|
Proqram koordinatoru: Rövşən Bağırov
Media Proqramının qarşısına qoyduğu əsas missiya özünüifadə azadlığını inkişaf etdirmək, informasiya mübadiləsinin, ölkənin və cəmiyyətin üzləşdiyi problemlərin mətbuatda işıqlandırılmasının müasir tələblərini təmin etmək məqsədilə müstəqil medianı müdafiə etməkdən ibarətdir.
- Məzmun
Siyasi təzyiq və hüquqi sistem
2002-ci il müstəqil media üzərində hökumət nəzarətini genişləndirmək cəhdləri ilə səciyyələnmişdir. 2002-ci ilin avqustunda Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı keçirilən referendum ərzində və sonralar jurnalistlərə qarşı təzyiqlər və zorakılıqlar genişlənmişdir. Bunun prezident seçkilərinin keçirildiyi 2003-cü ildə olduğu kimi, daha da artacağı gözlənilir.
Təəssüflər olsun ki, oktyabrda keçirilən seçkilərdən sonra da beynəlxalq və yerli müşahidəçilər tərəfindən kütləvi pozuntular müşahidə olunmuş, ən pis narahatlıqlar belə həqiqətə çevrilmiş və son üç həftə ərzində mətbuat azadlığı ağır təzyiqlərə məruz qalmışdır.
Lakin Azərbaycan Hökumətinin Avropa Şurasındakı üzvlüyü və digər beynəlxalq öhdəliklər, habelə ATƏT-in, Avropa Şurasının, HRW-nin, digər beynəlxalq təşkilatların və bəzi qərb hökumət dairələrinin və parlamentlərinin tənqidi reaksiyaları ölkədə özünüifadə azadlığının və jurnalist hüquqlarının təmin edilməsinə qarşı daim artan təzyiqləri əks etdirir.
Media üçün nəzərdə tutulan hüquqi sistemə gəlincə, başlıca problem qanunvericiliyin müəyyən qədər təkmilləşdirilməsinin tələb olunmasına baxmayaraq, qanunların əsaslı şəkildə yenidən nəzərdən keçirilməsindən daha çox artıq mövcud olan hüquqi müddəaların ardıcıl olaraq həyata keçirilməsidir. Dövlət sirrinə dair ziddiyyətli və antidemokratik layihə media ictimaiyyətinin etirazından sonra rədd edilmişdir. Hökumət Media, Radio və Televiziya, İnternet üzrə ümumi şuranın yaradılması təklifi ilə çıxış etmiş, lakin bu da həmçinin jurnalist ictimaiyyəti tərəfindən rədd edilmiş və sonda isə Avropa Şurasının dəstəklədiyi kütləvi informasiya vasitələrinin çap vasitələrinə doqquz jurnalistdən və altı ictimai xadimdən ibarət olan özünütənzimləmə üzrə Mətbuat Şurasını yaradılması müyəssər olmuşdur. Mətbuat Şuralarının məqsədləri və missiyası özünüifadə azadlığının inkişaf etmiş dəyərlərinə malik ölkələrin ən yaxşı təcrübəsinə tamamilə uyğun olduğu bəyan edilmişdir.
Lakin buna baxmayaraq, ekspertlər Diffamasiya (Böhtan) haqda yeni bir Qanunun yaradılması üzərində xüsusilə dayanır və Yeni Nəsil Jurnalistlər İttifaqı Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində bir qanun layihəsinin hazırlanması ilə məşğul olmaq fikrindədir. Dövlət sirri haqda qanun layihəsi artıq işlənib hazırlanmış və onun irəli sürülməsi məsələsi hal-hazırda gündəlikdədir. Mətbuat azadlığı haqda Qanun hökumət strukturlarının dövlət siyasəti və onun həyata keçirilmə prosesi haqda mühüm məlumatların əldə olunmasını təmin etmək baxımından məsuliyyətini aydınlaşdırmaq nöqteyi-nəzərincə qəbul olunmağa münasib hesab edilir.
