Proqram Koordinatoru: Yeganə Məmmədova
1997-ci ildən etibarən Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu kitabxanalar ilə əməkdaşlıq etmək başlamışdır. Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu Proqramının əsas ideyası Acıq Cəmiyyət ideyalarına xidmət edən və hər bir nəfər üçün əldə edilə biləcək məlumat və bilik üçün baş mərkəz olan kitabxananı nəzərdə tutan Müasir Kitabxana və onun məqsədləri ideyasının çatdırılmasından ibarətdir.
Bu dövrdə Bakıda (Azərbaycan) aşağıdakı mövzularla təlimlər keçirilmişdir: "Kitabxananın Avtomatizasiyası", "Layihələrin Hazırlama Metodları", "Layihələrin İdarə Olunması", "UNİMARC və qeydiyyat" (Litvalı təlimatçılarının iştirakı ilə); "eIFL-Direkt" Layihəsi (Rusiyanın "EBSCO" Nəşriyyat Şirkətindən Məsləhətçinin iştirakı ilə), "Müasir Kitabxananın İdarə Olunması" (Litvalı təlimatçılarının iştirakı ilə; əsasən regional kitabxanalar üçün nəzərdə tutulmuş) mövzulara həsr olunmuş bir neçə təlim və dəyirmi masa müzakirələri. Sonuncu təlim 2001-ci ilin əvvəlindən etibarən M.F. Axundov adına Azərbaycan Dövlət Kitabxanasının nəzdində mövcud olan və ACİ-YF və ACİ Budapeşt (ACİ-BP) tərəfindən ayrılmış paralel maliyyələşdirmə sayəsində yaradılmış Kitabxanaçıların İxtisasının Artırılması üçün Təlim Mərkəzi (KİATM) tərəfindən respublikada keçirilmişdir. KİATM-i "Kitabxananın İdarə Olunması", "İntellektual azadlıq", "Maliyyələşdirmənin Cəlb Olunması", "NIMARC" Standart - baza", "Elektron kataloq" və digər mövzular üzrə kurslar keçirir. Ötən ildə ACİ-YF-nun Kitabxana Proqramı KİATM-i ilə birlikdə yuxarıda qeyd edilən mövzular üzrə 3 (üç) üç-günlük "Müasir Kitabxanalar və onların vəzifələri" adlı regional təlimlər keçirmişdir.
Demək olar ki, ən böyük irəliləyişdən biri Azərbaycanın 9 (doqquz) müxtəlif regional kitabxanalarında (Bərdə, Gəncə, Xanlar, Əlibayramlı, Şəki, Şamaxı, Lənkəran, Quba və Bakının Əhmədli qəsəbəsi) mövcud olan "Regional Resurs Mərkəzləri" Layihəsidir. coğrafi baxımdan, bütün ətraf regionlar üçün əlverişli mövqeyi nəzərə alaraq, Mərkəzlər Azərbaycanın hər yerində bərabər yerləşirlər.
2002-ci ilin sonundan etibarən ACİ-YF-nun Kitabxana Proqramı "Puşkin Kitabxanası" Meqalayihəsinə (PML) bənzəyəcək, lakin milli ədəbiyyatı ehtiva edən "NİZAMİ" Layihəsinin həyata keçirilməsini planlaşdırmağı başlamışdır. PML keçmiş sovet ölkələri üçün ACİ-Rusiya tərəfindən təşkil olmuşdur və ACİ-YF Azərbaycan 1998-ci ildən etibarən onda iştirak edir. Bu layihə 7 mərhələdən ibarət olmuş və Bakıdakı və regional kitabxanalara sosial və humanitar elmlər üzrə kitab kolleksiyalarını genişləndirməyə imkan vermişdir. 1998-2002-ci illərin ərzində Bakı və regional kitabxanaların bir çoxu Puşkin Layihəsi vasitəsilə kitablar almışdırlar. Hal-hazırda, layihə artıq başa çatmaq mərhələsindədir. Azərbaycanın kitabxanaçıları və oxucuları tərəfindən bəyənildiyinə və milli səviyyədə bu cür layihələri həyata keçirmək üçün bir çox təkliflərə görə biz "NİZAMİ" Layihəsinin yaradılması ilə əlaqədar bir neçə ilkin kəşfiyyat işlərini başlamağı qərar vermişdik.
