Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version




Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin


Acıq Cəmiyyət İnstitutu-Yardım Fondu / Azərbaycan


Acıq Cəmiyyət İnstitutu-Yardım Fondunun
HESABATI


     Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu (ACİ-YF) Azərbaycanda açıq cəmiyyətin inkişafı və tərəqqisi üçün 1997 ildə təsis edilən qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır. ACİ-YF/ Azərbaycanın əsas maliyyə mənbəyi investisiya sahibkarı və filantrop Corc Sorosdur.

     ACİ-YF/Azərbaycanın fəaliyyətə başlandığı 1997 ildən 1999 ilə kimi dövr Azərbaycanda açıq cəmiyyətə dəstəyin genişlənməsiylə səciyyələnir. Fəaliyyətinin ilk ilində ACİ-YF/Azərbaycan kitabxanalar, İnternet və digər təhsil təşəbbüsləri vasitəsilə informasiyanın geniş şəkildə yayılması ilə açıq cəmiyyətin inkişafına dəstək vermək üçün proqramlar təşkil etmişdir. Fondun dəstəyi ilə 100-dən artıq insan beynəlxalq konfranslarda, seminarlarda və qısamüddətli tədris proqramlarında iştirak etmişdir; Azərbaycan dilli uşaqların minlərlə kitabları latın qrafikası ilə nəşr edilmişdir; qeyri-hökumət sektorunu gücləndirən yeni qanunvericilik hazırlanmışdır. 1997 ildə həmçinin müstəqil media üçün milli informasiya şəbəkəsi yaradılmış və Bakıda təhsil məlumat mərkəzi üçün əməliyyat dəstəyi təşkil edilmişdir.

     1997 ildə həmçinin ACİ-YF/Azərbaycan tələblərin qiymətləndirilməsi və Təhsilə Dəstək Qrupu və Ali Təhsilə Dəstək Proqramı ekspertlərinin səfərlərinə əsaslanan ilkin fəaliyyət proqramını hazırladı. Azərbaycanda təhsilin yaxşılaşdırılması üçün çox işlər görülməli olduğu şəraitdə əsas səylər gələcəkdə ACİ-YF/Azərbaycan üçün tərəfdaş, trener və məsləhətçilər ola biləcək əsas şəxs qrupları və təşkilatlarla təhsil islahatları barədə milli dialoqun başlanmasına yönəlmişdi. ACİ-YF/Azərbaycanın fəaliyyətinin ilk ili gələcək fəaliyyətə zəmin yaratmaq üçün reallığı və ölkədə iş imkanlarını öyrənməyə həsr olunmuş bir il idi.

ətraflı ...




webmaster@osi-az.org