İqtisadi problemlər və təzyiq
İqtisadi azadlıqların, tam düzgün qaydaların olmaması və yarıtmaz xüsusi sahibkarlıq fəaliyyəti müstəqil medianın yaşamasına öz mənfi təsirini göstərmişdir. Formal olaraq müstəqil fəaliyyət göstərən elektron kütləvi informasiya vasitələri hal-hazırda hökumətin ciddi nəzarəti altındadır və bu, özünü elektron kütləvi informasiya vasitələrinin bütün yayım vaxtlarının təxminən 80%-ni hökumət nümayəndəsinin təbliğinə həsr etdiyi seçki kampaniyası ərzində daha aydın şəkildə göstərmişdir. Reklam bazarının davamlı olaraq aşağı düşməsi çoxlu sayda mətbuat buraxılışlarının kommersiya baxımından yaşamasına təsir göstərmişdir. İqtisadi problemlər medianın zəifliyini daha da artırır və bəzi biznes qrupları çoxlu media buraxılışlarının üzərində öz nəzarətlərini genişləndirilər. Çoxlu sayda qəzet hələ də xidmət sahələrindəki müstəqilliyin əvvəlki miqyasını hələ də saxlamaqdadır, lakin onların yaşaması üçün lazımınca yardıma ehtiyac duyulur.
Medianın Həmrəyliyi və daxili problemlər
Media ictimaiyyətinin həmrəyliyi qorunub saxlanılır, lakin iqtisadi problemlər və prezident seçkilərinin timsalında getdikcə artan siyasi qütbləşmə qəzetlər arasındakı əməkdaşlığa mənfi təsir göstərmişdir. İndi əməkdaşlıq və həmrəylik potensialını hələ də qoruyub saxlayanları dəstəkləmək zəruridir.
Çoxlu sayda qeyri-reşəkar mətbuat vasitələri jurnalistin cəmiyyətdəki imicini bu və ya digər dərəcədə aşağı salmışdır. Peşəkar jurnalistika prinsiplərinin çoxlu sayda pozulması halları artmışdır. Özünütənzimləmə və beynəlxalq normaların tətbiqi olduqca vacibdir. Bu kontekstdə özünü göstərən müsbət meyl media ictimaiyyətinin bu kimi problemlərdən xəbərdar olması və həmin neqativ halların aradan qaldırılmasına can atmasıdır. Mətbuat Şurası isə həmin zəif məqamların aradan qaldırılması üçün yaradılmışdır, lakin bu vaxtacan hər hansı bir hiss olunacaq irəliləyiş müşahidə olunmamışdır.
Regional media
İnkişaf etməkdə olan iqtisadi layihələr ölkə regionlarının tədricən inkişafı deməkdir. Çoxlu donorlar tərəfindən vətəndaş cəmiyyətinin fəallaşdığı və icmanın inkişaf etdirildiyi bir neçə illik müddət regionlarda müstəqil medianın yaradılması üçün daha yaxşı şərait yaratmışdır. İnternyus ölkənin Qərb regionlarında baş verən inkişaf meyllərini işıqlandırmaq məqsədilə Gəncədə uğurla inkişaf edən Müstəqil Jurnalistika Mərkəzidir. ABŞ Səfirliyi Mingəçevirdə çıxan “Mingəçevir İşıqları” adlı regional qəzetin təsis olunmasına yardım göstərmişdir. USAİD İnternyusa regional mətbuata yardım məqsədilə qrant ayırmışdır ki, bu da üç qəzetin təsis olunması ilə nəticələnmişdir: Gəncədə, Masallıda və Naxçıvanda. Regional mediada imkanların genişləndirilməsi indi akutal məsələlərdən biridir.
- Media təşkilatları və tərəfdaşları
Tərəfdaş QHT-lərin və donor təşkilatlarının siyahısı əvvəlki iki ilin strategiya sənədlərində göstərilmişdir. Demək olar ki, həmin təşkilatların hamısı bu günəcən səhnədə qalmaqdadır. Aşağıda verdiyimiz siyahının hardasa kiçicik olmasına baxmayaraq, həmin təşkilatların sayında, missiyalarında və mövcud imkanlarında xeyli nəzərəçarpacaq dəyişikliklər baş vermişdir.
