|
Internet Programı
...geriyə
Proqramın bu sürətlə inkişafı ərazinin bir sıra universitetlərində, Gəncə və Mingəçevir şəhərlərinin ətraf zonalarına dünya şəbəkəsinə giriş mərkəzlərinin təqdim olunması da daxil olmaqla digər layihələrin inkişafına yol açdı. Nəticə etibarilə, bu cür texnologiyalara maraq aşağıdakı qruplara da sirayət etmişdir: tədris, elmi-tədqiqat müəssisələri, universitetlər, orta məktəblər, kütləvi-İnformasiya vasitələri, qeyri-hökumət təşkilatları, kitabxanalar, tibbi müəssisələr və muzeylər. 3 ildən yuxarı bir müddət ərzində Açıq Cəmiyyət İnstitutu-İnternet Proqramı World Hope International təşkilatına, Axundov adına Dövlət Kitabxanasına, Xəzər Universitetinə, Bakı Dövlət Universitetinə, Azərbaycan Neft Akademiyasına, İSAR və İGTL təşkilatlarına ümumi məbləği $185 000-dan yuxarı olan yardımlar göstərmişdir. Açıq Cəmiyyət İnstitutunun İnternet Proqramından irəli gələn yeniliklər və yeni ideyalara durmadan can atma onların qarşısında Azərbaycanda İnternet texnologiyalarının geniş imkanlarını açır.
Açıq Cəmiyyət İnstitutu-İnternet Proqramı Şəbəkəsi:


Proqram xərcləri:
| Təşkilatın adı | 1997 (ABŞ $) | 1998 (ABŞ $) | 1999 (ABŞ $) | Yekun |
| ACİ Yardımı | 73,757 | 190,470 | 298,150 | 562,377 |
| Nəğd şəkildə edilən yardımlar* | 0 | 10,000 | 62,000 | 72,000 |
*TƏRƏFDAŞLAR: OSI, IATP/USIS, Avrasiya Fondu and NATO birləşmə və infrastruktur xərclərini bölüşürlər. |