Proqram Koordinatoru: Yeganə Məmmədova
Bilik və İnformasiyalara açıq giriş açıq cəmiyyət üçün çox mühümdür. Hökumət fond kəsirləri, respublika kitabxanalarının Moskvadan tarixi asılılığı, Erməni lobbisinin təzyiqi sayəsində ABŞ hökumət fondunun çatışmamazlığı, ümumi, zəif infrastruktur səbəblərindən Azərbaycandakı kitabxanalar Qərbi Avropa və hətta Rusiyadakı eyni məzmunlu müəssələrdən çox geridə qalır. Kitabxanalara yardım Azərbaycanın təcrid olunması, provinsializm və İnformasiya boşluğuna qarşı fəaliyyət göstərməyin yeganə yoludur.
2000-2001-ci illər üçün yaranmaqda olan ACİYF-nın Azərbaycan üçün kitabxana proqramında aşağıdakı məsələlər nəzərdə tutulur:
- Əksər kitabxanalarda kompüter avadanlığının olmaması və kitabxanaçıların kompüter təlimi və bacarıqlarının çatışmamazlığı. Elektron formatlarda müasir İnformasiya əldə etməyin çətinliyi.
- Bakıdakı kitabxanalarla rayondakı kitabxanalar arasındakı ciddi fərqlər.
- Professional kitabxanalar cəmiyyəti və İnformasiya mütəxəssislərinə olan ehtiyac.
- Əksər kitabxanaçıların xarici dil biliklərinin olmaması.
- Köhnəlmiş kataloq metodları və zəif inkişaf etmiş kitabxanalararası istiqraz sistemindən istifadə.
- Kitabxanaların kitab fondu artımının zəifliyi.
ACİYF-nın Azərbaycan üçün kitabxana proqramının yuxarıda qeyd olunmuş bəndləri 2000-2001-ci illər üçün aşağıda göstərilmiş layihələr üzrə cəmləşdirilmişdir:
- eİFL - kitabxanalara birbaşa elektron İnformasiya.
- Regional ictimai kitabxanalarda İctimai-İnformasiya Resurs Mərkəzləri.
- Çoxölkəli Konsorsiumun təşkili Proqramı.
- "Puşkin kitabxanası" meqa-layihəsinin müddətinin uzadılması və ona yardım.
- Əlaqədar təşkilatlarla kitabxanaçılar arasında təlimlər, seminar və görüşlərin təşkil olunması.
- Kitabxanalar üçün kadr hazırlığı.
- Kitabxanaların avtomatlaşdırılması.
- Azərbaycan provinsializminin aradan qaldırılması.
Kitabxanalar Üçün Elektron İnformasiya (eİFL-Direct) www.eifl.net - ACİ və EBSCO nəşriyyatı arasında qarşılıqlı layihə, eləcə də elektron və nəşr jurnallarının dünya miqyaslı təchizatçılarından biridir. Bu layihə 5000-ə yaxın tam mətnli jurnal başlıqlarını özündə cəmləşdirir və ACİ şəbəkəsinin tərkib hissəsi olan, inkişaf etməkdə olan ölkələrdə elektron formatlarda qəzet və broşüralar, hərtərəfli tibbi məlumatlar, ümumi maraq kəsb edən jurnallar, biznes məlumatları və müasir tədris jurnallarına girişi təmin edir.
ACİ inkişaf etməkdə olan ölkələr üçün çox əlverişli olan qiymətlərə nail olub. Cari təklif olunmuş 6 İnformasiya bazası aşağıdakıları özündə birləşdirir:
- Akademik axtarış seçimi (Academic Search Elite)
- Əsas biznes mənbələri (Business Source Premier)
- Əsas Master-File (MasterFILE Premier)
- Əlavə qəzet mənbələri (Newspaper Source PLus)
- Ətraflı MEDLİNE və tam mətn (Comprehensive MEDLINE Plus Full-Text)
- Əlavə səhiyyə mənbələri (Health Source Plus)
İlk dəfə ingilis dilində təqdim olunmuş bu İnformasiyanın bəzi başlıqları 2001-ci ilin sonlarından bəri rus dilində də nəşr olunmuşdur.
