Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ABOUT US
   Founder
   Open Society
   Figures
   Network
   Partners
  DEPARTMENTS
   Education
   Civil Society
   Information
  GRANTS
  INFO SESSION
  NEWS BOARD
  FAQ
  CONTACTS

back to news board

Mətbuatla yaxşı işləyən dövlət qurumu hansıdır?

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Zərdabi Mətbuat Mərkəzi "Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyət: problemlər və həlli yolları" mövzusunda mətbuat konfransı keçirib. Mərkəzin rəhbəri İbrahim Məmmədli bildirib ki, təşkilat yeni yaranmasına baxmayaraq, ölkə jurnalistlərinin problemlərinin həlli istiqamətində bir sıra işlər görüb. Onun sözlərinə görə, hazırda jurnalistlərin əsas problemlərdən biri də ilk mənbədən informasiya almaqdır. İbrahim Məmmədov bildirib ki, mövzu ilə bağlı avqust ayında KİV əməkdaşları arasında sorğu keçirilib. Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu tərəfindən maliyyələşdirilən layihənin nəticələri barədə məlumat verən İ.Məmmədov informasiyanın əldə edilməsində qəzetlərin geri qaldığını deyib: "Bu gün qəzetlər əsasən xəbər agentliklərinin məlumatlarına üstünlük verirlər. Hazırda xəbərlərindən ən çox istifadə edilən qurum APA İnformasiya Agentliyidir. Sonrakı yerləri isə "Turan" və "Olaylar" tutur". İ.Məmmədov sorğu nəticəsində mətbuat vasitələri ilə ən yaxşı münasibətdə olan və olmayan qurumların da adını açıqlayıb: "Respondentlərin fikrincə, informasiya əldə etmək üçün birinci üç yer Xarici İşlər Nazirliyinə, Mərkəzi Seçki Komissiyasına, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə məxsusdur. Ən pis vəziyyət isə Müdafiə Sənayesi Nazirliyi, AZAL Dövlət Konserni və "Azərkimya" Dövlət Şirkətindədir. Respondentlər bu qurumları mətbuatdan və informasiya verməkdən yayınan təşkilatlar adlandırıblar. Siyasi partiyalardan Ümid, Demokratik İslahatlar, Yeni Azərbaycan partiyaları və AXCP sorğuda iştirak edənlərin rəğbətini qazanıb. Məmurlardan isə ilk iki yeri təhsil naziri Misir Mərdanov və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə tutublar. Sorğuda iştirak edənlərin 39 faizi həm də hesab edib ki, ilkin mənbədən informasiyanı əldə etmək mümkündür". İ.Məmmədov bu səpki li sorğuların mütəmadi keçiriləcəyini qeyd edib.









webmaster@osi-az.org