- Azərbaycan Jurnalistlər İttifaqı (AJİ). Prezidenti Hacı Hacıyevdir. O, formal olaraq, 2800 jurnalisti öz ətrafında birləşdirən ən böyük Azərbaycan jurnalistlərinin ən iri həmkarlar təşkilatıdır. O, olduqca qeyri-çevik fəaliyyətlər təcrübəsini özündə cəmləşdirən əvvəlki Sovet həmkarlar sisteminin bir qalığıdır. AJİ kənar təşkilatlardan hər hansı bir maliyyə yardımı almamışdır. Eyni zamanda bütün müşahidəçilər Hacı Hacıyevin medianın inkişafı ilə bağlı prinsipal mövqeyə malik vicdanlı bir şəxs olduğunu bildirirlər. ACİ-YF AJİ-yə jurnalist peşəkarlığı problemlərini və indiki müvafiq beynəlxalq təcrübəni işıqlandırmaq məqsədilə nəzərdə tutulan aylıq Bülletenin buraxılmasında maliyyə yardımı göstərmişdir. AJİ peşəkar jurnalistika təliminin təşkil edilməsi üzrə bir icraçı təşkilat rolunu oynaya bilərdi. Cənab Hacı Hacıyev Jurnalistikanın Müdafiəsi Fondunun şurasının fəaliyyəti ilə bağlı məsələlərlə məşğuldur.
- Jurnalist Həmkarlar İttifaqı Təşkilatı (JHİT) – Bu təşkilat özünün jurnalistlər üçün treyninqlərin və seminarların təşkil edilməsi, jurnalist hüquqlarının müdafiəsi məqsədilə beynəlxalq kampaniyanın aparılması kimi fəaliyyəti ilə məşhurdur. Beynəlxalq fondlardan çoxlu sayda qrantlar alınmış və JHİT tərəfindən layihələşdirilərək həyata keçirilmişdir. Onun keçmiş prezidenti cənab Azər Həsrət Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə Özünüifadə Azadlığı Şəbəkəsi (MACQÖAŞ) adlı yeni bir təşəbbüsün yaradılmasından və Mətbuat Şurasına seçildikdən sonra istefa vermişdir. Həmin təşkilat hələ də media azadlığı uğrunda mübarizə aparmaq məqsədilə yerli və beynəlxalq kampaniyanın aparılması və müxtəlif jurnalistika təlimlərinin təşkili üzrə tərəfdaşlıq potensialını qoruyub saxlamaqdadır.
- Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə İfadə Azadlığı Şəbəkəsi (MACQİAŞ) – Yenicə yaradılmış bu təşkilat Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında jurnalist hüququnun və ifadə azadlığının monitorinqinin və qorunmasının əlaqələndirilməsi məqsədi güdür. Onların saxladığı İnternet səhifəsi və onun sədri cənab Azər Həsrətin geniş beynəlxalq əlaqələri bəyan edilmiş məqsədə nail olunması üçün nəzərəçarpacaq vasitəni təmin edir. Mərkəzi Asiyanın müstəqil media şəbəkəsinin yaradılması məqsədilə beynəlxalq təşkilat tərəfindən qəbul edilmiş başlıca təşəbbüslər, təssüflər olsun ki, Xəzərin o tayında inteqrasiya prosesinə artan marağa və mövcud potensiala baxmayaraq, Mərkəzi Asiya – Cənubi Qafqaz əməkdaşlığının inkişaf etdirilməsi məqsədi güdmür. MACQİAŞ digər Xəzəryanı ölkələrin də bu prosesə qatıldığı təqdirdə bu kimi ehtiyaclara xüsusi olaraq reaksiya verə bilərdi.
- “RUH” Jurnalistləri Qoruma Komitəsi. Bu Komitənin müxtəlif fondlardan alınmış çoxlu sayda qrantlar üzrə layihələrin həyata keçirilməsində yaxşı icraçılıq fəaliyyəti ilə bağlı yaxşı faktlar mövcuddur. Fəaliyyətlər miqyası xeyli genişdir: hüquqi məsləhətlər, jurnalistlərin qorunması, jurnalistlərin maarifləndirilməsi ilə bağlı faydalı məlumatların dərc olunması, peşə təlimləri və seminarlar. O, ölkədə jurnalist hüquqlarının qorunması və monitorinqi sahəsində aparıcı bir təşkilat hesab edilir.
