Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin


Arxiv  
 Programlar
İnternet
 Kitabxanalar
 Nəşriyyat
 Statistika
 Əlaqə

Müştərək Layihələr  
ACİ-YF & İKTMS Əməkdaşlığı
Cenevrədə beynəlxalq seminar
Layihələrin təqdimatı
Mətbuat konfransı
Bakı Seminarı
Vilnyusda beynəlxalq seminar
Lənkəran Seminarı

İnformasiya Proqramının Müştərək Layihələri

İNFORMASİYA TEXNOLOGİYALARI İSTİQAMƏTİNDƏ GÖRÜLƏN İŞLƏR HAQQINDA MƏTBUAT KONFRANSI

Fevralın 6-da Azərbaycan Hökumətinin timsalında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və BMT-nin İnkişaf Proqramı birgə «İnformasiya kommunikasiya texnologiyaları üzrə Azərbaycanın Milli Strategiyasının hazırlanması və ilkin mərhələdə həyata keçirilməsi» layihəsi çərçivəsində görülən bəzi işlərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Tədbirin məqsədi informasiya texnologiyaları sahəsində son zamanlar həyata keçirilmiş layihələr haqqında mətbuat vasitəsilə ölkə ictimaiyyətini məlumatlandırmaq idi.

Mətbuat konfransı layihədə Azərbaycan dili və əlifbasının informasiya məkanında istifadəsi istiqamətinin rəhbəri Vəfədar Misirov və layihənin işçi qruplarının layihə koordinatoru Fərman Abdullayev və layihənin digər milli ekspertləri tərəfindən keçirilmişdir.

Tədbirdə çıxış edən V.Misirov «İnformasiya kommunikasiya texnologiyaları üzrə Azərbaycanın Milli Strategiyasının hazırlanması və ilkin mərhələdə həyata keçirilməsi» layihəsi, bu layihə çərçivəsində fəaliyyət göstərən ekspert qrupların gördüyü işlər haqqında jurnalistlərə ətraflı məlumat verdi. V.Misirov qeyd etdi ki, Azərbaycan dilinin informasiya məkanında istifadəsində olan problemin həlli layihənin önəmli məsələlərindən olaraq qalır. Onun sözlərinə görə, bu istiqamətdə mövcud problemləri aradan qaldırmaq üçün layihə çərçivəsində bir çox zəruri işlər görülmuşdür:

  • Azərbaycan əlifbasının yeni Unicode standartlarının Windows 9x versiyalarında istifadəsini təmin etmək üçün proqram təminatı;
  • İstifadəçilərin öz arzularına uyğun yeni klaviatura düzümünün yaradılmasını təmin etmək üçün proqram təminatı;
  • Rus əlifbasının düzümünə uyğun və s. köhnə Azərbaycan şriftlərində yığılmış mətnləri yeni Unicode standartlarına və əksinə çevirə bilən proqram təminatı (Çevirici proqram);
  • Tərtibat və dizaynda istifadə edilə biləcək və Unicode standartlarına uyğun yeni Azərbaycan şriftləri. Bu şriftlərin 4 dildə (İngilis, Azərbaycan, Rus və Türk) dəstəyi mövcuddur.

V.Misirov dedi ki, həmçinin, yaxın zamanlarda Azərbaycan dilinin xüsusiyyətlərini nəzərə almaqla yaradılmış yeni klaviatura düzümləri də internetdə yerləşdiriləcəkdir. Hər bir istifadəçi yuxarıda adı çəkilən proqram təminatını və yeni klaviatura düzümlərini öz kompyuterində işlədə bilər.

V.Misirov layihə çərçivəsində yaradılmış «Poliqlot» elektron lüğətlər sistemi haqqında da jurnalistləri məlumatlandırdı. O qeyd etdi ki, müəllif hüquqlarının qorunması ilə yaradılan bu sistemə bir neçə lüğət daxil edilmişdir.

