Proqram koordinatoru: Fuad Suleymanov
Missiya və əsas məqsədlər
Avropa Şurasına daxil olmaqla Azərbaycan Respublikası özünün yerli özünüidarəetmə sahəsində qanunvericiliyini və ictimai idarəetmə təcrübəsini Yerli Özünüidarəetmə Haqqında Avropa Xartiyası ilə uzlaşdırmaq öhdəliklərini üzərinə götürmüşdür.
Mövcud qanunları Avropa Şurasının bu sahədə standartlarına uyğunlaşdırmaq üçün Azərbaycan Hökuməti bir sıra islahatların keçirilməsini və ictimai idarəçiliyin demokratik əsaslarla qurulması hazırlığının göstərməsini nümayiş etdirməyə çalışır. Hökumət bəyan edir ki, yerli idarəetmənin və ictimai idarə etmə təcrübəsinin inkişafı ölkədə idarəetmənin demokratikləşdirilməsinin mühüm hissələrindən biridir.
Keçmiş dövrün totalitar şüuru və mədəniyyəti beynəlxalq normativlərin təmin olunmasında əsas problem olaraq qalır. Bu baxımdan demokratik idarə etmə haqqında biliklərin artırılması üçün birinci növbədə müəyyən tarixi dövr və təhsil sahəsində fəaliyyətin mükəmməlləşdirilməsinə böyük ehtiyac duyulur.
Digər tərəfdən müstəqil ictimai siyasət institutlarının yaranması ölkədə demokratik dövlətin və siyasi inkişafın tərəqqisi üçün çox vacib və zəruri faktordur. Bu cür institutların yaradılmasının müzakirəsi Azərbaycanda indi gündəlikdə durur: siyasətçilər, tədqiqatçılar, düşüncə mərkəzləri və beynəlxalq donorlar bu prosesə qoşulmağa hazırdırlar.
Təəssüf ki, bu sahədə bilik və ilkin informasiyanın yayılmasında olan çatışmazlıqlar hələ də problem olaraq qalır. Xüsusən də çox az sayda insanlar ictimai idarə etmənin islahatı haqqında məlumatlandırılıb və prinsipal müzakirəyə cəlb olunmuşlar, halbuki göstərilən problemlər demokratik vətəndaş cəmiyyətininin qurulmasının ən vacib hissəsidir.
Beləliklə yerli özünüidarəetmə və ictimai idarəçiliyin islahatı təşəbbüsü proqramının əsas məqsədləri ictimaiyyətin məlumatlandırılmasına və bu sahənin demokratik islahatına, yerli özünüidarəetmə orqanları ilə QHT-rın fəaliyyətinin yaxınlaşdırılmasına dəstək etməkdən ibarətdir.
Məqsədləri konkretləşdirərək bunları qeyd etmək vacibdir:
- İctimai idarə etmə haqqında əsas və müqayisəli informasiyanın yayılması, bu sahəyə aid qanunvericiliyin hazırlanmasında təkliflərin verilməsi;
- Yerli özünüidarəetmə haqqında bilikləri inkişaf etdirmək;
- Vəzifədə olan ictimai idarə etmə işçilərinin ixtisas artırmasına dəstək vermək;
- İdarəetmə problemləri üzrə yerli özünüidarəetmə qurumlarına dəstək təklif etmək;
- İctimai siyasət institutlara dair digər donorlar və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq;
- Reqionlarda yerli özünüidarəetmə təşəbbüslərini dəstəkləmək.
Partnyorlar
Yerli özünüidarəetmə və ictimai idarəçilik sahəsində Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına olan tələbatları ödəmək üçün biz bu sahəyə marağı olan başqa beynəlxalq təşkilatlarla sıx əlaqədə olmalıyıq.
Biz həmçinin yerli özünüidarəetmə orqanları ilə, bələdiyyələrlə, düşünmə mərkəzləri ilə, QHT-lərlə və təbii olaraq müvafiq dövlət orqanları ilə əməkdaşlığa səy göstərməliyik. Dövlət tərəfindən əsas partnyorlar: Milli Məclis və Ədliyyə Nazirliyinin muvafiq mərkəzidir .
Təhsil
Yerli özünüidarəetmədə ictimai idarəetmə prinsiplərinin ən effektiv fəaliyyət göstərən sistem olması haqqında biilklərin artırılması çox vacibdir. Əvvəlki layihələrimizin həyata keçirməsindən qazandığımız təcrübəyə əsaslanaraq, biz yerli özünüidarəetmənin prinsipləri haqqında daha çox ictimai fikir yaradan təşəbbüsləri dəstəkləməliyik.
İlk növbədə biz səylərimizi o reqionlara yönəltməliyik ki, orada ictimai idarəetmə haqqında ilkin məlumatların zəruriliyi və ictimai idarəçilik sahəsində praktik bacarıqların artırılmasının daha vacib olduğu hiss olunur. Bu yaxınlarda Gəncədə yerli özünüidarəetmənin inkişafına yönəldilmiş layihəmiz qərb regionun bələdiyyələri üçün ictimai məlumatlandırma və hüquq təlim mərkəzindən istifadə etmə imkanları yaradır. Sonralar biz bu təcrübəni digər yerli ictimai siyasət təşəbbüsləri üçün istifadə edə bilərik. Xüsusən də bu cür təşəbbüslər enerji daşıyıcıların transmilli xəttləri keçən regionlarında inkişaf etməli: yerli əhalinin ekoloji tarazlıq, torpaq münasibətlərin ədalətli həlli və digər mühüm ictimai maraq doğuran məsələrin həllinə yönəldilməlidir.
Layihələrin həyata keçirilməsi nöqteyi - nəzərindən onların daha uzun müddətli təsir göstərməsi çox vacibdir. Daha aktiv olan bələdiyyələrlə strateji alyans bu baxımdan effektiv vasitə olardı.
Azərbaycanda bələdiyyə rəsmiləri və hökumət adamları qonşu ölkələrdə həmkarların işləri haqqında çox az məlumata malikdirlər. Reqionda spesifik layihələr üzrə kooperativ münasibətlərin yaradılması, birgə iş, material və ideyaların mübadiləsi şübhəsiz çox vacibdir.
İdarəetmənin vəzifəli şəxsləri üçün iş bacarığının artırılması
Azərbaycan son illərdən bəri bir çox sayda ictimai idərəçiliyə aid yeni qanunlar qəbul etmiş və bələdiyyə qulluqçuları və şura üzvlərin bu qanunlar barədə məlumatlandırılması çox vacibdir. Biz ictimai idarəetmə qanunvericiliyi üzrə məlumatlandırma proqramını inkişaf etdirməkdəyik.
Maliyyə desentralizasiyası proqramı da maraq dairamizdədir: ictimai sektorun ehtiyatlarının idarə edilmə islahatının müvəffəqiyyətlə həyata keçirilməsi üçün idarəetmə orqanları arasında ehtiyatların ötürülməsi və regional qeyri - bərabərlik problemlərini araşdırmaq mühüm vəzifədir. Burada biz Yerli Özünüidarəetmə və İctimai İdarəçiliyin İslahatı Təşəbbüsü İnstitutu (LGI-Budapeşt) təcrübəsinə və yardıına arxalanırıq.
Anti-korrupsiya proqramı
ACİ-YF Azərbaycandakı bütün fəaliyyəti daxilində korrupsiyaya qarşı mübarizəyə xüsusi diqqət yönəldir. Şəffaflıq gündəlikdə duran vacib məsələ olmalı və ictimayyətin informasiyaya azad çıxışı təmin olmalıdır.