- Yeni Nəsil Jurnalistlər İttifaqı. Prezidenti Arif Əliyevdir. O, ictimai fəaliyyəti və jurnalistlərin peşə inkişafını əlaqələndirən ən fəal peşəkar təşkilatdır. Peşə inkişafı, media təşkilatlarının ictimai fəaliyyətlərinin və media əlaqələndirilməsinin kommersiya baxımından stimullaşdırılması Yeni Nəsil Jurnalistlər təşkilatının başlıca istiqamətləridir.
- Bakı Mətbuat Klubu. BMK tərəfindən müstəqil qəzetlərin ictimai təşəbbüslərinin, habelə ölkənin digər vətəndaş cəmiyyəti resurslarının təşəbbüslərinin əlaqələndirilməsi və aşkarlığının inkişaf etdirilməsinin mühüm vasitəsi kimi təşkil edilmiş bir qrupudur. BMK bir çox ictimai tədbirlərin və jurnalist hərəkatlarının aparılmasına yardım məqsədilə normal məkanı təmin edən bir qrup kimi mühüm rol oynayan bir quruma çevrilmişdir.
- Redaktorlar Şurası. Bu orqan əlaqələndirmə və əməkdaşlıq məqsədinə xidmət etmək məqsədilə altı aparıcı müstəqil qəzetlərin redaktorları tərəfindən yaradılmışdır. O, dəyişməkdə olan kütləvi informasiyanın vəziyyətinə operativ cavab institutu kimi öz vacibliyini sübuta yetirmişdir. Redaktorlar Şurası istehsal və bazar problemlərinin, jurnalistlərin hüquqlarının müdafiə olunması məqsədilə müstəqil media resurslarının kifayət qədər səfərbərlik səviyyəsini əldə etməyə müvəffəq ola bilmişdir.
Həmin peşəkar jurnalist təşkilatlarından savayı, Azərbaycanda medianın inkişafında yaxından iştirak edən çoxlu sayda QHT mövcuddur. Hər kəs vətəndaş fəaliyyətlərində və qrant layihələrinin həyata keçirilməsində təcrübəsi olan aşağıdakı QHT-lərin adlarını çəkə bilər.
- Azad Şəxsiyyət İnsan Haqqları Cəmiyyəti. Direktoru Səbuhi Cəfərovdur. Cəmiyyət müstəqil jurnalistlər tərəfindən bir neçə il bundan öncə yaradılmış və rəsmi olaraq, 1998-ci ilin oktyabrında qeydə alınmışdır. Cəmiyyətin məqsədi insan haqların müdafiəsi, fəal vətəndaşlıq mədəniyyətinin inkişaf etdirilməsi və vətəndaşların ictimai həyata cəlb olunması yolu ilə ədalətli dövlətin və vətəndaş cəmiyyətinin yaradılmasına yardım göstərməkdir.
- Hüquqi Maarifləndirmə Cəmiyyəti. Prezidenti İntiqam Əliyevdir. Cəmiyyət zəif sosial qruplar və gənc hüquqşünasları hüquqi təlimlər barədə məlumatlarla təmin edir və onlara hüquqi yardım göstərir.
- “Qanun” jurnalı hüquqi məsələlərlə bağlı buraxılan müstəqil dərgidir. Onun redaktoru Şahbaz Xuduoğlu jurnalistlər arasında məhkəmə araşdırmalarında jurnalistlərin hüquqlarının davamlı müdafiəçisi kimi tanınır.
- Azərbaycanda İnsan Haqqları Mərkəzi. Direktoru Eldar Zeynalovdur. Mərkəzin fəaliyyətləri arasında mediaya, jurnalistlərin insan haqlarına nəzarətin və müvafiq elektron yayım meylinin göstərilməsi diqqətə layiqdir.
Aşağıdakı beynəlxalq təşkilatlar tərəfdaşlar və mümkün birgə maliyyəçilər kimi fəaliyyət göstərə bilərdilər:
- Demokratiya üzrə Vestminster Fondu Britaniyanın Azərbaycandakı Səfirliyi vasitəsilə əlaqələndirilir. DVF jurnalist hüquqlarının müdafiəsinə və ifadə azadlığına dair iki layihəni maliyyələşdirmişdir.
