|
|

 |
 |

|
 |

|
Təhsildə İKT-nın istifadəsi
Məqsədlər
- Təhsil prosesinin müxtəlif mərhələrində informasiya və kommunikasiya texnoloqiyalarının istifadəsini genişlərndirmək.
- İKT istifadəsi yolu ilə təhsil prosesində yeni prinsip və metodları tətbiq etmək.
- Müasir texnologiyaları ACİ-YF-nun başqa proqramlarına daxil etmək üçün İKT-dan istifadə etmək.
Hazırki vəziyyətin təhlili
- Məktəblərin, xüsusilə də şagirdlərin, İnternetə çıxışı çox məhduddur.
- Bu sahədə çox az həsmdə tədris işi aparılır.
- İnternetə çıxış üçün adi telefon xəttlərindən istifadə olunur.
- İnternetdən kollektiv istifadə vasitələrinin bahalıqı məktəblərdəki sistemləri təkmilləşdirməyə maneəçilik yaradır.
- Ehtiyyatların paylanması və onların istifadəsinin qiymətləndirilməsinə mütəşəkkil yanaşma yoxdur.
- İnformatika müəllimlərinin malik olduğu köhnə məlumat və biliklər müasir kompüter və proqram təhcizatı ilə işləmək üçün yaramır.
Nəaliyyətlər
- Proqramın rayonlarda inkişaf etdilirməsi məqsədilə altı müəllim müvafiq tədris keçmişdir.
- Rayon orta və ali məktəblərinin müəllimləri üçün iki ilkin səviyyə üçün (yəni istifadəçi saviyyəsi üçün) kursu keçirilmişdir.
- Məktəblərdə İKT istifadəsi sahəsində əməkdaşlıq qurmaq məqsədilə ölkədaxili və beynəlxalq partnyorlarla əlaqələr yaradılmışdır.
- Təhsildə İKT-ların istifadəsinin mühümlüyünü hökümət rəsmiləri tərəfindən anlamasında tərəqqi mövcuddur.
- Məktəblərdə müxtəlif beynəlxalq layihələr həyata keçirilib.
- Azərbaycan məktəbliləri qlobal şəbəkə informasiya və ünsiyyət resurslarına qoşulub.
- Məktəb-arası əlaqələrin inkişafı üçün müxtəlif təşəbbüslər: məktəblərin arasında şəbəkə yaradılıb və müxtəlif çeşidli tədbirlər keçirilib
- ACİ-YF-nun müxtəlif bölmələrin iş çərçivəsində 11 məktəb və 3 litsey kompüterlərlə təmin olunmuşdur.
2002-ci ilin ərzində görülən işlər
- İnstruktorların məlumat potensialının yaradılması və möhkəmləndirilməsi.
- Kompüterlər və proqram təhcizatından istifadə tədrisini həyatı keçirən digər ("Addım-addım", "Debatlar", TTİMY, Tərix dərsliklərinin nəşri layihəsi) ACİ-YF proqramları arasında əməkdaşlıqın genişləndirilməsi.
- ACİ-YF-nun partnyorları ilə birlikdə yaratdıqı təhsil ocaqları arasındakı AZNET şəbəkəsinin əsasında təhsil şəbəkəsinin inkişaf etdilirlməsi və kompüterlərlə təhciz edilmiş məktəblərin sayının artırılması.
- İKT-nın təhsildə istifadə mərkəzlərinə yardım işinə ictimayyəti cəlb edərək insanların bu sahədə bilik və məlumatının artırılması.
- Lazer disklərində və ya İnternetdə təhsil resurslarının yaradilması imkanlarının planlaşdırılması.
- Məktəb müəllimlərinə təhsil proqramlarının işlənib-hazırlanmasınə həsr olunmuş təlim kurslarının təşkili.
2003-cü ildə planlaşdırılmış işlər
- Təhsil nazirliyi və donor təşkilatların fəaliyyətini yuğunlaşdırmaq.
- Əhalinin bilik və bacarıqlarını genişləndirmək üçün küclü təlimatçı heyyətini hazırlamaq.
- Hal-hazırda İnternetə qoşulmuş məktəblərə yardım göstərmək (İEARN, "Məktəblərdə İnternet" layihəsi).
- İKT-ların təhsildə işlədilməsi sahəsinə başqa donor-təşkilatları cəlb etmək.
- Fəaliyyəti məktəblərə texniki yardıma deyil, məzmun-daşıyan işlərə yönəldmək.
Proqramın partnyorları
- Ümumdünya Bankının layihələr şöbəsi
- UNESCO-nun Təhsildə İKT İnstitutu (IITE)
- IREX/IATP
- ABŞ Dövlət Departamenti
- Bakı Dövlət Universitetinin İnternet Mərkəzi
- ACİ-YF-nun təhsil proqramları ("Məlumat", "Addım-addım", "İngilis Dilinin Tədrisi, "Vətəndaş Hüquqları sahəsində tədris", "Debatlar").
|
|
 |  |
|