Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin


Arxiv  
 Programlar
İnternet
 Kitabxanalar
 Nəşriyyat
 Statistika
 Əlaqə

Müştərək Layihələr  
ACİ-YF & İKTMS Əməkdaşlığı
Cenevrədə beynəlxalq seminar
Layihələrin təqdimatı
Mətbuat konfransı
Bakı Seminarı
Vilnyusda beynəlxalq seminar
Lənkəran Seminarı

İnformasiya Proqramının Müştərək Layihələri

İNFORMASİYA TEXNOLOGİYALARI SAHƏSİNDƏ LAYİHƏLƏRİN TƏQDİMAT MƏRASİMİ

Fevralın 18-də Bakının Hyatt Regency otelində informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilmiş layihələrin təqdimat mərasimi keçirilmişdir. Bu layihələr Azərbaycan Hökumətinin timsalında Tələbə Qəbulu Dövlət Komissiyası və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi "İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyanın hazırlanması və ilkin mərhələdə həyata keçirilməsi" layihəsi çərçivəsində həyata keçirilmişdir.

Təqdimat mərasimində çıxış edən BMT-nin İnkişaf Proqramının rezident-nümayəndəsi Marko Barsotti Azerbaycan Respublikasının prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları Milli Strategiyasının bu sahənin inkişafında olduqca əhəmiyyətli rol oynayacağını qeyd etdi. M.Barsotti dedi ki, texnologiyalar Azərbaycanın davamlı inkişafı üçün çox mühüm bir vasitədir. Təsdiq edilmiş Milli Strategiya mövcud texnologiyaların müvafiq şəkildə istifadə edilməsinə imkan verəcəkdir.

Çıxışı zamanı M.Barsotti milli koordinator Məleykə Abbaszadəyə və onun rəhbərlik etdiyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına İKT-nin inkişafı istiqamətində fəaliyyətinə görə öz minnətdarlığını bildirdi. O dedi ki, İKT sahəsində qəbul edilmiş Strategiyanı həyata keçirmək üçün BMT-nin İnkişaf Proqramı Azərbaycana öz dəstəyini əsirgəməyəcəkdir. M.Barsotti İKT-nin inkişafı nəticəsində Azərbaycanın dünya sisteminə inteqrasiyasının tezləşdirilməsində əmin olduğunu bildirdi.

"İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyanın hazırlanması və ilkin mərhələdə həyata keçirilməsi" layihəsinin milli koordinatoru Məleykə Abbaszadə çıxışında Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 17 fevral 2003-cü ildə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyasının (2003-2012-ci illər)" təsdiq edilməsi haqqında Sərəncam haqqında tədbir iştiraçılarını məlumatlandırdı. M.Abbaszadə qeyd etdi ki, təsdiq edilmiş Milli Strategiyanın hazırlanmasında Azərbaycanın bütün İT-birliyinin əməyi vardır.

İnformasiya-Kommunikasiya Texnologiyalarının müasir dünyada rolu haqqında tədbir iştiraçılarını geniş məlumatlandıran M.Abbaszadə qeyd etdi ki, İKT artıq dar bir səhə çərçivəsindən çıxaraq artıq insan fəaliyyətinin bütün sahələrində əhəmiyyətli rol oynamaqdadır.

Azərbaycanda İKT sahəsində görülmüş işlərdən danışan M.Abbaszadə bu sahədə olan problemlərə də toxundu. Onların sırasında milli internet-resursların tələb olunan sayda olmamasını da aid etmək lazımdır. Belə ki, 29 əsas dövlət qurumunun veb-səhifələrinin monitorinqi göstərmişdir ki, onların iyirmi ikisinin resursu var, 77%-i – əsasən statistik informasiya yerləşdirir, ancaq 23%-i internet vasitəsilə ərizə və müraciətləri qəbul edir və s.

M.Abbaszadə sorğu əsasında 29 dövlət təşkilatının informasiya texnologiyaları və rabitə ilə əlaqədar maliyyə xərcləri haqqında da tədbir iştirakçılarını məlumatlandırdı. O qeyd etdi ki, 1999-cu ildən başlayaraq texniki təminata 33,4 mlrd manat, proqram təminatına - 7,7 mlrd. man, istismar xərclərinə 16,7 mlrd. man, İKT-nin təbliği ilə məşğul olan İKT-nin tətbiqi ilə əlaqədar personalın saxlanmasına – 9,3 mlrd. man, internet bağlantısına - 1,1 mlrd. man, işçilərin İKT təliminə – 361,1 mln. manat və s. xərclənmişdir. Ümumiyyətlə, dövlət qurumları İT və rabitə ilə əlaqədar 88,946 mlrd. manat məbləğində vəsait istifadə olunmuşdur.