Azərbaycanda Kitabxana sektorunun hazırki vəziyyətinə istinad edirək, Ələqələndirici, İnformasiya Proqramları üzrə Ekspert Komitəsi və əsas, fəaliyyətdə olan kitabxanaçılar aşağıdakı problemləri və ehtiyacları seçdilər:
- Fəaliyyətdə olan Milli Kitabxanalar Konsorsumun olmamasının başlıca səbəbi olmuş kitabxanaçıların bir biri ilə əməkdaşlıq etmək bacarıqsızlığı
- Özünümaliyyələşdirmənin yoxluğu, dövlətin zəif maddi dəstəyi (o cümlədən kitabxana yığımının zəif inkişafı, aşağı maaşlar, kitabxanalara, xüsusilə də rayonlarda yerləşənlərə, zəif texniki dəstək və s.)
- Kitabxana-biblioqrafik proseslərin avtomatizasiyanın və e-kataloqun yoxluğu
- Ümumi katoloqun yoxluğu
- Milli biblioqrafiyanın yoxluğu (nəşriyyatda durğunluq)
- İlk növbədə, regional kitabxanaçıların qabacıl kompyuter səriştələrinin aşağı səviyyəsi
- Yuxarıda qeyd edilən bütün aspektlərdə şəhər və regional kitabxanalar arasında böyük fərq
- Kitabı qeydə aldıqda kitabxanaçının işini çətinləşdirən kitab nəşri standartlarının yoxluğu
- Latin şriftində Azərbaycan dilli ədəbiyyatın yoxluğu
Yuxarıda qeyd edilən vəziyyətə və müəyyən olunmuş problemlərə görə ACİ-YF-nun Kitabxana Proqramı, cari ildə Proqramın işində əsas istiqamətlər və prioritetlər olacaq aşağıdakı məqsəd və vəzifələri seçmişdir.
MƏQSƏDLƏR
- Azərbaycanın Kitabxana sektorunu müasir səviyyəyə yaxınlaşdırmaq
- Yerli kitabxanalarının özünü təmin edən fəaliyyətinin yüksək səviyyəsinə qalxmalarında yardım etmək
VƏZİFƏLƏR
- Xüsusilə rayonlarda olan kitabxanaçıların peşəkarlıq səviyyəsini qaldırmaq
- Xarici kitabxanalarının nümunəsində özünümaliyyələşdirmənin mövcud praktiki təcrübəsini kitabxanaçıların nəzərinə çatdırmaq
- Milli Kitabxanalar Konsorsumun inkişafını irəlilətmək və bu işdə yardım etmək
- Biblioqrafik Aparatının bərpasını təkmilləşdirmək/irəlilətmək
- Maddi-texniki dəstək təmin etmək (xüsusilə birgə layihələr üçün)
- ACİ-nun layihələrində və ümumi fəaliyyətində regional kitabxanalarının iştirakı dərəcəsini yüksəltmək
- Regional təlimlərin sayını artırmaq (ona görə ki, 2002-ci ilin təcrübəsi olduqca müsbət nəticələri nümayiş etdirdi)
- Azərbaycanda "eIFL-Direkt" Layihəsinin hazırlanmasını irəlilətmək
- "NİZAMİ" Layihəsi ilə əlaqədar hazırlıq işlərini başlamaq
Maddi-texniki dəstəyin bir neçə yeni ("ACİ-YF Azərbaycan" Kitabxana Proqramı üçün) aspekti olacaq - yəni: böyük/"bahalı" kitabxana layihələrinə dəstəyin göstərilməsində ən əhəmiyyətli şərtlərdən biri, birgə maliyyələşdirmənin mümkünlüyü olacaq, yəni katabxanalar yalnız ACİ-nun maddi dəstəyinə etibar eləməməli və hər hansı başqa əlavə ianəçi axtarmalıdırlar.
Bizim layihələrimizin bir neçəsi haqqında bir az ətraflı olaraq:
Kitabxanalar üçün elektron informasiya (eİFL-direct) www.eifl.net - ACİ və EBSCO nəşriyyatı arasında qarşılıqlı layihə, eləcə də elektron və nəşr jurnallarının dünya miqyaslı təchizatçılarından biridir. Bu layihə 5000-ən çox tam mətnli jurnal başlıqlarını özündə cəmləşdirir və ACİ şəbəkəsinin tərkib hissəsi olan, inkişaf etməkdə olan ölkələrdə elektron formatlarda qəzet və broşüralar, hərtərəfli tibbi məlumatlar, ümumi maraq kəsb edən jurnallar, biznes məlumatları və müasir tədris jurnallarına girişi təmin edir.
