Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin


Vətəndaş Cəmiyyəti  
 Proqramlar
KİV Proqramı
 Şərq Şərq: Sərhədsiz Əməkdaşlıq Proqramı
 İncəsənət Proqramı
 Səhiyyə Proqramı
 Qadınlar Proqramı
 Hüquq Proqramı
 Yerli Özünüidarəetmə və İctimai İdarəçiliyin İslahatı Təşəbbüsü
 Neft gəlirləri və ictimai vəsait şəffaflığı proqramı
 Avropa Inteqrasiyası proqramı
 Statistika
 Əlaqə

Proqram Haqqında   
2000-2003
 1997-1999

Proqram Strategiyası  
2005
2004
 2003

Keçidlər  
  • Center of Democratic Reforms
  • Jurnalist Internet Newspaper
  • Center for Journalismin Extreme Situations
  • Azerbaijan Press Council
  • Mass Media of Azerbaijan
  • Media forum
  • Jurnalist Araşdırmaları Mərkəzi
  • AzerPhoto

  • Media Proqramı

    Proqram koordinatoru: Rövşən Bağırov

    Media Proqramının missiyası müstəqil medianı müdafiə etmək, informasiya mübadiləsinin müasir tələblərini ödəməkdə və onun əhatə etdiyi cəmiyyətin üzləşdiyi problemlərin işıqlandırılmasında ona kömək etməkdir.

    1. Məzmun
      Bütün 2001-ci il ərzində hökumət kağız ticarətini və çap xidmətlərini inhisara almaqla idxal olunan qəzet kağızına qoyulmuş yeni vergi vasitəsilə müstəqil media üzərində öz iqtisadi təzyiqini artırmışdır. Lakin, ümumi medianın buna qarşı reaksiyası həmin təzyiqə davam gətirə bilməyə kömək edən Şəbəkə Media Proqramı da daxil olmaqla Beynəlxalq jurnalist təşkilatları, Avropa Şurası və donor təşkilatlar tərəfindən müdafiə olundu. Özəl nəşriyyatların imkanlarının artırılması ilə yanaşı, hökumət ona məxsus nəşriyyatlara olan media borclarını dondurmaqla həmin təzyiqi bir qədər yüngülləşdirdi və eyni zamanda qəzet kağızına olan əlavə gömrük rüsumlarını qaldırdı. Kütləvi informasiya vasitələri haqda qüvvədə olan qanunun media buraxılışına qarşı üç böhtançı hökm çıxarıldıqdan sonra onun bağlanması müddəası kimi, söz azadlığını məhdudlaşdırmış Maddələri onun qeydiyyatı ilə bağlı ləğv edilmiş qeydiyyat prosedurlarını da çətinləşdirdi. Hökumət kütləvi informasiya vasitələrinə kredit verilməsi üzrə $3 milyard ABŞ dollarından yuxarı məbləğdə vəsait ayırmaq öhdəliyini elan etdi. Lakin, kütləvi informasiya vasitələrinin kommersiya baxımından yaşaması üçün mühüm əhəmiyyət kəsb edən reklam bazarının aşağı iqtisadi tempdə inkişaf şəraiti daxilində müstəqil mediaya qarşı başqa bir təhlükə yaradır.

      Kütləvi informasiyanın çap vasitələri
      Azərbaycandakı kütləvi informasiyanın çap vasitələri hökumət mətbuatı ilə müqayisədə oxucu kütləsi üzərində öz üstün mövqeyini hələ də saxlamaqdadır. Lakin medianın çap vasitələri bazarı aşağıdakı şərtlər ucbatından uğurla təşkil olunmaq imkanlarından uzaqdır:
      • Azərbaycanın rayonlarında müntəzəm çap olunan heç bir müstəqil qəzet yoxdur;
      • Yayım vasitələri demək olar ki, tam şəkildə hökumət nəzarəti altındadır;
      • Hökumətə məxsus nəşriyyat hələ də əsas oyunçudur və onların hakimiyyət orqanlarından asılılığına baxmayaraq, alternativ nəşriyyatların texniki imkanları müstəqil medianın məhsullarının çapını təmin etməyə kifayət etmir.

      Elektron kütləvi informasiya vasitələri
      Əhalinin əksər hissəsinin hər adambaşına düşən gəlirin yaşamaq üçün tələb olunan minimum səviyyəsindən də aşağı olduğu bir ölkədə televiziya proqramları informasiyanın ən təsirli mənbəyi olaraq qalır. 2001-ci il televiziyanın bütün Azərbaycanda yayımlanmasının rəngarəng şəkil alması istiqamətində nəzərəçarpacaq dəyişikliklər ili olmuşdur. Əsası Bakıda olan iki özəl televiziya kanalı AzTV1 dövlət kanalından savayı Azərbaycan ərazisinin böyük bir hissəsinə yayımlanır. Gəncə, Quba, Zaqatala, Mingəçevir və Sumqayıt şəhərlərində bir çox regional televiziya stansiyalarına lisenziya və tezliklər verilmişdir. Həmin televiziya stansiyaları yerli xəbər proqramlarının istehsalına başlamaqdadır və onlar tam aydınlığı ilə peşəkar səviyyədə texniki təlim yardımlarına ehtiyac duyurlar.

