Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ABOUT US
   Founder
   Open Society
   Figures
   Network
   Partners
  DEPARTMENTS
   Education
   Civil Society
   Information
  GRANTS
  INFO SESSION
  NEWS BOARD
  FAQ
  CONTACTS

back to news board

Mədən sənayesinə vətəndaş nəzarəti diqqət mərkəzində

525ci, Sentyabr 21, 2007

Bu gün Vətəndaş Nəzarəti Şəbəkəsi "Crescent Beac " mehmanxanasında "Mədən sənayesinin təsirləri üzərində vətəndaş nəzarətinin təşkili" mövzusunda konfrans keçirir. Konfrans mədən sənayesi təsirləri ilə bağlı hökumət qurumları, neft şirkətləri və vətəndaş cəmiyyətinin əməkdaşlıq səyləri və bu sahədə olan təcrübələrə həsr edilib. Burada 12 xarici ölkəni təmsil edən ekspertlər, səfirlik və beynəlxalq maliyyə institutlarının nümayəndələri, o cümlədən mədən sənayesində fəaliyyət göstərən ARDNŞ, BP, Statoyl, Gürcüstanın Neft və Qaz Korporasiyası iştrak edirlər. Adıçəkilən konfransda məruzə ilə xaricdə vətəndaş nəzarəti sahəsində uğurlar əldə edən qurumların nümayəndələri çıxış edəcəklər. Qeyd edək ki, bu konfrans Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun maliyyə dəstəyi ilə keçirilir. VNŞ 2004-2006-cı illərdə Bakı Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərlərinin Azərbaycan sektorunun monitorinq və auditi prosesində iştirak edən qeyri-hökumət təşkilatlarından təşkil olunub. Qeyd edək ki, Vətəndaş Nəzarəti Şəbəkəsinin əsas vəzifəsi bu QHT nümayəndələrinin əldə etdikləri bilik, bacarıq və təcrübəni vətəndaş cəmiyyətinin daha geniş təbəqələrinə təbliğ etmək yolu ilə vətəndaş cəmiyyəti strukturlarının imkanlarını genişləndirmək və hasilat sənayesinin təsirlərinə məruz qalan ərazilərdə vətəndaş nəzarəti mexanizmlərini yaratmaqdır.

Pərvanə FƏRHADQIZI









webmaster@osi-az.org