  • Bunlar Azərbaycan-İngilis, İngilis-Azərbaycan, Rus-Azərbaycan, İngilis-Rus lüğətləridir.
  • Sistemə daxil edilən «Məktəbli lüğətləri» vasitəsilə İngilis, Fransız dillərindən Azərbaycan dilinə məktəb proqramı çərçivəsində tərcümələr etmək olar. Ümumiyyətlə, «Poliqlot» Elektron lüğətlər sisteminə 200 mindən çox söz və ifadə daxil edilmişdir.
  • «Poliqlot» elektron lüğətlər sisteminə xarici dillərin öyrənilməsini asanlaşdırmaq üçün xüsusi öyrədici oyun proqramları da daxil edilmişdir.

Təhsil sahəsində üçün internet resursların yaradılması istiqamətində də müəyyən işlər görülmüşdür. Bu istiqamətdə zərurəti nəzərə alaraq Azərbaycanın orta məktəblərinin elektron kataloqu sayıla biləcək “Mənim Məktəbim” internet-səhifəsinin yaradılması istiqamətində işlər başa çatmaq üzrədir. Bu internet-səhifə özündə aşağıdakı məlumatları cəmləşdirir:

  • Məktəb haqqında (onlayn xəbərlər, statistika, fotoalbom, ən yaxşı şagirdlər və s.)
  • Məktəbliyə kömək (məktəbdənkənar tədris materialları, olimpiadaların, müsabiqələrin, sərgi və idman yarışlarının anonsları və s. )
  • Ali məktəblər haqqında məlumat

Bu internet-səhifənin bazasında həmçinin Azərbaycanın bütün məktəblərinin veb-səhifələrinin yaradılması planlaşdırılır.

Tələbə Qəbulu Dövlət Komissiyasında fəaliyyət göstərən hazırlıq kursları layihəsinin rəhbəri Teymur Mustafayev onlayn təhsilin Azərbaycanda tətbiqi istiqamətində həyata keçirilən layihə haqqında məlumat verdi. «Onlayn hazırlıq kursları» adlanan bu layihə bütün dünyada geniş təşəkkül tapmaqda olan distans-təhsilin təbliğinə yönəldilmişdir. T.Mustafayev qeyd etmişdir ki, onlayn hazırlıq kursları nəinki abituriyentlərin, həmçinin bu və ya digər fənn üzrə savadını artırmaq istəyən hər bir şəxsin marağına səbəb olacaqdır. Onlayn kursları çərçivəsində internet vasitəsilə istifadəçi və müəllim arasında ikitərəfli əlaqə yaradılacaqdır. İnternet vasitəsilə müəllimlə əlaqənin yaradılması kurslar çərçivəsində zəruri sual-cavab prosesinə, aralıq testləşmənin həyata keçirilməsinə imkan veriləcəkdir. Planlaşdırıldığına görə, hər bir fənn üzrə kursun müddəti təxminən 10 ay olacaqdır. Mütəxəssislərin fikrincə, bu müddət ərzində verilən tədris materiallarının daha dərin öyrənilməsinə imkan yaradacaqdır. T.Mustafayev demişdir ki, internet-səhifəsində həmçinin peşə seçimi ilə bağlı geniş materiallar da dərc olunacaqdır. Bu materiallara peşə seçimi ilə bağlı analitik yazılar, ekspert rəyləri, psixoloji testləri də aid etmək olar.

Tədbirdə jurnalistlərin suallarını cavablandıran işçi qrupların koordinatoru Fərman Abdullayev İKT sahəsində Azərbaycanın Milli Strategiyası, informasiya texnologiyaları sahəsində qanunvericilik bazasının formalaşması haqqında məlumat vermişdir. Regionlarda internetin inkişafına toxunan F.Abdullayev «İnformasiya kommunikasiya texnologiyaları üzrə Azərbaycanın Milli Strategiyasının hazırlanması və ilkin mərhələdə həyata keçirilməsi» layihəsi çərçivəsində regional mərkəzlərin yaradılması planlaşdırılan işlər haqqında danışmışdır.

Qeyd edək ki, yuxarıda adları çəkilən işlərin rəsmi təqdimat mərasimi fevralın ortalarında planlaşdırılır.



webmaster@osi-az.org