- ABŞ-ın Azərbaycandakı Səfirliyinin Demokratiya və Vətəndaş Cəmiyyəti Komissiyası. Bu Komissiya fotojurnalistikaya dair bir layihəni maliyyələşdirmiş və indi o, bir qərb təlimatçısının müvəqqəti işləmək məqsədilə televiziyaya gətirilməsi imkanını nəzərdən keçirir. Media ilə bağlı çoxlu sayda layihə hal-hazırda nəzərdən keçirilir. Səfirliyin mövqeyi mümkün olduğu qədər bu sahədə diqqətlilik nümayiş etdirməkdir, çünki medianın əksər hissəsi faktiki olaraq, müstəqil mətbuat vasitəsi kimi istifadə olunmaqdan daha çox siyasiləşmişdir.
- ABŞ Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu\Xalq Diplomatiyası Ofisi. ABŞ Səfirliyinin media sahəsindəki fəaliyyətləri praktiki olaraq, əvvəlki USİS ofisini əvəz etmiş bu struktur tərəfindən həyata keçirilir.
- Demokratiya üzrə Milli Yardım Fondu (NED). Dünyanın müxtəlif sahələrində demokratiya təşəbbüslərini maliyyələşdirir. NED xüsusi olaraq, Cənubi Qafqazda və Azərbaycanda insan haqları və mülki hüquqlarla, habelə məlumat əldə etmə məsələləriylə bağlı vətəndaşlarla birgə işləmiş Yeni Nəsil Jurnalistlər İttifaqı da daxil olmaqla çoxlu sayda qrantlar ayırmışdır. NED son Prezident seçkisi kampaniyası ərzində seçki məlumatlandırmaları və hesabatları ilə bağlı olaraq çoxlu sayda QHT-yə maliyyə yardımı göstərmişdir.
- ATƏT-in Azərbaycandakı missiyası. Onlar da həmçinin medianı özlərinin dəstəkləyici fəaliyyətinin istiqamətlərindən biri kimi nəzərdən keçirir. Əlaqə şəxsi Demokratikləşmə üzrə vəzifəli şəxs Luts Laytfusdur.
- İnternyus. Azad media bazarının təşkilinə və yaradılmasına, regionlarası məlumat mübadiləsinə və əməkdaşlığa yardım göstərən bir beynəlxalq mediadır. O, əsas diqqəti mediaya yardım göstərilməsinə və jurnalist həmrəyliyinin və peşəkarlığının artırılmasına yönəldir. USAİD İnternyusu media azadlığı proqramında başlıca tərəfdaş kimi seçmişdir. ACİ-YF İnternyusla regional mətbuata yardım sahəsində tərəfdaşlıq edir. USAİD yardımı ilə İnternyus nəzdində yaradılmış Media Hüquqları İnstitutu xüsusi olaraq, hüquqi maariflənməyə dair jurnalistika təlimləri aparır və qanunvericilik ekspertizasını təmin edir. Bu İnstitut qanunvericiliyin daha da təkmilləşdirilməsi təşəbbüsləri üzrə yaxşı bir tərəfdaş təsiri bağışlayır.
- Avrasiya Fondu – USAİD media azadlığına yardım kampaniyasını daha çox İnternyusla tərəfdaşlıq zəminində qurduğundan, Avrasiya Fondu növbəti il üzrə nəzərdə tutulan media məsələlərinə marağını azaltmışdır. Lakin, Fondun yerli və regional rəhbərliyi ilə aparılan son məsləhətləşmələr AF-nin orta kiçik sahibkarlığa (OKS) və sağlam biznes mühitinin yaradılmasına yardım üzrə AF proqramının perspektivləri baxımından jurnalistika araşdırmaları vərdişlərinin inkişaf etdirilməsinə öz töhfəsini vermək marağını aşkar etmişdir. Bu, həm ACİ-YF-nin media proqramının həm də dövlət büdcəsinin şəffaflığı proqramının məqsədləri tam üst-üstə düşür.
