Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ABOUT US
   Founder
   Open Society
   Figures
   Network
   Partners
  DEPARTMENTS
   Education
   Civil Society
   Information
  GRANTS
  INFO SESSION
  NEWS BOARD
  FAQ
  CONTACTS

back to news board

Soros seçki layihələrini maliyyələşdirməyəcək

Rövşən Bağırov: "Açıq Cəmiyyət İnstitutunun 2008-ci ildəki strateji fəaliyyət planına bu məsələ daxil edilməyib"

İBRAHİM

Azərbaycan növbəti seçkiyə hazırlaşır. Partiyalar, ictimai-siyasi qurumlar seçkilərdə demokratiyanın təmin edilməsi qayğılarından söz açırlar. Qeyd edək ki, indiyə qədər ölkəmizdə keçirilən seçkilər həm də beynəlxalq qurumların, müəyyən proqramları, layihələri həyata keçirən donor təşkilatların diqqətində dayanıb. Bu təşkilatlar seçkinin demokratikliyi naminə maliyyə vəsaitləri ayırıblar. Ancaq hər dəfə cəlb olunan vəsaitlər, xərclənən pullar havayı gedir - demokratiya sahəsində zərrə qədər irəliləyiş baş vermir. Bu durum həmin qurumların Azərbaycanın demokratikləşməsinə olan ümidlərini sarsıdıb.

Misal üçün, Açıq Cəmiyyət İnstitutu - Soros Fondunun 2008-ci il seçki prosesi ilə bağlı layihələrə qrant ayırmadığı məlumatı var. Fondun Azərbaycandakı ofisinin mətbuat xidmətinin rəhbəri Rövşən Bağırov bizimlə söhbətdə bu xəbəri təsdiqlədi. O, bildirdi ki, Soros Fondu gələn il keçirilməsi planlaşdırılan prezident seçkilərinə hər hansı qrant ayırmayıb. Onun sözlərinə görə, bunu normal qiymətləndirmək lazımdır. Çünki Açıq Cəmiyyət İnstitutunun 2008-ci ildəki strateji fəaliyyət planına bu məsələ daxil edilməyib. İndiyə qədər Azərbaycanda keçirilən seçkilərin monitorinqinin aparılması üçün fondun müəyyən qrant layihələri həyata keçirdiyini xatırladan Rövşən Bağırov əlavə etdi ki, hazırda Açıq Cəmiyyət İnstitutu daha çox insan haqlarıyla bağlı məsələlərə üstünlük verir: "İndi bir çox donor təşkilatlar, o cümlədən ATƏT, Avropa Şurası seçkilərin monitorinqinə diqqət ayırır. Biz isə fondun büdcə səmərəliyi nöqteyi-nəzərindən bu dəfəki seçkilərin monitorinqinə diqqət yetirməmişik. Daha doğrusu, bu məsələdə digər donor təşkilatlarını təkrarlamaq niyyətində deyilik".

Açıq Cəmiyyət İnstitutunun nümayəndəsi bütövlükdə təmsil etdiyi təşkilatın seçki prosesinə biganə münasibət göstərməsi fikirlərini rədd edir: "Həm seçki ərəfəsində, həm də seçkilərdən sonra insan hüquqları pozulur. Biz bu istiqamətdə olan problemə daha çox üstünlük veririk. Bununla bağlı müəyyən qrant layihələri olacaq. Layihələr müsabiqə əsasında qəbul ediləcək".

Rövşən Bağırov vurğuladı ki, indiyə qədər fond seçki monitorinqi ilə bağlı müəyyən addımlar atsa da, bu, özünü doğrultmayıb: "Ona görə də bu seçkidən bir qədər kənarda durmuşuq". Bununla belə təşkilatın nümayəndəsi prezident seçkisi istisna olmaqla, gələcəkdə keçiriləcək digər seçkilərin monitorinqinin onlar tərəfindən aparılıb-aparılmayacağına dair bir söz demədi: "Hər il üçün bizim strategiyamız planlaşdırılır. Bu səbəbdən də mən gələcək seçkilərlə bağlı bir söz deyə bilmərəm".

Yeri gəlmişkən, bu təşkilatın 2008-ci il seçkiləri ilə bağlı layihələrə qrant ayırmaması ekspertlər tərəfindən maraqla qarşılanıb. Bəzi ekspertlər hesab edirlər ki, iki il öncə, prezident İlham Əliyev xaricdə səfərdə olarkən Açıq Cəmiyyət İnstitutunun rəhbəri Corc Sorosla görüşüb və fondun Azərbaycandakı fəaliyyəti ilə bağlı tərəflər razılıq əldə ediblər. Digər fikrin daşıyıcılarının fikrincə, hakimiyyətin beynəlxalq aləmdə tutduğu mövqe hazırda heç də ürəkaçan deyil və bu səbəbdən də fond ölkədəki seçkilərə xüsusi diqqət ayırmamaqla bitərəf qalmaq istəyir.

Politoloq Hikmət Hacızadə deyir ki, əslində Acıq Cəmiyyət İnstitutu Azərbaycanda ehtiyatlı fəaliyyət göstərir. Bu, hökumətin verə biləcəyi qərarlarla bağlıdır: "Bildiyiniz kimi, Belarus, Türkmənistan, Özbəkistan kimi ölkələr Soros Fondunu öz ərazilərindən çıxardılar. Məncə, bu qurumun seçki məsələsinə xüsusi diqqət yetirməməsinin bir səbəbi budur. Digər səbəb o ola bilər ki, təşkilat ölkəmizdə diktaturanın qurulduğunu görür. