Siyasi baza/hüquqi sistem
Mətbuat azadlığı müəyyən dərəcədə jurnalistlərin hüquqlarından və dövlətin müstəqil yanaşmasından asılıdır. 2003-cü il dövlətin müstəqil media üzərində nəzarətini gücləndirmək cəhdləri ilə xarakterizə edilirdi. Lakin bununla belə, Mətbuat Şurası tərəfindən həyata keçirilmiş və daha təşkilati və kooperativ bir səviyyəyə çatdırılmış bəzi təşəbbüslər kimi irəliləyişlər edilmişdir.
Təəssüf ki, oktyabr ayında keçirilmiş prezident seçkilərindən və beynəlxalq və yerli müşahidəçilərin şadihi olduqları kütləvi nizamsızlıqdan sonra mətbuat azadlığı təzyiqə məruz qalmışdı. Bir sıra məşhur jurnalistlər 2003-cü il oktyabr ayında baş vermiş yürüşlərdə güclü təsirə malik aksiyaların siyasi motivasiyası maskası altında həbs edilmişlər. Misal üçün, Yeni Musavat müxalifət qəzetinin baş redaktorunun “ictimai nizam – intizamı pozmağa təhrik”-də günahlandırılaraq həbs edilməsi buna misaldır.
O vaxtdan bəri müxalifət qəzetləri dövlət nəşriyyatından uzaqlaşdırılmışlar. Bu vaxt ərzində isə, özəl məbuatlarda kağızın qiyməti iki dəfə artmış, hökumət monopoliyası tərəfindən idarə edilən kağız məmulatları isə təhlükə altındadır.
Hər halda, Avropa Şurasındakı nümayəndəlik və ATƏT, AŞ, DİH (Dünya İnsan Hüquqları) tərəfindən verilmiş tənqidi cavablarla bərabər Azərbaycan hökumətinin digər beynəlxalq səviyyəli öhdəlikləri, digər beynəlxalq təşkilatlar və bəzi qərb hökumətləri və parlamentləri Azərbaycanda özünü ifadə azadlığını və jurnalistlərin hüquqlarını qorumaq məqsədilə davamlı olaraq artan təzyiqlərini göstərməkdədirlər.
İnformasiya vasitələrinin getdikcə hüquqi sisteminə gəldikdə isə, burada qanunvericilikdə də bəzi düzəlişlərin edilməsi probleminin tələb olunduğuna baxmayaraq, qanunların əsaslı şəkildə nəzərdən keçirilməsindənsə, artıq mövcud olan hüquq normalarının həyata keçirilməsində davamlılığın olmamasıdır.
Diffamasiya qanunları “qeyri-loyal” mətbuatı qorxudaraq, bağlamaq məqsədilə istifadə edilirlər. Böyük əksəriyyətini hakim qüvvələrin nəzarəti altında olduğu məhkəmələr isə müntəzəm olaraq, qanun pozuntusu ilə heç uzlaşmayan iri həcmli cərimələr tətbiq edirlər.Cümhuriyyət, Yeni Musavat kimi qəzetlərin hesabları cari olaraq dondurulur. Hökumət leyhinə xəbər yayımçısı ANS telekanalı Azadlıq qəzetinə qarşı irəli sürdüyü diffamasiya məhkəmə prossesini uduzduqdan sonra belə bu qəzetin hesabının dondurulması faktını qeyd etmək xüsusi maraq doğurardı. Hal hazırda mütəxəssislər Diffamasiyaya dair yeni Qanunun qəbul edilməsinə ehtiyac olduğunu vurğulayırlar və Yeni Nəsil Jurnalistlər Birliyi isə bu qanunu AŞ ilə birlikdə tərtib etməyi planlaşdırır. Dövlətin gizli tərtib etdiyi qanun layihəsi üzərində artıq iş aparılıb və bu qanunun inkişaf etdirilməsi indi gündəlikdə duran məsələdir. Hökumətin apardığı siyasəti haqqında mühüm məlumatın əldə edilməsini təmin etmək və irəliləyişləri həyata keçirmək üçün hökumət strukturlarının öhdəliklərini aydınlaşdırmaq üçün Məlumat azadlığına dair qanunun qəbul edilməsi məqsədəuyğun görünür. Bu qanunun yazılı variantı bu yaxında Parlament Komitələrinə təqdim edilmişdir.