- 2002-2003-cü illərdə proqramın inkişafı
Media proqramının 2001-ci ildəki fəaliyyəti aşağıdakı istiqamətlərdə inkişaf etmişdir.
- Jurnalistlərin hüquqi maariflənməsi və onlara hüquqi yardım göstərilməsi:
- Yeni Nəsil Jurnalistlər İttifaqına ayrılmış qrant hesabına 2001-ci ildə yaradılmış Jurnalistləri Müdafiə Fondu 2002-ci ildə həmiş əaktiv olmuşdur. Bu fond öz peşə vəzifələrini yerinə yetirərkən hüquqlarının pozulması ilə üzləşmiş jurnalistlərə hüquqi və maddi yardım göstərmişdir.
- Jurnalistləri Müdafiə məqsədilə yaradılmış “RUH” Komitəsi paytaxtda və regionlarda çoxsaylı media buraxılışlarında jurnalistləri müdafiə etmək və onları qorumaq məqsədilə həyata keçirilən Media hüquqlarına monitorinq layihəsini başlamışdır.
- “Azad Şəxsiyyət” media QHT-si Medianın müvafiq məsuliyyətlərini tənzimləyən Dövlət Sirri haqda Qanunun layihəsini hazırlayıb təbliğ etmək məqsədilə ACİ və Fridrix Nauman Fondu tərəfindən maliyyələşdirilmişdir.
- Jurnalist Həmkarlar İttifaqı Təşkilatı (JHİT) ifadə azadlığının monitorinqinin Mərkəzi Asiya və Qafqaz təşəbbüsünün yaradılmasına dair bir konfransın keçirilməsi məqsədilə qrant almışdır
- Azad media bazarının müdafiə olunması
- Turan Xəbərlər Agentliyinin və digər Cənubi Qafqaz xəbərlər agentliklərinin verdiyi əvəzsiz məhsullar təminatı davam etdirilir.
- Buna oxşar digər bir qrant NMP tərəfindən əldə olunmuş və Trend Xəbərlər Agentliyi tərəfindən davam etdirilmişdir.
- İnformasiya və müstəqil qəzetlərin əldə olunmasını təmin etmək məqsədilə regionlarda dörd qiraətxananın yaradılması məqsədilə Demokratik Jurnalistlər İttifaqına qrant ayrılmışdır.
- Təcrübəli yerli ekspert, iki tanınmış qəzet olan “Azadlıq” və “Yeni Yüzil” qəzetlərinin təsisçisi Gündüz Tahirli Gəncədə uğurlu regional qəzetin yaradılması üçün yerli şəraitləri araşdırmaq məqsədilə işə götürülərək Qərb Regionuna göndərilmişdir.
- Jurnalistlər üçün peşə təlimi:
- Aparıcı media buraxılışlarından olan doqquz jurnalist Sankt-Peterburq Yay Məktəbinə jurnalist araşdırmaları kursuna göndərilmişdir.
- İqtisadi layihələrin və milli ehtiyatların jurnalist araşdırmalarına dair müsabiqə keçirilmişdir.
- Jurnalistlər üçün İslam və digər dini mövzuların işıqlandırılmasına dair silsilə seminarların aparılması məqsədilə gənc jurnalistlərdən təşkil olunaraq yenicə yaradılmış Jurnalist Tədqiqat Mərkəzinə qrant ayrılmışdır.
- “Sülhpərvər Dünya Araşdırma Mərkəzi” hərbi mövzuları və tədbirləri işıqlandırmaq məqsədilə qanunvericiliyin və beynəlxalq normaların müddəalarına dair silahlı qüvvələrin nümayəndələri və jurnalistlər üçün silsilə seminarların aparılması məqsədilə qrant almışdır.
- ACİ-YF-nin 2002-ci ildəki Media proqramı strategiyasının qısa məzmunu
Hazırkı vəziyyət ACİ-YF-nin media proqramının aşağıdakı prioritetlərini özündə cəmləşdirir.