ACİ inkişaf etməkdə olan ölkələr üçün çox əlverişli olan qiymətlərə nail olub. Cari təklif olunmuş 6 informasiya bazası aşağıdakıları özündə birləşdirir:
- Akademik axtarış seçimi (Academic Search Elite)
- Əsas biznes mənbələri (Business Source Premier)
- Əsas Master-File (MasterFILE Premier)
- Əlavə qəzet mənbələri (Newspaper Source PLus)
- Ətraflı MEDLİNE və tam mətn (Comprehensive MEDLINE Plus Full-Text)
- Əlavə səhiyyə mənbələri (Health Source Plus)
İlk dəfə ingilis dilində təqdim olunmuş bu informasiyanın bəzi başlıqları 2001-ci ilin sonlarından bəri rus dilində də nəşr olunmuşdur.
Regional ictimai kitabxanalarda İctimai İnformasiya Resurs Mərkəzləri layihəsinin vəzifəsi birliklər üçün xidmət mərkəzlərinin yaradılması və keçmiş metodlardan ayrılaraq onların doğru ictimaiyyətə çevrilməsinə kömək etməkdir. Kitabxanalar bir mərkəz kimi İctimai İnformasiya Resurs mərkəzlərinin yaranmasına xidmət etməlidir. Bu birliklər tərəfindən sahibkarlığı inkişaf etdirən və onu cəlb edən mexanizmlərin qoruyub saxlanılması və münasib dəyərlərin bölünməsinin həyata keçirilməsini özündə birləşdirir. Hər bir İİRM 2 əsas tərkibdən ibarət olacaq:
E-mail / internetə giriş və təlim üçün kompüter tədris mərkəzi
Gələcəkdə video-tədris kitabxanalarının yaradılması vasitəsilə informasiyanın yayılmasını genişləndirmək planları ola bilər. Bu planlar birləşmiş məktəblər və digər birlik üzvləri üçün böyük tədris üstünlükləri yarada bilər.
Regional layihə aşağıdakıları nəzərdə tutur:
- İnformasiya boşluğunun Azərbaycanın bölgələrinə, xüsusilə daxili məcburi köçkünlər yaşayan bölgələrə ünvanlanması,
- Regional kitabxana və sakinlər üçün informasiyaya çıxışın daha yaxşı təşkil olunması.
- Vətəndaş təşəbbüsü üçün katalist və ictimai mərkəzlər kimi regional kitabxanaların yaradılması.
eIFL-NET - Çoxölkəli Konsorsium proqramı keçid dövrünü yaşayan ölkələrdə bütün kitabxana istifadəçilərinin elektron informasiya ehtiyaclarının müdafiəsi, stimullaşdırılması, dəstəklənməsi və idarə olunmasına həsr olunmuş yeni müstəqil gəlirsiz kitabxana konsorsiumlarının çoxölkəli konsorsiumudur. Hal-hazırda 40-dan çox ölkə eIFL-ın üzvüdür. Bu üzvlərin sayının 70-ə çatdırılması nəzərdə tutulur. eIFL - net öz ölkələrində kitabxanalar adından konsorsium üzvləri arasında resursların paylanması və onlar arasında əməkdaşlıq vasitəsilə qlobal informasiyanın əldə olunmasının təkmilləşdirilməsi üçün effektli, mümkün və vaxtında məsul proqram və xidmətlərin yaradılması və çatdırılmasını tədqiq edir. ACİ tərəfindən maddi dəstək vasitəsilə ilk 3 il ərzində maliyyə stabilliyi mümkündür.
MİSSİYA - eIFL-NET keçid dövrünü yaşayan üzv ölkələrdə kitabxanadan istifadə edən şəxslər tərəfindən geniş informasiyanı müdafiə edən, stimullaşdıran, dəstəkləyən, idarə edən kitabxana konsorsiumlarının beynəlxalq konsorsiumudur.
BAXIŞ - eIFL-NET 1) güclü milli konsorsiumların yaradılmasına yardım edəcək, 2) mümkün ticari elektron informasiya xidmətlərinin təmin olunması üçün əsas çoxölkəli vasitəçi olacaq, 3) yerli rəqəmli vəsaitlərin inkişafına güclü dəstək verəcək, 4) qanun layihəsi təchizatçıları ilə güclü mərkəzi biznes əlaqələrini təmin edəcək, 5) informasiyaların əldə edilməsini genişləndirmək üçün çoxmillətli təcrübə və vəsait vasitəsidir, 6) yüksək keyfiyyətli təhsil məşvərət xidmətləri ilə təmin edəcək, 7) səmərəli informasiya yayım modellərinin qəbul olunması və yayılmasının müdafiəçisi olacaq, 8) qlobal fond agentlikləri, təşkilatlar, konsorsium qrupları və qanun layihəsi təchizatçıları ilə əməkdaşlıq modellərini inkişaf etdirəcək.