İctimai televiziyaya dair qanun 2001-ci ildən bəri ilkin müzakirələrə səbəb olmuşdu. PPFA və İnternyuz xəbər agentlikləri özlərinin alternativ layihələrini təqdim etmişlər. Lakin hakim qüvvələr öz işçi qruplarını yaratmışdılar ki, bunlar da çoxlu sayda çatışmazlıqları olan qanunun layihəsini hazırlamışdılar. Bu qanun ictimai televiziyanın, onun idarəetmə agentliklərinin və ictimai televiziya fondunun yaradılması mexanizminin şərtini irəli sürmür. Lakin, bu faktlar işçi qrupunun bu qanunun yazılı variantını dekabrda Azərbaycanın milli parlamentinə, yəni Milli Məclisə onu nəzərdən keçirmək və şərhlərini vermək üçün təqdim etməsinin qarşısını ala bilmədi.
Ötən layihələrdə ictimai informasiya yayım vasitələrinin dövlət nəzarətindən azad olduğunun göstərilməməsinə dair komitə tənqidlərini əsas tutaraq, Milli məclis təqdim edilmiş layihənin bəzi hissələrində dəyişikliklər etdi ki, bununla da dövlətin rolunu azaltsın. 2004-cü il yanvarın 9-da üçüncü oxunuşdan sonra Milli Məclis qanunu qəbul etdi və onu prezidentə qaytardı.
Onu da qeyd etmək lazımdır ki, qanun beynəlxalq strukturların və xüsusilə də Avropa Şurasının tənqidi qeydlərini nəzərə almadan qəbul edilmişdi.
“Dövlət Televiziya kanalını müstəqil idarə heyəti tərəfindən idarə edilən ictimai kanala” çevirmək 25 yanvar, 2001-ci il tarixində Avropa Şurası tərəfindən Azərbaycanın bu şuraya daxil edilməsi şərtləri arasında idi.
Dövlət və ictimai teveviziya yayım vasitələri arasındakı əsas fərq ondan ibarətdir ki, dövlət televiziyası hökumətə tabe olduğu halda, ictiami televiziya müstəqildir. Aydın məsələdir ki, müstəqillik hökumətin ictimai televiziya yayım vasitəsinə təyin olunan heyətin seçilməsində heç bir rolunun və bu televiziyanın büdcə və proqramlaşdırılmasında birbaşa nəzarətinin olmamasını tələb edir.
Hökumətin bunu islah etmək səylərinə baxmayaraq, bu qanunun son variantı müstəqilliyə təminat vermir və beləliklə də, ictimai yayımın tərifinə uyğun gəlmir.
Azərbaycanın yenicə seçilmiş prezidenti İlham Əliyev qanuna veto qoyaraq, onun qaralama variantını parlamentə qaytarmışdır. Onu da qeyd etmək lazımdır ki, bu vetonun məzmunu “səhv” təyin edilmişdi. Prezident bu qanunun mənfi/müsbət tərəflərini müəyyən etməyib və hansı səbəbə onunla razılaşmadığını göstərməmişdir.