- Azad media bazarına yardım - $50,000
- Jurnalistlərin hüquq imüdafiəsi və qorunması - $15,000
- Media ilə bağlı qanunlarda islahat və özünütənzimləmə - $10,000
- Peşə və digər təlimlər - $20,000
- Azad media bazarına yardım göstərilməsi
- Media buraxılışlarının inkişafına və jurnalist araşdırmalarının aparılmasına yardım göstərilməsi – Jurnalist araşdırmalarında peşə vərdişlərinin aşağı səviyyəsi və qeyri-dəqiqliklər bu kimi araşdırmaların aparılması üçün vaxtın və maliyyələşdirilməsi üçün müvafiq resursların çatışmamasından irəli gəlir. ACİ media buraxılışları üçün jurnalist araşdırmaları proqramlarının dəstəklənməsi ilə bağlı müsabiqə elan edəcək
- Peşəkar jurnalist cəmiyyətinə yardım. – İnformasiyanın ayrıca sektorlarının işıqlandırılması üzrə ixtisaslaşmış jurnalist cəmiyyətlərinin yaradılmasının stimullaşdırılması.
- Regional mətbuat – Ölkənin Qərbində bir regional qəzetin İnternyusla əməkdaşlıq çərçivəsində yaradılması nəzərdə tutlduğundan, ACİ onun maliyyələşdirilməsini gələn il davam etdirəcək.
ACİ-YF ölkənin paytaxtı ilə regionları arasında yaranmış boşluğun səbəblərindən biri olan media bazarında regional xəbərlər çatışmadığından regional medianın inkişafına yardım göstərməyi planlaşdırır. Belə bir təşəbbüs Fondun iqtisadi layihələrinin, boru kəməri layihələrinin monitorinqi, xüsusən də ACİ-YF-nin Gəncə nümayəndəliyində əsası qoyulmuş regional QHT-lərə yardım proqramı kimi digər məqsədləriylə uzlaşır. Həmin inkişaf proseslərinin işıqlandırılması regional jurnalist peşəkarlığının işıqlandırılmasına, vətəndaş cəmiyyətinin rolu barədə məlumatlanmaya və demokratikləşməyə yardım göstərə bilərdi. Bu fəaliyyətlərin həyatat keçirilməsi zamanı bizim nəzərdə tutduğumuz məqsədlər həmin proqramın icraçıları olan USAİD proqramının və İnternyus fəaliyyətlərinin məqsədləri ilə üst-üstə düşür.
Apardığımız araşdırmalar və məsləhətləşmələr xüsusən də iqtisadi və dövlət büdcəsinin şəffaflığı sahəsində jurnalist araşdırmalarının inkişaf etdirilməsinə dair olan ehtiyacı aşkara çıxarmışdır. Lakin media buraxılışları çətin iqtisadi durum ucbatından əsaslı jurnalist araşdırmaları üçün irəli sürülən təşəbbüsləri və vaxtı təmin etmək iqtidarında olmurlar. Biz araşdırma müsabiqəsinin şərtlərinin qısa məzmununu göstərmək və onlardan çoxlu sayda ən aktual olanlarını dəstəkləmək istərdik. Avrasiya Fondu ilə aparılan danışıqlar çox güman ki, onların bu müsabiqənin miqyasını genişləndirməkdə öz töhfələrini verməyə kömək edər. Ayrıca informasiya sektorlarında ixtisaslaşmış jurnalistlərin daha məhdud bir qrupunun institusionallaşdırılması təlim proqramları üçün xüsusi məqsədli qrupların yaradılmasına kömək edərdi. Biz onu insan ehtiyatları bazarının perspektivlərindən çıxış edərək, azad media bazarı üçün bir yardım hesab edirik.
- Jurnalistlərin hüquqi müdafiəsi və qorunması
- ACİ-YF jurnalistlər üçün hüquqi müdafiənin təmin edilməsində yardım göstərilməsini davam etdirəcək.
- Mərkəzi Asiya və Qafqaz informasiya körpüsü- Jurnalist hüquqlarının qorunması və xəbər xidmətlərinin təmin edilməsi sahəsində Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında məlumat mübadiləsi sahəsində təşəbbüslər.
- Beynəlxalq QHT ictimaiyyəti, kampaniyalar və müşahidə missiyaları ilə ACİ-YF arasındakı əlaqələr müvafiq beynəlxalq təşkilatlarla onların Azərbaycanda iştirakını genişləndirmək və artırmaq niyyətilə işləmək üçün Şəbəkə Media Proqramına əsaslanacaq. (Çoxsahəli Media İnstitutu, NED, 19-cu Maddə).