Regional ictimai kitabxanalarda İctimai İnformasiya Resurs Mərkəzləri layihəsinin vəzifəsi birliklər üçün xidmət mərkəzlərinin yaradılması və keçmiş metodlardan ayrılaraq onların doğru ictimaiyyətə çevrilməsinə kömək etməkdir. Kitabxanalar bir mərkəz kimi İctimai İnformasiya Resurs mərkəzlərinin yaranmasına xidmət etməlidir. Bu birliklər tərəfindən sahibkarlığı inkişaf etdirən və onu cəlb edən mexanizmlərin qoruyub saxlanılması və münasib dəyərlərin bölünməsinin həyata keçirilməsini özündə birləşdirir. Bu layihə Əli-Bayramlı, Gəncə, Şamaxı, Şəki, Bərdə, Quba və Lənkəran regional ictimai kitabxanalarında 7 İİRM yaradılmasını nəzərdə tutur. Hər bir İİRM 2 əsas tərkibdən ibarət olacaq:
- Geniş qəzet və jurnal abunəsi olan oxu zalı
- E-mail / internetə giriş və təlim üçün kompüter tədris mərkəzi
Gələcəkdə video-tədris kitabxanalarının yaradılması vasitəsilə İnformasiyanın yayılmasını genişləndirmək planları ola bilər. Bu planlar birləşmiş məktəblər və digər birlik üzvləri üçün böyük tədris üstünlükləri yarada bilər.
Regional layihə aşağıdakıları nəzərdə tutur:
- İnformasiya boşluğunun Azərbaycanın bölgələrinə, xüsusilə daxili məcburi köçkünlər yaşayan bölgələrə ünvanlanması,
- Regional kitabxana və sakinlər üçün İnformasiyaya çıxışın daha yaxşı təşkil olunması.
- Vətəndaş təşəbbüsü üçün katalist və ictimai mərkəzlər kimi regional kitabxanaların yaradılması.
eIFL-net - Çoxölkəli Konsorsium proqramı keçid dövrünü yaşayan ölkələrdə bütün kitabxana istifadəçilərinin elektron İnformasiya ehtiyaclarının müdafiəsi, stimullaşdırılması, dəstəklənməsi və idarə olunmasına həsr olunmuş yeni müstəqil gəlirsiz kitabxana konsorsiumlarının çoxölkəli konsorsiumudur. Hal-hazırda 40-dan çox ölkə eIFL-ın üzvüdür. Bu üzvlərin sayının 70-ə çatdırılması nəzərdə tutulur. eIFL-net öz ölkələrində kitabxanalar adından konsorsium üzvləri arasında resursların paylanması və onlar arasında əməkdaşlıq vasitəsilə qlobal İnformasiyanın əldə olunmasının təkmilləşdirilməsi üçün effektli, mümkün və vaxtında məsul proqram və xidmətlərin yaradılması və çatdırılmasını tədqiq edir. ACİ tərəfindən maddi dəstək vasitəsilə ilk 3 il ərzində maliyyə stabilliyi mümkündür.
MİSSİYA - eIFL-net keçid dövrünü yaşayan üzv ölkələrdə kitabxanadan istifadə edən şəxslər tərəfindən geniş İnformasiyanı müdafiə edən, stimullaşdıran, dəstəkləyən, idarə edən kitabxana konsorsiumlarının beynəlxalq konsorsiumudur.
BAXIŞ - eIFL-net
- güclü milli konsorsiumların yaradılmasına yardım edəcək,
- mümkün ticari elektron İnformasiya xidmətlərinin təmin olunması üçün əsas çoxölkəli vasitəçi olacaq,
- yerli rəqəmli vəsaitlərin inkişafına güclü dəstək verəcək,
- qanun layihəsi təchizatçıları ilə güclü mərkəzi biznes əlaqələrini təmin edəcək,
- İnformasiyaların əldə edilməsini genişləndirmək üçün çoxmillətli təcrübə və vəsait vasitəsidir,
- yüksək keyfiyyətli təhsil məşvərət xidmətləri ilə təmin edəcək,
- səmərəli İnformasiya yayım modellərinin qəbul olunması və yayılmasının müdafiəçisi olacaq,
- qlobal fond agentlikləri, təşkilatlar, konsorsium qrupları və qanun layihəsi təchizatçıları ilə əməkdaşlıq modellərini inkişaf etdirəcək.
Keçid dövrünü yaşayan ölkələrə xidmət etmək üçün çoxölkəli konsorsium yaratmaqda özünün cari cəhdlərinin bir hissəsi olaraq ACİ çoxölkəli konsorsium şəbəkəsinin (eIFL-net) tərkib hissəsi olacaq hər bir ölkədə konsorsium yaratmaq və gücləndirmək üçün həmin ölkələrdə kitabxanalara yardım etməyə çalışır. eIFL-net strateji planının əsas elementi ölkə konsorsiumlarının yaradılmasını dəstəkləməkdir. Bu qlobal İnformasiya mühitinə təsir etmək vasitələri, konsorsium üzvlərini təhsil və məşvərət xidmətləri ilə təchiz etmək, eləcə də elektron İnformasiyaları əldə etməyi genişləndirmək də daxil olmaqla eIFL-netin digər məqsədlərini həyata keçirmək üçün həlledici bir addım kimi görünə bilər. Yerli konsorsiumun yaranmasında yerli kitabxana gəlirlərinin təsviri bu sənədə əlavə olunmalıdır və bu da elektron İnformasiyaların alınmasından kənar gəlirin artımı kimi başa düşülməlidir. Bu gəlirin ümumi elementləri zəif fərdi kitabxanaların digər kitabxanalarla əlaqə yaratdıqdan sonra güclənməyə başlamasıdır. Bu prinsipin təcrübi yolları eIFL konsorsiumunun uğurlarına əsaslanan ACİ tərəfindən yaradılan Task Forces vasitəsilə təşkil olunan jurnal və elektron inormasiya şəbəkələrinin əldə olunmasına tətbiq edilə bilər.