İqtisadi çətinliklər və göstərilən təzyiq
Media vasitəsi ilə yayımlanan problemlərin çoxu bu vasitələrin gəlir əldə edə bilməməsində və bunun da nəticəsi olaraq, siyasi sponsorlardan asılı olmalıdır. İqtisadi üstünlüklərin olmaması, ciddi qaydalar və özəl biznesin pis həyata keçirilməsi müstəqil medianın mövcudluğuna mənfi təsir göstərdi. Hal-hazırda müstəqil elektron media rəsmi şəkildə hökumətin ciddi nəzarəti altındadır. Demək olar ki, bütün elektron yayım vasitələrinin öz yayım vaxtlarının 80%-dən artıq hissəsini hökumət nümayəndələrindən olan namizədlərin təbliğatına həsr etdiyi seçki kampaniyası ərzində bunun açıq şahidi olduq. Reklam bazarının davamlı tənəzzülü kütləvi informasiyanın bir sıra mətbuat vasitələrinin fəaliyyətinə kommersiya sarıdan təsir etdi. İqtisadi problemlər medianın zəifliyini artırır və bəzi iş dairələri bir sıra yayım vasitələri üzərində malik olduqları nəzarəti artırırlar. Qəzetlərin bəziləri hələ də göstərdikləri xidmətlərin əvvəlki müstəqillik dərəcələrini saxlamaqdadırlar, lakin onların fəaliyyətlərini davam etdirmək üçün əsaslı yardıma ehtiyacları var. Hətta yayım vasitələri üzərində olan təzyiq azalsa belə, Azərbaycanın ictimaiyyətin maraqlarına xidmət etməyə qabil müstəqil və tam bir media yarada bilməsinə qədər bir sıra irəliləyişlər edilməlidir.
Media həmrəyliyi və daxili problemlər
Media cəmiyyətinin həmrəyliyi saxlanılır, lakin iqtisadi problemlər və prezident seçkilərinin sübutunda artmaqda olan siyasi polyarizasiya qəzetlər arasında olan əməkdaşlığa təsir etdi. Hal-hazırda mühüm əhəmiyyət kəsb edən şey əməkdaşlıq və həmrəylik üçün hələ də potensialını qoruyub saxlamış qəzetlərə yardım etməkdir. Eyni zamanda jurnalistlər şəxsi davranışlarını düzəltməlidirlər. Onların bacarıqları, azadlıqları, layiqli maaşları və şəraitləri yoxdur. Bunun nəticəsi olaraq, qeyri-peşəkar kütləvi informasiya mətbuat vasitələri cəmiyyətdə jurnalist simasını müəyyən dərəcədə alçaldıblar.
Peşəkar jurnalistika prinsiplərinin pozulması hallarının sayı artmışdır. Özünü-idarənin vacibliyi və beynəlxalq standartların tətbiqi təzyiqgöstərici amildir. Belə bir şəraitdə müsbət cəhət ondan ibarətdir ki, media cəmiyyəti belə problemlərdən xəbərdardır və bu mənfi situasiyanın aradan qaldırılması uğrunda əlindən gələni edir. Ötən ilin 9 ayı ərzində 130 şikayət Mətbuat Şurasına təqdim edilmiş və bu ilin 4 ayı ərzinə isə şikayətlərin sayı 500-ə çatmışdır. “Jurnalist reketliyinin inkişafı” adlandırılan məsələ də ən qızğın problemlərdən biridir. Bu problemdən çıxış yollarından biri jurnalistlər üçün şəxsiyyəti təsdiq edən sənədin hazırlanmasıdır. Mətbuat şurası əsas diqqəti bu zəif tərəflərin həll edilməsinə yönəltməyi vacib hesab edir. Əslində, bu şura hakim qüvvələr və özəl yayım vasitələri və müxtəlif yayım vasitələri arasında baş verən mübahisələrin həllində vasitəçi kimi öz faydalı rolunu müəyyənləşdirib. Bu irəliləyiş jurnalistlər ittifaqındakı əməkdaşlığın nəzərəçarpan dərəcəsinin nəticəsidir. Bu əməkdaşlıq qurulmalı və möhkəmləndirilməlidir.
