|
İNFORMASİYA
İnternet Proqramı
ACİ-nun Azərbaycandakı İnternet Proqramı Azərbaycanla internet texnologiyalarının fəaliyyət mərkəzindədir və Bakı və regionlarda bir neçə böyük universitetlərdə internetlə bağla lahiyələrin müəllifidir. 1998 ilin aprelində açılışından sonra o, 4000-dən artıq istifadəçiylə bütün ölkə boyunca 37 000 saatdan artıq treninq keçirmiş, bütün Azərbaycan ərazisində internet texnologiyalarının inkişafında lider olmaq üçün səy göstərmişdir.
Kitabxanalar
İnformasiyanın hamı üçün açıq olması və biliklər açıq cəmiyyət üçün həyati önəm daşıyır. Dövlət maliyyələşdirilməsinin azlığı, respublika kitabxanalarının tarixi olaraq Moskvadan asılı olması, erməni lobbisinin təzyiqi nəticəsində ABŞ Hökuməti tərəfindən yetərincə maliyyə dəstəyinin olmaması, umumi infrastrukturun yoxsul olması kimi səbəblər üzündən Azərbaycandakı kitabxanalar qərbi Avropadakı, hətta Rusiyada kitabxanalardan xeyli geri qalmışlar. Kitabxanalara dəstək Azərbaycanın izolyasiya olunmasına, geriliklə (provinsializmlə) və informasiya boşluğu ilə aparılan mübarizə yollarından biridir.
Nəşriyyat
Kitablar və yeni elektron KİV-lər keçid dövründə olan cəmiyyətlərə lazım olan ideya və informasiyaların boyük kütlələrə çatdırılması üçün səmərəli yollardır. ACİ/ Azərbaycanın müxtəlif nəşriyyat lahiyələri və səyləri ikitərəflidir. Birincisi onlar tənqidi düşüncəni, təhsildə üstünlüyə malik olmasına, mədəniyyətlər arasında anlaşmaya və açıq cəmiyyət dəyərlərini yayan kitabların və elektron vasitələrin nəşr edilməsinə dəstək vermək niyyəti daşıyırlar. İkincisi isə onlar açıq, vətəndaş cəmiyyətin həyati institutu olan güclü, müxtəlif və müstəqil nəşriyyat sənayesinin inkişafı üçün şərait yaratmaq məqsədi güdür.
|