Çox böyük rola malik olan yerli konsorsiumlar yaranmadan bu inkişaf səmərəli ola bilməz. Bir neçə ölkə konsorsiumları vəzifələrinin birləşməsi nəşriyyatçılarla əlverişli qiymət və lisenziya şərtləri ilə bağlı aparılan danışıqlarda güclü sövdələşmə amili ola bilər. Ölkə konsorsiumları həmçinin avadanlıq və şəbəkə əlaqələrinin paylanmasında və istifadəçilərin təlimi vasitəsilə əldə olunan istənilən tərkibin səmərəli istifadəsinə nail olmağa kömək edə bilər.
"Puşkin kitabxanasının" Meqalayihəsinin davamı və dəstəklənməsi.
Layihə Rusiya ACİ tərəfindən keçmiş Sovet ölkələri üçün hazırlanıb və Azərbaycan bu layihədə 1998-ci ildən iştirak edir. Layihə 6 mərhlədən ibarətdir. O, Bakı və regional kitabxanalara sosial və humanitar elmlər sahəsində öz kolleksiyalarını genişləndirməyə imkan verir. 2000-2001-ci illər ərzində bir çox regional və Bakı kitibxanaları "Puşkin layihəsi" vasitəsilə kitab əldə etmişdir. Layihə 2002-ci ildə başa çatmalıdır və onun başa çatması üçün sonuncu 6-cı mərhələ qalıb.
Kitabxanalar Üçün Kadr Hazırlığı proqramına daxildir:
- Kitabxanaçıların mütəxəssisliyinin artırılması
- İstifadəçilər üçün İnformasiyaların əldə edilməsini təkmilləşdirmək
- Kitabxanalarda avtomatlaşdırma proqramının uğurlarını artırmaq
- ACİ şəbəkə imkanlarını artırmaq üçün sərmayə qoymaq
1997-2001-ci illərdə Azərbaycan bir çox konfrans və təlim seminarlarına cəlb edilmişdir (azərbaycanda və xaricdə keçirilmiş). Azərbaycan ACİYF və ACİ- netə əsasən 2002-ci ilin əvvəllərində M. F. Axundov adına Azərbaycan Dövlət kitabxanasında yeni təlim mərkəzi yaradılacaq.
Kitabxanaların Avtomatlaşdırılması proqamına daxildir:
- Kitabxanalarda İnformasiyaların əldə edilməsinin təkmilləşdirilməsi
- İstifadəçilər üçün İnformasiyaların əldə edilməsinin təkmiləşdirilməsi
- Kitabxana texnologiyasının inkişafı
- Kitabxanaçıların kompüter və İnternet biliklərinin artırılması
- Kitabxanadaxili isteqraz materiallarının bölünməsini sürətləndirmək
- Kitabxanalar arasında əməkdaşlığı inkişaf etdirmək
1997-2001-ci illər ərzində heyət üzvləri İnternet və avtomatlaşdırma təlimləri üzrə yoxlamadan keçmişlər. NLP avtomatlaşdırma mütəxəssisi əsas Bakı kitabxanalarının avtomatlaşdırılması üçün zəruri yolların təyin olunması məqsədilə yardımçı kitabxanalara baş çəkmişdir.
Cari 2002-ci ildə ACİYF-nın Azərbaycan üçün kitabxana proqramı yuxarıda qeyd olunmuş istiqamətlərdə və əlavə işlək layihələr və rəqabətlərlə əlaqədar öz fəaliyyət müddətini uzadacaq. Proqramın əsas ideyalarından biri daha yaxşı nəticələr və nailiyyətlər əldə etmək üçün bir-birlərilə əməkdaşlıqda kitabxanaların işlərini asanlaşdırmaqdır.
- 1997-ci il üçün proqram xərcləri: 5,737 ABŞ dolları
- 1998-ci il üçün proqram xərcləri: 77,968 ABŞ dolları
- 1999-cu il üçün proqram xərcləri: 146,090 ABŞ dolları
- 2000-ci il üçün proqram xərcləri: 66,700 ABŞ dolları