Müxalif Media
Bütün yayım vasitələri ya birbaşa hakim orqanlar tərəfindən idarə edildiyindən, ya da onların yaxın tərəfdarları olduqlarından, mətbuat yayım vasitələri bir növ iqtidar və müxalifətin arasında qalır. Qəzetlərin yalnız bir-ikisi siyasi neytrallığa ciddi şəkildə iddia etmək iqtidarındadırlar. Zəif iqtisadiyyat, gəlirin aşağı dövriyyəsi və ona dair reklamın olmaması özəl yayım vasitələrinin müstəqil biznes kimi mövcud olmasına imkan vermir. Nəticə etibarilə, onlar siyasi sponsorlardan asılı vəziyyətə düşürlər. Müxalif mətbuatın nisbi müstəqilliklə fəaliyyət göstərə bilməsinə baxmayaraq, onların bu fəaliyyətləri bəzi amillər vasitəsilə məhdudlaşdırılır. Dövlətin idarə etdiyi bölgü sistemindən kənarlaşma kapitaldan kənar dövriyyənin qarşısını alır. Dövlət kiosklarında gizlədilmiş, gətirilmiş tam satılmadan geri qaytarılmış və satılmış nüsxələr üçün tam ödənişini əldə etməyən çoxlu sayda qəzetlər də var.
Regional Media
İnkişafda olan iqtisadi layihələr ölkədəki regionların tədrici inkişafını nəzərdə tutur. Bir sıra donorlar vasitəsilə həyata keçirilmiş vətəndaş cəmiyyətinin bir neçə illik aktivasiyası və icmaların inkişafı regionlarda müstəqil mediaların yaradılması üçün daha yaxşı bir şərait yaratdı. İnternyuz xəbər agentliyi ölkənin Qərb regionundakı inkişaf səviyyəsini nümayiş etdirmək məqsədilə Gəncədə müvəffəqiyyətlə Müstəqil Jurnalistika Mərkəzini inkişaf etdirirdi. ABŞ səfirliyi Mingəçevirdə “Mingəçevir işıqları” regional qəzetinin yaradılmasını dəstəkləmişdi. USAID təşkilatı regional mətbuat yayım vasitələrinə göstərdiyi yardıma görə İnternyuz agentliyinə qrant ayırmışdı ki, bu da Gəncə, Masallı və Naxçıvanda olmaqla üç qəzetin yaradılması ilə nəticələnmişdi. ACİ-YF və İnternyuz agentliyi birlikdə regional “Gəncə bazar” həftəlik qəzetinin yaradılmasına yardım göstərmişlər. Regionda peşəkar imkanların artırılması isə həlledici məsələdir.
Media təşkilatları və tərəfdaşları
Tərəfdaş QHT-lərin və donor təşkilatların siyahısı ötən ilin strategiya sənədlərində vasitəsilə təmin edilmişdi. Demək olar ki, bütün təşkilatlar hələ də fəaliyyət göstərdiklərindən, ötən strategiyaların siyahısına daxil edilməyən digər təşkilatların adlarını təqdim edirəm:
Azərbaycan Kütləvi İnformasiya İşçilərinin Həmkarlar İttifaqı. Bu, peşəkar səviyyəli bir təşkilatdır. O, daha çox hökumət leyhinə olaraq, jurnalistləri könüllülük prinsipləri əsasında birləşdirir. Təşkilatın sədri Oqtay Salamzadə 1992-ci ildən bəri bu vəzifədədir.
“Azad söz” Jurnalistlər Birliyi hazırda müstəqil Azadlıq qəzetinin baş redaktoru olan Qənimət Zahidov tərəfindən təqribən 4 il öncə fəaliyyətə başlamışdı. Bu təşkilatın sədri Pərviz Cəbrayılovdur. Təşkilatın məqsədi seminarlar keçirmək, bülletenlər paylamaq və s. vasitəsilə söz və mətbuat azadlığını artırmaqdır.
Beynəlxalq Mətbuat Mərkəzi (BMM) Gənclər və Turizm Nazirliyinin keçmiş əməkdaşı olan Cəfər Cəfərovun rəhbərlik etdiyi bu təşkilat nisbətən yenidir. Bu, Əli Həsənova (Prezident Aparatının rəsmi məmuru) yaxın olan hökumət leyhinə bir strukturdur. BMM mətbuat xidmətləri üçün seminarların keçirilməsində peşəkar bir təşkilatdır.
Peşəkar jurnalist təşkilatları ilə yanaşı, Azərbaycanda medianın inkişafı məsələsinə yaxından cəlb edilmiş bir sıra QHT-lər də mövcuddur. Aşağıda vətəndaş fəaliyyətləri və qrantların həyata keçirilməsi ilə məşğul olan, bu yaxınlarda yaradılmış təşkilatların siyahısı verilmişdir.