Jurnalist hüquqlarının qorunmasına və monitorinqinə olan zərurət 2003-cü ilin oktyabrında keçirilən prezident seçkilərindən sonra artmışdır. Jurnalistləri Müdafiə Fondu qorunub saxlanmalı, jurnalistlərin daha geniş regional əməkdaşlığı da öz növbəsində onların hüquqlarının qorunmasına yardım göstərməlidir.
- Media qanunlarında islahatlar və onların həyata keçirilməsi
2003-cü ildə yaradılmış Mətbuat Şurasının medianın özünüidarə prinsiplərinin ən yaxşı təcrübələrini inkişaf etdirməsinə ümid bəslənilir. ACİ-YF belə hesab edir ki, Mətbuat Şurası media ilə bağlı qanunvericiliyin monitorinqi və həyata keçirilməsi, hökumət tərəfindən ifadə azadlığının verilməsində, habelə media ictimaiyyətində yaxşı etik normaların tətbiqində öz rolunu artırmalıdır. ATƏT və Avropa Şurası Mətbuat Şurasının imkanlarının inkişaf etdirilməsi ilə maraqlanır. ACİ-YF aşağıdakı tədbirlərin həyata keçirilməsi vasitəsilə öz yardımını göstərəcək:
- Avropa ölkələrindəki media özünüidarə prinsipləriylə bağlı müvafiq hüquqi əsasnamələrin tərcüməsi və müzakirəsi vasitəsilə qanunvericiliyin yaxşılaşdırılmasının və məlumatlılığın artırılmasının dəstəklənməsi.
- Mətbuat Şurasının fəaliyyətində jurnalist əxlaq kodeksinin yaradılması və tətbiq edilməsi.
- Peşə və digər təlimlər
Peşə təlimləri aşağıdakı mövzularda yazan ixtisaslaşmış jurnalistlərdən ibarət qruplara ünvanlanacaq:
- iqtisadi araşdırmalar
- din və İslam azadlığı
- vətəndaş cəmiyyətinin rolu.
İqtisadi araşdırmalar az inkişaf etmiş, lakin ölkədəki jurnalistlər üçün ən mühüm bir araşdırma sahəsi kimi meydana gəlmişdir. ACİ-YF-nin Azərbaycan Nümayəndəliyi Açıq Cəmiyyət İnstitutunun Nyu-York nümayəndəliyinin Mərkəzi Asiya Layihəsinin köməyi ilə, Kolumbiya Universitetinin Beynəlxalq Strategiya üzrə Dialoqu və Azərbaycandakı İctimai Maliyyə Monitorinqi Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində artıq bu fəaliyyəti başlamışdır: Beynəlxalq Nobel Mükafatının qalibi professor Cozef Stiqlitsin, Amerika Birləşmiş Ştatlarından və Türkiyədən olan digər tanınmış təlimatçıların iştirakı ilə yaddaqalan bir seminar tədbirinin keçirilməsi 2003-cü ilin noyabr ayının sonuna planlaşdırılır. Biz bu təşəbbüsləri və tərəfdaşlıqları gələn il davam etdirməklə, həm də şəbəkə resurslarının köməyi ilə digər imkanlar axtarırıq. Daxili imkanlar həm də USAİD-in Texniki Yardım proqramı ilə əməkdaşlıq çərçivəsində mövcuddur. ABŞ-ın ölkəmizdə Azərbaycan hökumət orqanlarına məsləhətlər verən hökumət ekspertləri öz vaxt və təcrübələrini vətəndaş cəmiyyəti və jurnalist ictimaiyyətinə həsr etməkdə maraqlıdırlar .
Daxili imkan və təcrübələr həm də dini mövzular üzrə təlimlərin keçirilməsində faydalı olardı. Sonuncu sahə xüsusi olaraq, Müsəlman icmaları daxilində ayrıca dini icmalarda qadın problemlərinin işıqlandırılması ilə maraqlanan Şəbəkə Qadın Proqramı ilə əməkdaşlığı da inkişaf etirə bilərdi.
|