Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin


Vətəndaş Cəmiyyəti  
 Proqramlar
KİV Proqramı
 Şərq Şərq: Sərhədsiz Əməkdaşlıq Proqramı
 İncəsənət Proqramı
 Səhiyyə Proqramı
 Qadınlar Proqramı
 Hüquq Proqramı
 Yerli Özünüidarəetmə və İctimai İdarəçiliyin İslahatı Təşəbbüsü
 Neft gəlirləri və ictimai vəsait şəffaflığı proqramı
 Avropa Inteqrasiyası proqramı
 Statistika
 Əlaqə

Hüquq və Ədalət Mühakiməsi proqramları

Proqram koordinatoru: Fuad Suleymanov

Bu sənəd AJİ-YF-in Hüquq və Ədalət Mühakiməsi proqamlarının məqsədləri, təyinatı və gələjək fəaliyyət istiqamətlərini ümumi şəkildə ifadə edilməsi məqsədinə xidmət edir.

Missiya

Avropa Şurasına qəbul olunaraq, Azərbayjan Respublkası milli qanunverijiliyini və hüquq praktikasını Avropa İnsan Haqqları Hüququnun standartlarına uyğunlaşdırmaq öhdəliyini üzərinə götürüb.

İnsan Haqqlarının Konstitusiya və milli qanunverijilikdə təsbit olunması heç də axır nətijə deyildir. Azərbayjan Konstitusiyası müvafiq qaydada parlament tərəfindən təsdiq edilmiş beynəlxalq hüquq aktlarını, Konstitusiya və referendum aktlarıdan başqa, ölkə qanunlarına nisbətdə üstün tanıyır. Fəqət, beynəlxalq hüquq aktları özü özdüyündə yerinə yetirilmək (ijra olmaq) xüsusiyyətinə malik deyildir və onların həyata keçirilməsi milli qanunverijiliyin normaları ilə təmin olunmalıdır.

Azərbayjan Respublikası məhkəmə sistemində aparılmış reformaların nətijəsi olaraq üç-pilləli məhkəmə təminatı sistemi (ərazi yurisdiksiya, apelyasiya mühakiməsi yurisdiksiyası, kasasiya mühakiməsi yurisdiksiyası) yaradılmıhdır ki, bu da İnsan Haqqları və Əsas Azadlıqları üzrə Avropa Konvensiyasının (gələjəkdə İHAK adlanajaq) 13-jü maddəsinin tələblərinə uyğun gəlir. Bununla yanaşı insan haqqları müdafiəsinin milli vasitələrinin tükənməsi probleminin müəyyən izaha ehtiyajı vardır. Fərdin Konstitusiya Məhkəməsinə ümumi yurisdiksiya məhkəmələri vasitəsi ilə şikayət verməsi insan haqqlarının milli səviyyədə mühafizəsi üçün «yarımçıq» imkan kimi qəbul edilməlidir.

Beynəlxalq hüquq normalarının təminatı yolunda yaranın çox böyük maneələr hüquq düşünjəsinin və hüquq mədəniyyətinin yararsız inkişafı ilə bağlıdır. Hüquq düşünjəsinin inkişafında müəyyən tarixi dövr və hüquq təhsilin mükəmməlləşdirilməsinə ehtiyaj duyulur. Təəssüf ki, hüquqi informasiyanın yayılması hələ də ümumilikdə problem olaraq qalır. Xüsusən də, müvafiq qaydada parlament tərəfindən təsdiq olunmuş beynəlxalq hüquq aktları rəsmi mətbuatda tam şəkildə nəşr olunmaması, lakin artıq milli qanunverijilik ilə nisbətdə üstünlük təşkil etməsi və ölkə ərazisində birbaşa hüquqi qüvvəya malik olması.

Avropa Şurasına qəbul edildikdən sonra Azərbayjanda hüquq islahatlarının səviyyəsi əhəmiyyətli dərəjədə təkmilləşdirilmişdir. Eyni zamanda diqqət və köməyimizə ehtiyajı olan bir çox sahə mövjuddur ki, burada hələ uzun bir yol keçmək və zəruri dəstəyi əsirgəməmək lazım olajaqdır. Beləliklə, bizim missiyanın strategiyası aşağıdakı kimi qalmaqdadır: qanunları insanların gündəlik hayatına daha da yaxın etmək.

Ümumi məqsədlər

Hüquq və Ədalət Mühakiməsi proqramlarının inkişafında AJİ-YF aşağıdakı məqsədləri nəzərində saxlayır:

  • Hüquqi təhsilə və hüquqi informasiyanın yayılmasına kömək etmək;
  • Demokratik institutların və vətəndaş jəmiyyətinin inkişafına dəstək vermək;
  • İnsan haqqlarına hörmət və onların müdafiəsinə yardım etmək;
  • Azərbayjanda geniş yayılmış korrupsiyaya qarşı iş aparmaq.