Sərhədsiz Jurnalistlər (SJ) Sədri Sevil Yusifova. Bu təşkilatın qarşısına qoyduğu məqsədlər Reporters sans frontiers təşkilatının məqsədləri ilə oxşardır. Onlar Ədliyyə Nazirliyində qeydiyyatla əlaqədar problemlərlə üzləşirlər. SJ təşkilatı hal-hazırda Azərbaycanda Reporters sans frontiers təşkilatının rəsmi nümayəndəliyi məsələsi ilə əlaqədar danışıqlar aparırlar.
Media və Vətəndaş Cəmiyyəti İnstitutu (MVCİ) 2003-cü ildə əsası qoyulmuş bu təşkilata Xanoğlan Əhmədov başçılıq edir. Hal-hazırda təşkilat jurnalistlər üçün Sosial Müdafiə proqramı üzərində işləyir və əmək və sosial məsələlərlə əlaqədar Milli Məclisin üzvləri ilə əlaqə saxlayır və sosial müdafiəyə dair qanun layihələrini sənədləşdirirlər. Onlar rəsmi qeydiyyata alma ilə əlaqədar olaraq Ədliyyə Nazirliyini məhkəmə prossesinə cəlb ediblər.
Söz Azadlığının Müdafiəsi Fondu (SAMF) 2004-cü ildə yaradılıb. Təşkilatın əsası parlamentin keçmiş üzvü və şair Musa Yaqub tərəfindən qoyulub. Bu təşkilat kifayət qədər müstəqildir və onun əsas fəaliyyət sahəsi söz azadlığının müdafiəsidir. Təşkilat “Azad fikir” bülletenini hazırlayaraq nəşr etdirir. Təşkilatın internet saytının ünvanı: www.azfreespeech.org
ATƏT-in Azərbaycandakı diplomatik heyəti. Bu təşkilat da medianı özlərinin dayaq fəaliyyətlərinin istiqamətlərindən ğiri hesab edirlər. Bu təşkilatdan Demokratikləşdirmə üzrə məmur Lutz Leytfus ilə əlaqə saxlamaq olar
İnternyuz. Bu, beynəlxalq səviyyəli, media dəstəkləyici təşkilatdır. Təşkilat azad media bazarının yaradılması və məlumat və əməkdaşlığın regionlararası mübadiləsi ilə məşğuldur. Onlar əsas diqqəti elektron medianın dəstəklənməsinə, jurnalistlərin həmrəyliyinə və peşəkarlığına yönəldirlər. USAID özünün media azadlıq proqramı üzrə İnternyuzu əsas ortaq kimi seçmişdir. ACİ-YF beynəlxalq mətbuat yayım vasitələrinə dəstək layihəsi üzrə İnternyuzla əməkdaşlıq edir. USAID təşkilatının dəstəyi ilə İnternyuzun idarəçiliyi altında yaradılmış Media Hüquqları İnstitutu, əsasən hüquqi tədris olaraq, jurnalist treninqləri keçirir və qanun layihələrinin ekspertizasını təmin edir. İnstitututun, gələcək qanun layihələrinin təkminləşdirilməsi üzrə aparılacaq təşəbbüslər üçün səriştəli ortaq olacağı görünür.
Avrasiya Fondu – USAID təşkilatı özünün media azadlığına dəstəyini İnternyuzla əməkdaşlığa yönəltdiyindən, növbəti il üçün Avroasiya media məsələlərinə olan marağını azaltdı. Hər halda, Fondun yerli və regional administrasiyalarla keçirdiyi son müşavirəsi AF-nun SME-yə dəstək və sağlam iş mühiti proqramının perspektivləri baxımından, Fondun jurnalist araşdırması vərdişlərinin inkişafına yardım etməyə olan marağını göstərdi. Bu isə, həm ACİ-YF-nun media proqramının, həm də ictimai maliyyə məsələlərində şaffaflıq proqramının məqsədlərinə uyğun gəlir.