Dövlət Universitetindən, Lənkaran Dövlət Universitetindən və Mingəçevir Politexnik Universitetindən) 5 müəllim 2000-ci ilin martında Sankt-Peterburq şəhərində keçirilmiş "Ali təhsildə İnternetin rolu" konfrasında iştirak etmişdir.
  • Ali məktəblərin İngilis dili müəllimləri kursları
  • 2001-ci ilin yayında Bakı Dövlət Universitetində "Amerika Tədqiqatlar Mərkəzi" tərəfindən "Təhsil siyasəti" və "İKT-dan təhsildə istifadə"yə dair yay məktəbləri təşkil olunmuşdur
  • Ali məktəblərin nümayəndələri üçün 2002-ci ilin martında CRC direktoru tərəfindən "Kursların təşkili" mövzusunda seminar keçirilmişdir.
  • Məlumatın və proqramın tədbirləri haqqında elanların yayılması üçün ali məktəblərin rəhbər bölmələri ilə əlaqələr yaradılmışdır.

2002-ci ildə fəaliyyəti
    Əsas tədbirlər
    1. Milli və Şəbəkə Yay məktəblərinin təşkil edilməsi üçün lazımi təşkilat bacarıqlarının inkişaf etdirilməsi. Yay məktəbləri təşkili sahəsində təcrubəsi olmayan institutlar arasında bacarıq və təcrübənin inkişaf etdilirməsi.
    2. Tədris proqramları resurs mərkəzi və qabaqcıl yerli əməkdaşlarla birlikdə instruktorların tədris proqramları və dərs cədvəllərinin hazırlanması, tədris metodları, qiymətləndirmə və s. sahələrdə potensialın yaradılması.
    3. Rayonlarda həyata keçirilən proqramların sayının artırılması və onların bizim mövcud layihələrə cəlb edilməsi.
    4. Yuxarıdakı layihələr vasitəsilə ali məktəblər arasında daha sıx əməkdaşlıqın yaradılması.

  1. Yay məktəbləri arasında Ümümmilli müsabiqə
    Layihənin məqsədləri
    • Sosiologiya və humanitar elmlər sahəsində təcrübəli və gənc alimlərin bilik və bacarıqlarını inkişaf etdirmək.
    • Yeni metodları müvəffəqiyyətlə tətbiq etmək, yerli və xarici təşkilatlar arasında əməkdaşlıqı möhkəmləndirmək.
    • Yay məktəbləri, yay kursları və s. kimi tədbirlərin təşkili üçün lazım olan təşkilat bacarıqlarını inkişaf etdilmək.
    Layihənin müddəti: 2001-ci il sentyabr - 2002-ci il avqust
    İştirakçılar: Ali təhsil ocaqları


  2. Tədris planlarının hazırlanması layihəsi (TPHP)
    Layihənin məqsədləri
      Tədris planlarının hazırlanması layihəsi Azərbaycandakı ali məktəblərin tədris olunan sosial və humanitar elmlərin tədris dairəsini genişləndirmək üçün nəzərdə tutulmuşdur.
    Layihənin fəaliyyəti
    • Tədris proqramlarının yeni məzmunu və yeni tədris metodları ilə professor heyyətini tanış etmək üçün kursların təşkili
    • Layihənin sabitliyi üçün tədris materiallarının hazırlanması.
    • Yeni fənn kurslarını Bakıdakı və rayonlardakı ali məktəblərin tədris planına daxil edilməsi.
    • Azərbaycanın ali məktəblərində yeni fənn kurslarının işlənib-hazırlanması imkanlarını inkişaf etdirmək.
    Layihənin müddəti: 2001-ci il yanvar - 2002-ci il yanvar
    İştirakçılar: Rafael Həsənov (müəllif və qrup rəhbəri) və Kazım Əzimov


2003-cü il üçün nəzərdə tutulmuş planlar
  1. Yay məktəbləri üzrə ümummilli müsabiqə
      Azərbaycanın ali məktəbləri arasında qrant əsasında təşkil edilən yay məktəblərinin və yeni kursların təşkilinə yönəldilmiş müsabiqə (məqsədilə).
  2. Tədris proqramlarının hazırlanması layihəsinin davamı
      Yeni kursların və tədris proqramlarının yaradılması və kursların planlaşdırılması, yeni tədris metodları, qiymətləndirilmə və öyrənilməyə həsr olunmuş proqramın həyata keçirilməsi.
  3. Xəzər Universitetinin təşəbbüsü olan Tədris metodika mərkəzinin açılması.
      Bu mərkəz sosiologiya və humanitar elmləri sahəsində müəllimlərin bacarıqlarının təkmilləşdirilməsi, həmçinin digər ali təhsil ocaqlarının kurs və tədris proqramlarının planlaşdırılması, qiymətləndirilməsi və öyrənilməsi sahəsində potensialın inkişaf etdirilməsində fəal iştirak.

Proqramın partnyorları:
  1. Təhsil nazirliyi
  2. Amerika tədqiqatlar mərkəzi (Bakı Dövlət Universitetinin və ABŞ-nın İndiana Universitetinin birgə layihəsi)
  3. Bakıda, Mingəçevirdə, Gəncədə və Lənkaranda Təhsil informasiya mərkəzləri
  4. ATDP şəbəkəsinə daxil olan ali məktəblər
  5. Azərbaycanın ali məktəbləri


webmaster@osi-az.org