Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin


Arxiv  
 Programlar
İnternet
 Kitabxanalar
 Nəşriyyat
 Statistika
 Əlaqə

Müştərək Layihələr  
ACİ-YF & İKTMS Əməkdaşlığı
Cenevrədə beynəlxalq seminar
Layihələrin təqdimatı
Mətbuat konfransı
Bakı Seminarı
Vilnyusda beynəlxalq seminar
Lənkəran Seminarı

İnformasiya Proqramının Müştərək Layihələri

LƏNKƏRANDA İNTERNET TEXNOLOGİYALARINA HƏSR OLUNMUŞ REGİONAL SEMİNAR KEÇİRİLDİ

Lənkəranda internet texnologiyalarının vəziyyətinə və inkişaf perspektivlərinə həsr olunmuş regional seminar keçirilmişdir. Seminar Azərbaycan hökumətinin və BMT-nin İnkişaf proqramının "Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsində Milli strategiyanın hazırlanması və ilkin mərhələdə tətbiq edilməsi" layihəsi, Açıq Cəmiyyət İnstitutu - Soros Fondu və Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuşdu.

Seminarda çıxış edən Lənkəran dövlət universitetinin rektoru Mirzə Bağırov ən dinamik sahələrdən olan informasiya texnologiyaları sektorunun inkişafında dövlətin xüsusi qayğısını yüksək qiymətləndirdi. Onun sözlərinə görə, buna sübut İnformasiya kommunikasiya texnologiyaları sahəsində Milli strategiyanın hazırlanması layihəsinin həyata keçirilməsidir. Bu layihənin milli koordinatoru Məleykə Abbaszadədir. Azərbaycan hökumətinin və BMT-nin İnkişaf proqramının birgə fəaliyyəti qloballaşdırma şəraitində bu sahənin əhəmiyyətinin bir daha sübuta yetirmiş olur.

Çıxış zamanı M.Bağırov həmçinin beynəlxalq təşkilatların İT sahəsinin inkişafı istiqamətində fəaliyyətinə də toxundu. Onun sözlərinə görə, bu istiqamətdə BMT-nin İnkişaf proqramı, Soros Fondu, IATP, Yaponiyanın Azərbaycandakı səfirliyi daha fəallıq göstərirlər.

Lənkəranın internet treninq-mərkəzinin rəhbəri Mais Eyniyev qeyd etdi ki, maarifləndirmə dövlət siyasətinin informasiya texnologiyaları sahəsində əsas istiqamətlərdən biri olmalıdır. Bu prinsiplər Azərbaycanın Milli strategiyasında öz əksini tapmalıdır. Keçirilən seminarın əhəmiyyətini yüksək qiymətləndirən M.Eyniyev bu tədbirin nəinki Lənkəranda, həmçinin bütün regionda internetin inkişafına təkan verəcəyinə əmin olduğunu qeyd etdi. Tədbirin keçirilməsinə görə, M.Eyniyev BMT-nin İnkişaf proqramına, Soros Fonduna və Yaponiyanın Azərbaycandakı səfirliyinə öz təşəkkürünü bildirdi.

Lerik rayonunda fəaliyyət göstərən "Gelegek Üol" QHT-nin sədr müavini Ədail Məmmədov internet texnologiyalarının regionlarda inkişafında mövcud çətinliklərin olduğunu qeyd etdi. Onun fikrincə, internet texnologiyaları sahəsində dövlət siyasətinin həyata keçirilməsində internet inkişaf etməmiş regionalara xüsusi diqqət verilməlidir.

Lənkəran təhsil mərkəzinin direktoru Əbdüləhəd Bağırov qeyd etdi ki, Milli strategiyanın həyata keçirilməsi zamanı regionların qeyri-bərabər inkişafı nəzərə alınmalıdır. Bu internetin regionlarında daha effektiv və bərabər inkişafına köməklik edə bilər.

Seminar Bakı elmi-təhsil mərkəzinin lektorları Qaçay Mirzəyev və Xalidə Məlikova tərəfindən keçirilmişdir. Seminar iştirkaçıları Azərbaycanda internet texnologiyalarının vəziyyəti, bu sahənin ölkədə və bütün dünyada perspektivləri haqqında məlumatlandırılmışdılar. Seminarda həmçinin regionlarda internetin vəziyyəti ətrafında informasiya mübadiləsi aparılmış, mövcud problemlər müzakirə olunmuşdur. Seminar iştirakçılarının fikrincə, regionlarda internet infrastukturunun inkişaf etməməsi, internet texnologiyaları sahəsində biliklərin yetərincə olmaması, elektrik enerjisinin vaxtı-vaxtında verilməməsi əsas problemlərdən sayıla bilər. İnternet infrastrukturunun regionlarda qeyri-bərabər inkişafı, azərbaycandilli veb-səhifələrin az olması da bu sahənin inkişfını ləngidir. Müzakirələr zamanı həmçinin istifadəçilərin, xüsusən də gənclərin internetə olan maraq dairəsi də qeyd olundu. Belə ki, regionlarda istifadəçilərin bir çoxu internetdən əsasən əyləncə məqsədilə istifadə edir. Regionlarda internet istifadəçilərinin sırasında yeniyetmə yaşında olan oğlanlar mütləq çoxluq təşkil edir.

Seminarda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Dəvəçi, Xaçmaz, Salyan rayonlarından və Bakı, Sumqayıt və Əlibayramlı şəhərlərindən nümayəndələr iştirak edirdi.

İnformasiya kommunikasiya texnologiyaları sahəsində Milli strategiyanın hazırlanması çərçivəsində analoji seminarlar Naxçıvanda və Gəncədə keçiriləcəkdir. İnternet texnologiyalarının regionlarda vəziyyətinin dərindən öyrənilməsi bu sahənin inkişafı üçün tədbirlər planın effektiv həyata keçirilməsinə imkan verəcəkdir.



webmaster@osi-az.org