      Regional media
      Paytaxtla regional şəhərlər arasında informasiya mübadiləsi çatışmazlığı var. İnternyus, ACİ və digər fondların fəaliyyətinə, bəzi jurnalist ehtiyatlarının bir yerdə, xüsusən də Azərbaycanın Qərb regionunda cəmləşməsinə baxmayaraq, rayonlarda heç bir mühüm xəbərlər istehsal olunmur. Azərbaycanın həmin hissəsində, xüsusən də Gəncədəki şəraitlər regional medianın inkişaf etdirilməsinə kömək göstərilməsi baxımından daha əlverişlidir.

    2. Media təşkilatları və tərəfdaşları
      Bir neçə yeni jurnalist qrupunun meydana gəlməsinə baxmayaraq, üstəlik də onların mövcud vəziyyətə nəzərəçarpacaq bir təsirinin müşahidə olunmamasını nəzərə alaraq, mürəkkəbləşdirilmiş qeydiyyat prosedurları ucbatından yerli jurnalistlərin, QHT-lərin və cəmiyyətlərin sayı rəsmi olaraq artmamışdır. Lakin, yeni bir fenomen isə, daha böyük təşkilatların qoşulmağa məcbur olduqları Jurnalistlər Konfederasiyası təşkilatında daha kiçik subyektlərin birləşməsidir, çünki onun nizamnaməsi təşkilatların fərqli əhəmiyyətini bərabərləşdirən jurnalist icmasında real vəziyyəti əks elətdirmir.
      Keçən il həm də digər donor təşkilatların media proqramlarına artan marağı ilə yadda qaldı. Azərbaycanda söz azadlığının inkişaf etdirilməsi üçün ABŞ Hökuməti tərəfindən təmin edilən yeni maliyyə imkanları daha çox beynəlxalq təşkilatın cəlb olunmasına imkan yaratdı.

    3. 2001-ci ildə Proqramın inkişafı
      Media Proqramının 2001-ci ildəki fəaliyyəti aşağıdakı xətt boyunca getmişdir.
      1. Jurnalistlərin hüquqi maariflənməsi və onlara hüquqi yardım göstərilməsi:
        • Yeni Nəsil Jurnalistlər Assosiasiyasına Jurnalistlərin Müdafiəsi Fondunun yaradılması məqsədilə qrant ayrılmışdır. Həmin vəsait öz peşə vəzifələrini həyata keçirərkən hüquqlarının pozulması ilə üzləşən jurnalistləri hüquqi və maddi yardımla təmin edəcək.
      2. Jurnalistlər və media təlimi üçün geniş informasiya imkanlarının təmin edilməsi:
        • Turan Xəbərlər Agentliyi öz informasiya məhsullarının mediaya, habelə öz məhsullarının Cənubi Qafqazda yerləşən digər xəbərlər agentliklərinə- Qara Dəniz Mətbuat və Snark agentliklərinə əvəzsiz ötürülməsi məqsədilə qrant almışdır.
        • Belə bir qrant Trend Xəbərlər Agentliyinə onun öz iqtisadi xəbər məhsullarının və analitik tədqiqatlarının əvəzsiz olaraq çatdırılması üçün verilmişdir.
      3. Jurnalistlərin peşə təlimi:
        • Dörd Azərbaycan jurnalisti iyun ayında jurnalist araşdırmaları üzrə müvafiq təlim almaq məqsədilə Tiflisə göndərilmişdir.
        • Yerli QHT-nin sərbəst fəaliyyət göstərən bir şəxsi Norveç ekspertini cəlb etməklə foto jurnalistikası üzrə müvafiq təlim keçmişdir.
        • Saniyə Analitik-informasiya agentliyi ayrı-ayrı rayonlarda QHT-lər və jurnalistlər üçün, bütün Azərbaycanda isə üçüncü sektorun mətbuatda işıqlandırılması üsullarını təkmilləşdirmək istiqamətində təlimlərin aparılması üzrə qrant almışdır.