Partnyorlar

Hüquq və Ədalət Mühakiməsi proqramlarının müvəffəqiyyətlə həyata keçirilməsi üçün AJİ-YF Azərbayjanda fəaliyyət göstərən başqa donor və beynəlxalq təşkilatlarla və həmçinin hüquq sahəsində AJİ-YF missiyasına fəaliyyəti uyğun olan təşkilatlarla sıx əlaqədə olmalıdır.

Biz həmçinin İnsan Haqqlarının qorunması və hüquq xidməti sahəsində çalışan yerli QHT-lərə (Qeyri Hökumət Təşkilatları) daha yaxından diqqət göstərməliyik. Dövlət orqanları və Hökumət ədalət mühakiməsi sahəsində bizim əsas partnyorumuzdur: biz məhkəmə və ədliyyə orqanları, polis akademiyası ilə sıx işləməliyik.

Hüquq proqramı

Kliniki hüquqi təhsil fəaliyyətimizin prioritet sahəsini təşkil edir. Xəzər və Bakı Dövlət Universitetlərinin klinikaları əldə etdikləri təjrübəni biz digər universitetlərə, hüquq fakültələrinə və həmçinin «küçə hüququ» kimi inkişaf edən proqramlara yardım etmək üçün istifadə edə bilərik. Klinikalar üçün ümumi məsləhət şurasının yaradılması və müntəzəm işçi görüşlərin keçirilməsi hüquqi təhsilin inkişafında və ondan praktiki fayda alınmasında əsas həll olunmalı problemdir. Hüquq məktəblərində mükəmməl hüquq kitabxanalarının yaradılması və həmçinin yeni milli qanunlara xülasələrin/ şərhlərin, xüsusən də İHAK-a uyğunluğuna istinad edərək, hazırlanması burada başqa bir üstünlük təşkil edən zərurətdir.

Bizim «jib kitabçaları» proqramımız geniş hüquqi təhsil və anti-korrupsiya təsirinə malikdir.

İnsan haqqlarının qorunması üçün effektiv fəaliyyət göstərən pulsuz hüquqi yardım xidmətinin olması və hüquq xidmətinə ehtiyajı olan lakin onu əldə edə bilməyən aztəminatlı qruplar üçün ədalət mühakiməsindən istifadə etmə imkanının təmin olması çox böyük əhəmiyyət kəsb edən problemdir. Əvvəlki layihələrdən topladığımız təjrübələrə əsaslanaraq biz, bu sahədə işləri davam etməli, xüsusən də Strasburq Məhəkəməsinə göndərilə biləjək işlər üzrə vəkillərin və insan haqqları müdafiəçilərin təlimləndirilməsi təşəbbüslərini dəstəkləməliyik.

Ədalət Mühakiməsi Proqramı

Polis akademiyası ilə ışguzar əlaqələrin yaradılması polis ilə “etibarlı əlaqələrin yaradılması” funksiyasını yerinə yetirmiş olur və daha sonra yəqin ki, polis ilə başqa layihələrin həyata keçirilməsinə keçid ola bilərdi.

Azərbayjanın məhkəmə hakimiyyətinə dünyanın müstəqil məhkəmə sistemlərinin ən yaxşı təjrübə nümunələrinin təqdim olması və hakimlərin daimi ixtisas təlimi üçün müstəqil və peşəkar Məhkəmə Təlim Mərkəzinin (MTM) yaradılması bizim marağımıza javab verir. Bununula yanaşı hakimlərin azad və müstəqil birliklərinin – assosiyasiyalarının yaradılması mühüm vəzifədir.

Jəzaların ijrası yerlərinin və həbsxanaların islahatı Azərbayjanda ən vajib məsələlərdən biri kimi qalır. Jəza çəkənlərin hüquqi biliklərinin təkmilləşdirilməsi üçün əvvəllər müəyyən jəhdlər edilmiş: lakin bu iş davam etməlidir. Biz həmçinin insan haqqlarının müdafiəsi qruplarına həbsxanaların, müvəqqəti saxlama yerlərinin və məhkəmə proseslərinin monitorinqində dəstək etməliyik. Jəzaçəkmə yerlərinin işçilərinin təlimi həmçinin marağımız dairəsindədir: bu heç olmazsa məlumatların olmaması səbəbindən daxili qaydaların pozulmasının qarşısını alar.

İlkin dəstəyimizlə yaradılmış Beynəlxalq Şəffaflığın (Transparency International) Azərbayjandakı nümayəndəliyi hazırda fondla başqa layihələr üzərində işləyir.

AJİ-YF bütün fəaliyyətində korrupsiyaya qarşı diqqət yönəltməyə əsas vəzifə hesab edir: şəffaflıq fəaliyyəti gündəlikdə duran vajib məsələ olmalıdır, belə ki, korrupsiya ilə mübarizədən başqa, həm də ijtimaiyyət tərəfindən informasiyanın əldə olunması və bağlı institutların açılması və onların fəaliyyəti haqqında informasiyanın əldə edilməsi kimi problemlər də nəzərdə olmalıdırlar.



webmaster@osi-az.org