Təqdimat mərasinin mövzusuna toxunan milli koordinator M.Abbaszadə qeyd etdi ki, bu tədbirdə təqdim olunmuş layihələr kommersiya xarakteri daşımır və cəmiyyət tərəfindən azad istifadə üçün internetdə yerləşdirimişdir. Həyata keçirilmiş layihələr Milli Strategiyanın prioritet məqsəd və vəzifələri ilə üst-üstə düşür və milli internet-resursları bazasının genişləndirilməsinə və təhsildə internetin istifadəsinin təbliğinə istiqamətləndirilmişdir.

Layihənin eksperti Faiq Atamov İnformasiya-Kommunikasiya Milli Strategiyası ətrafında geniş çıxış etdi. O dedi ki, Milli Strategiyanın məqsədi İKT-dən geniş istifadə etməklə ölkənin demokratik inkişafına kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir. Milli Strategiyanın əsas vəzifələrinə aşağıdakılar aiddir:

  • İnformasiya cəmiyyətinin hüquqi əsaslarının yaradılması və inkişaf etdirilməsi;
  • Cəmiyyətdə insan amilinin inkişaf etdirilməsi, vətəndaşların keyfiyyətli təhsil, tibbi xidmət və sosial təminatlar alması üçün əlverişli şəraitin yaradılması;
  • Ölkənin iqtisadi, sosial və intellektual potensialının möhkəmləndirilməsi, informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması, informasiya və bilik bazarının yaradılması və inkişaf etdirilməsi;
  • Ölkənin informasiya təhlükəsizlinin təmin olunması;
  • Ölkənin ümumdunya elektron informasiya məkanına inteqrasiyası;
  • Milli proqram vasitələrinin yaradılması, informasiya və kommunikasiya texnologiyaları məhsullarının istehsalının inkişaf etdirilməsi
  • Ölkənin "rəqəmsal geriliyinin" aradan götürülməsi.

"İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyanın hazırlanması və ilkin mərhələdə həyata keçirilməsi" layihəsinin Azərbaycan dili və əlifbasının informasiya məkanında istifadəsi istiqamətinin rəhbəri Vəfədar Misirov Azərbaycan dilinin informasiya məkanında istifadəsində (www.unicode.az) olan problemlərin həlli üçün görülmüş işlərdən danışdı. Onun sözlərinə görə, bu istiqamətdə mövcud problemləri aradan qaldırmaq üçün layihə çərçivəsində bir çox zəruri işlər görülmuşdür:

  • Azərbaycan əlifbasının yeni Unicode standartlarının Windows 9x versiyalarında istifadəsini təmin etmək üçün proqram təminatı;
  • İstifadəçilərin öz arzularına uyğun yeni klaviatura düzümünün yaradılmasını təmin etmək üçün proqram təminatı;
  • Rus əlifbasının düzümünə uyğun və s. köhnə Azərbaycan şriftlərində yığılmış mətnləri yeni Unicode standartlarına və əksinə çevirə bilən proqram təminatı (Çevirici proqram);
  • Tərtibat və dizaynda istifadə edilə biləcək və Unicode standartlarına uyğun yeni Azərbaycan şriftləri. Bu şriftlərin 4 dildə (İngilis, Azərbaycan, Rus və Türk) dəstəyi mövcuddur.

V.Misirov dedi ki, həmçinin, yaxın zamanlarda Azərbaycan dilinin xüsusiyyətlərini nəzərə almaqla yaradılmış yeni klaviatura düzümləri də internetdə yerləşdiriləcəkdir. Hər bir istifadəçi yuxarıda adı çəkilən proqram təminatını və yeni klaviatura düzümlərini öz kompyuterində işlədə bilər.

V.Misirov layihə çərçivəsində yaradılmış "Poliqlot" (www.polyglot.az) elektron lüğətlər sistemi haqqında da tədbir iştirakçıları məlumatlandırdı. O qeyd etdi ki, bu sistemə bir neçə lüğət daxil edilmişdir.

  • Bunlar Azərbaycan-İngilis, İngilis-Azərbaycan, Rus-Azərbaycan, İngilis-Rus lüğətləridir.
  • Sistemə daxil edilən "Məktəbli lüğətləri" vasitəsilə İngilis, Fransız dillərindən Azərbaycan dilinə məktəb proqramı çərçivəsində tərcümələr etmək olar. Ümumiyyətlə, "Poliqlot" Elektron lüğətlər sisteminə 200 mindən çox söz və ifadə daxil edilmişdir.