Keçid dövrünü yaşayan ölkələrə xidmət etmək üçün çoxölkəli konsorsium yaratmaqda özünün cari cəhdlərinin bir hissəsi olaraq ACİ çoxölkəli konsorsium şəbəkəsinin (eIFL - net) tərkib hissəsi olacaq hər bir ölkədə konsorsium yaratmaq və gücləndirmək üçün həmin ölkələrdə kitabxanalara yardım etməyə çalışır. eIFL - net strateji planının əsas elementi ölkə konsorsiumlarının yaradılmasını dəstəkləməkdir. Bu qlobal informasiya mühitinə təsir etmək vasitələri, konsorsium üzvlərini təhsil və məşvərət xidmətləri ilə təchiz etmək, eləcə də elektron informasiyaları əldə etməyi genişləndirmək də daxil olmaqla eIFL - netin digər məqsədlərini həyata keçirmək üçün həlledici bir addım kimi görünə bilər. Yerli konsorsiumun yaranmasında yerli kitabxana gəlirlərinin təsviri bu sənədə əlavə olunmalıdır və bu da elektron informasiyaların alınmasından kənar gəlirin artımı kimi başa düşülməlidir. Bu gəlirin ümumi elementləri zəif fərdi kitabxanaların digər kitabxanalarla əlaqə yaratdıqdan sonra güclənməyə başlamasıdır. Bu prinsipin təcrübi yolları eIFL konsorsiumunun uğurlarına əsaslanan ACİ tərəfindən yaradılan Task Forces vasitəsilə təşkil olunan jurnal və elektron inormasiya şəbəkələrinin əldə olunmasına tətbiq edilə bilər.
Çox böyük rola malik olan yerli konsorsiumlar yaranmadan bu inkişaf səmərəli ola bilməz. Bir neçə ölkə konsorsiumları vəzifələrinin birləşməsi nəşriyyatçılarla əlverişli qiymət və lisenziya şərtləri ilə bağlı aparılan danışıqlarda güclü sövdələşmə amili ola bilər. Ölkə konsorsiumları həmçinin avadanlıq və şəbəkə əlaqələrinin paylanmasında və istifadəçilərin təlimi vasitəsilə əldə olunan istənilən tərkibin səmərəli istifadəsinə nail olmağa kömək edə bilər.
Kitabxanalar Üçün Kadr Hazırlığı proqramına daxildir:
- Kitabxanaçıların mütəxəssisliyinin artırılması
- İstifadəçilər üçün informasiyaların əldə edilməsini təkmilləşdirmək
- Kitabxanalarda avtomatlaşdırma proqramının uğurlarını artırmaq
- ACİ şəbəkə imkanlarını artırmaq üçün sərmayə qoymaq
1997-2002-ci illərdə Azərbaycan bir çox konfrans və təlim seminarlarına cəlb edilmişdir (azərbaycanda və xaricdə keçirilmiş). Azərbaycan ACİYF və ACİ-netə əsasən 2001-ci ilin əvvəllərində M. F. Axundov adına Azərbaycan Dövlət kitabxanasında yeni təlim mərkəzi yaradılmışdır.
Kitabxanaların Avtomatlaşdırılması proqamına daxildir:
- Kitabxanalarda informasiyaların əldə edilməsinin təkmilləşdirilməsi
- İstifadəçilər üçün informasiyaların əldə edilməsinin təkmiləşdirilməsi
- Kitabxana texnologiyasının inkişafı
- Kitabxanaçıların kompüter və İnternet biliklərinin artırılması
- Kitabxanadaxili isteqraz materiallarının bölünməsini sürətləndirmək
- Kitabxanalar arasında əməkdaşlığı inkişaf etdirmək
Cari 2003-cü ildə ACİ-YF-nun Kitabxana Proqramı yuxarıda qeyd edilən istiqamətlərə və əlavə, fəaliyyətdə olan layihələr və müsabiqələr üzrə öz fəaliyyətini davam etdirəcək.