    4. ACİ-YF-in 2002-ci il üzrə Media proqramı strategiyasının ümumi məzmunu
      Mövcud vəziyyət ACİ-YF-in media proqramlarının aşağıdakı prioritetlərini nəzərdə tutur:
      • Azad media bazarının maliyyələşdirilməsi - $85,000
      • Jurnalistlərin hüquqi müdafiəsi və hüquqi maariflənməsi - $25,000
      • Media qanunlarında islahatların keçirilməsi və hüquqi maariflənmə - $10,000
      • Peşə və digər təlimlərin həyata keçirilməsi - $25,000
      1. Azad media bazarının müdafiə olunması
        • Media vasitələri bazarında əməkdaşlığın təmin edilməsi - Qəzet kağızının alışı layihəsi onu göstərdi ki, media vasitələri bazarında əməkdaşlıq kommersiya davamlılığının artırılması üçün güclü vasitədir. Paytaxt şəhərinin media problemlərinin həllinə kömək məqsədilə gələcəkdə bu cür əməkdaşlıqların inkişaf etdirilməsi məqsədəuyğundur. İnformasiya məhsullarının alınması, bütün ölkədə müvafiq poçt şəbəkəsinin inkişaf etdirilməsi müstəqil kütləvi informasiya vasitələrinə informasiyanın əldə olunmasına və onların rəqabət qabiliyyətinin artırılmasına kömək etmiş olar.
        • Teleqraf agentliyi, İnternetə giriş, ümumdünya internet şəbəkələri -İnternet şəbəkələrinin bir sıra xarici dillərə mümkün tərcümələrinin təmin edilməsi ilə yaradılması eyni zamanda xaricdəki auditoriyaya ölkənin mövcud inkişaf məsələləri ilə bağlı daha çox məlumat əldə etmək imkanı verə bilər. ACİ-YF layihə dizaynının texniki təfsilatlarına dair məsləhət verə bilər. Web dizaynların və İT(İnformasiya Texnologiyası) xidmətlərinin mümkün konstruktorları yerli İT şirkətləri ola bilər.
        • Mərkəzi Asiya və Qafqaz informasiya körpüsü - Azərbaycanda nisbi olaraq inkişaf etmiş media resursları regional informasiya xidmətlərini inkişaf etdirmək məqsədilə regionda biznes və uzlaşdırılmış açıq fəaliyyət imkanlarını əlaqələndirə bilmişdir. Hər bir ölkə mediası mərkəzləşdirilmiş qaydada işlənmiş yerli xəbərlər əsasında buraxılan xüsusi xəbər bloklarını və təhlillərini əldə etməklə maraqlanacaqdır.
        • Regional medianın çap vasitələri - regional kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi məqsədilə yeni şəraitlərin daha əlverişli olduğunu nəzərə alaraq, əsas etibarilə Azərbaycanın Qərb regionunda regional medianın layihələşdirilməsinə qayıtmaq güman edilir.
      2. Jurnalistlərin hüquqi müdafiəsi və qorunması
        • ACİ-YF yaradılmış Hüquqi Müdafiə Fondu vasitəsilə hüquqi müdafiənin təmin edilməsinə yardım göstərməkdə davam edəcək;
        • Beynəlxalq QHT icması, kampaniyaları və müşahidə missiyaları ilə əlaqələrin qurulması - ACİ-YF müvafiq beynəlxalq təşkilatların Azərbaycanda iştirakı imkanlarını genişləndirmək və daha da artırmaq niyyətilə onlarla işlərin qurulması üçün Şəbəkə Media Proqramını əsas götürəcək (Media Diverse İnstitute, NED, Maddə 19).
      3. Hüquqi islahatlara və hüquqi maariflənməyə hazırlıq
        Azərbaycanın Avropa Şurasına qəbul edilməsi media ilə bağlı qanunvericilikdə dəyişikliklər və onların Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı məsələlərin geniş bir diapozonunu açmış oldu. Avropa Şurasının işi, müasir Avropa qanunvericiliyində tətbiq olunan normalar barədə və Avropa İnsan haqları Məhkəməsinin işinə daha dərindən nüfuz edilərkən daha geniş bilgilərin əldə olunması zamanı müxtəlif yardıma ehtiyac duyulur.
        • Nümunəvi qanunların (media haqda qanun, teleradio yayımı haqda qanun, informasiyanın əldə olunması haqda qanun və s.) Azərbaycan dilinə tərcümə edilməsi
        • Avropa İnsan haqları Məhkəməsinin əsas qərarlarının tərcüməsi
      4. Peşə və digər təlimlər
        Bəzi spesifik məqsədlər üçün nəzərdə tutulan təlimlər onların Network Media, digər ACİ proqramları və digər tərəfdaşlar tərəfindən maliyyələşdirilməsi və müvafiq imkanların yaradılacağı baxımından xüsusi olaraq maliyyələşdirilməyə dəyər. Məsələn, aşağıdakı təlimlərin təmin edilməsi təqdirəlayiqdir:
        • Jurnalistlər, QHT-lər, magistraturalar və vəkillər üçün hüquqi təhsilə dair
        • Jurnalist araşdırmaları üzrə
        • Medianın idarə olunması üzrə
        • İcmanın artan ehtiyaclarının təmin edilməsi məqsədilə digər təlimlər;
        Bütün bu təşəbbüslər mümkün ola bilən hallarda digər donorların cəlb edilməsi ilə ACİ-YF, NMP və COLPİ-nin əməkdaşlığı şəraitində həyata keçirilə bilər.


    webmaster@osi-az.org