"Poliqlot" elektron lüğətlər sisteminə xarici dillərin öyrənilməsini asanlaşdırmaq üçün xüsusi öyrədici oyun proqramları da daxil edilmişdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndəsi Tariyel Bədəlov www.mekteb.edu.az layihəsinin təqdimatını keçirdi. O qeyd etdi ki, bu resursun yaradılmasında əsas məqsəd ölkədə ümumtəhsil məktəbləri haqqında məlumatları texnologiyalar vasitəsilə yaymaqdır. Azərbaycanın orta məktəblərinin elektron kataloqu sayıla biləcək “Mənim Məktəbim” internet-səhifəsi özündə aşağıdakı məlumatları cəmləşdirir:

  • Məktəb haqqında (onlayn xəbərlər, statistika, fotoalbom, ən yaxşı şagirdlər və s.)
  • Məktəbliyə kömək (məktəbdənkənar tədris materialları, olimpiadaların, müsabiqələrin, sərgi və idman yarışlarının anonsları və s. )
  • Ali məktəblər haqqında məlumat

Bu internet-səhifənin bazasında həmçinin Azərbaycanın bütün məktəblərinin veb-səhifələrinin yaradılması planlaşdırılır. Müsabiqə yolu ilə ən yaxşı veb-səhifə seçilərək mükafatlandırılacaqdır. Məktəblərin veb-səhifə yaratmaq istiqamətində işini asanlaşdırmaq üçün şablon formalardan istifadə olunacaqdır.

T.Bədəlov qeyd etdi ki, "Mənim məktəbim" internet-resursu öz övladları üçün tədrisi daha effektiv olan məktəb seçimini etməyə bütün valideynlərə imkan verəcəkdir.

Tələbə Qəbulu Dövlət Komissiyasında fəaliyyət göstərən hazırlıq kursunun rəhbəri Teymur Mustafayev onlayn təhsilin Azərbaycanda tətbiqi istiqamətində həyata keçirilən layihə haqqında məlumat verdi. "Onlayn hazırlıq kursları" (www.elachi.edu.az) adlanan bu layihə bütün dünyada geniş təşəkkül tapmaqda olan distans-təhsilin təbliğinə yönəldilmişdir. T.Mustafayev qeyd etmişdir ki, onlayn hazırlıq kursları nəinki abituriyentlərin, həmçinin bu və ya digər fənn üzrə savadını artırmaq istəyən hər bir şəxsin marağına səbəb olacaqdır. Onlayn kursları çərçivəsində internet vasitəsilə istifadəçi və müəllim arasında ikitərəfli əlaqə yaradılacaqdır. İnternet vasitəsilə müəllimlə əlaqənin yaradılması kurslar çərçivəsində zəruri sual-cavab prosesinə, aralıq testləşmənin həyata keçirilməsinə imkan veriləcəkdir. Veb-səhifə üç bölmədən ibarətdir: "şagird", "abituriyent" və "karyera".

T.Mustafayev demişdir ki, internet-səhifəsində həmçinin peşə seçimi ilə bağlı geniş materiallar da dərc olunacaqdır. Bu materiallara peşə seçimi ilə bağlı analitik yazılar, ekspert rəyləri, psixoloji testləri də aid etmək olar.

Tədbirin sonunda milli koordinator M.Abbaszadə jurnalistlər üçün mətbuat konfransı da keçirdi. Konfransda jurnalistlərin çoxsaylı suallarını cavablandıran M.Abbaszadə 2003-cü ilin dekabrında Cenevrədə keçiriləcək İnformasiya cəmiyyətinə keçid Ümumdunya sammiti haqqında geniş məlumat verdi. O qeyd etdi ki, Azərbaycan rəsmi olaraq sammitə hazırlıq çərçivəsində Avropa və Asiya konfranslarında iştirak etmişdir. Hal-hazırda hökumət səviyyəsində sammitə geniş hazırlıq gedir.

Mətbuat konfransında M.Abbaszadə, həmçinin, Milli Strategiya əsasında sahəvi tədbirlər planını hazırlanması istiqamətində görüləcək işlər, ekspertlər qruplarının fəaliyyəti, İKT sahəsində özəl sektorun inkişafı və s. işlər haqqında KİV nümayəndələrini məlumatlandırdı.



webmaster@osi-az.org