Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ABOUT US
   Founder
   Open Society
   Figures
   Network
   Partners
  DEPARTMENTS
   Education
   Civil Society
   Information
  GRANTS
  INFO SESSION
  NEWS BOARD
  FAQ
  CONTACTS

back to news board

"AVROPA BİRLİYİ AZƏRBAYCANA SANKSİYA TƏTBİQ EDƏ BİLMƏZ"

Ayna, 20 Sentyabr 2006

Mahmud Məmmədquliyevin fikrincə, hərbi xərcləri artırmaq ölkənin suveren hüququdur

C.MƏZAHİROĞLU

Bu ilin sonunda Cenevrədə Azərbaycan və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) arasında danışıqların növbəti raundu keçiriləcək. Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bəyan edib. Görüşdən əvvəl isə Azərbaycanla Türkiyə, həmçinin Avropa Birliyi arasında danışıqların aparılması nəzərdə tutulub: "Üzv dövlətlər bizdən tələb edirlər ki, qanunlarımızı beynəlxalq standartlara, xüsusilə də ÜTT standartlarına uyğunlaşdıraq. Azərbaycan hökuməti onsuz da iqtisadi inkişafı təmin etmək üçün iqtisadi sahədə qanunvericiliyin təkmilləşdirilməsində maraqlıdır. Artıq bu istiqamətdə tədbirlər planı hazırlanıb".

M.Məmmədquliyev bildirib ki, Avropa Birliyi hərbi xərcləri artırmasını əsas gətirərək Azərbaycana heç bir sanksiya tətbiq edə bilməz (APA). XİN rəsmisi bildirib ki, Azərbaycan suveren ölkədir və öz suveren hüquqlarından istifadə edir.

"Azərbaycan hərbi xərcləri artırmaqla heç bir beynəlxalq sazişlərə və sənədlərə zidd çıxmır. Hökumət Azərbaycanda hərbi xərclərin artımı ilə bağlı Avropa Birliyinin əks-reaksiyasını əsassız sayır" deyən M.Məmmədquliyevin sözlərinə görə, Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə, nəinki hərbi xərclər, digər sahələrə yönəldilən vəsaitlər də artırılır: "Azərbaycan bir dövlət olaraq öz müdafiəsi barədə fikirləşir və hərbi imkanlarını artırır. Bu sırada həm də hərbi qulluqçuların məvacibləri artırılır, sosial problemləri həll olunur ki, bu da təbii prosesdir".

M.Məmmədquliyev Azərbaycan və Avropa Birliyi arasında Fəaliyyət Planının oktyabrın əvvəlində imzalanacağını bildirib. Bununla bağlı Avropa Birliyinin nümayəndə heyətinin oktyabrın ilk günlərində Azərbaycana səfəri gözlənilir. XİN rəsmisinin sözlərinə görə, sentyabrın 20-də Bakıya gələcək Finlandiyanın Azərbaycandakı səfiri ilə də bu məsələnin müzakirəsi nəzərdə tutulur. M.Məmmədquliyev TASİS proqramı başa çatandan sonra "Yeni qonşuluq siyasəti" proqramı çərçivəsində bir sıra yeni layihələrin həyata keçiriləcəyini vurğulayıb.

Eyni zamanda, M.Məmmədquliyev Avropa Birliyi ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair sazişin Fəaliyyət Planı təsdiqləndikdən sonra imzalanacağını vurğulayıb. "Hazırda bu haqda memorandum tərəflər arasında müzakirə olunur. Qeyd edim ki, bu məsələ sonuncu dəfə avqustun sonunda Brüsseldə müzakirə edilib", - deyə o qeyd edib. Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi isə Avropa Birliyi tərəfindən maliyyələşdirilən və Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bütün layihələrin monitorinqini aparmaq niyyətindədir. Dünən "Vətəndaş cəmiyyətinin Avropa Qonşuluq Siyasətində iştirakı" mövzusunda keçirilən "dəyirmi masa"da komitənin sədri İlqar Məmmədov qurumun fəaliyyət göstərdiyi 6 ay müddətində gördüyü işlər haqqında danışıb. O, cəmiyyətin bütün mərhələlərdə Avropaya inteqrasiya prinsipini əsas götürməsini və hökumətin bu prosesdə yaxından iştirak etməsini vacib sayıb.

Komitənin üzvü İradə Bağırova qurumun fəaliyyət planının hazırlandığını və bunun 5 il müddətində həyata keçirilməsinin nəzərdə tutulduğunu açıqlayıb. Fəaliyyət Planı haqqında komitə üzvü Samir İsayev məlumat verib. Onun sözlərinə görə, hökumət komitənin irəli sürdüyü 4 təklifdən ikisini qəbul edib. Avropa Birliyi tərəfindən maliyyələşdirilən və hökumət tərəfindən həyata keçirilən bütün layihələrin monitorinqinin aparılacağını bildirən S.İsayev ictimaiyyətin də bu prosesə cəlb olunmasına çalışacaqlarını söyləyib.

Toplantıda iştirak edən AXCP sədri Əli Kərimli Azərbaycanın Avropaya inteqrasiyası üçün mümkün addımların atılmasının tərəfdarı olduğunu deyib: "Yeni Qonşuluq Siyasəti ilə Avropa Birliyi Azərbaycanda baş verənlərə müdaxilə üçün hüquqi mexanizmlər əldə edəcək, bizim cəmiyyət üçün isə daha böyük imkanlar açılacaq".

ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu iştirakçıların diqqətini Avropa Birliyi daxil olmaqla Azərbaycanın ala biləcəyi zərbələrə yönəldib: "Çünki bu prosesdə biz mütləq assimilyasiya ilə üzləşəcəyik. İndiyə kimi Azərbaycanda olan vətəndaş cəmiyyəti qurumlarının fəaliyyəti heç bir dəyişikliyə gətirib çıxarmayıb. Ona görə də biz bunu qəbul etməliyik ki, Azərbaycanın Avropa Birliyi üçün daha böyük əhəmiyyəti var, nəinki Avropa Birliyinin Azərbaycan üçün".

Müsavat başqanı İsa Qəmbər isə Avropaya inteqrasiya məsələsində ciddi maarifçiliyə ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu məsələdə maraqların üst-üstə düşəcəyi halda siyasi partiyalar, mətbuat və QHT-lər arasında koordinasiya yaradılmalıdır. Tədbirdə komitənin üzvləri - politoloqlar Rasim Musabəyov, Leyla Əliyeva, Eldar Namazov və digərləri də öz mövqelərini bildiriblər.



webmaster@osi-az.org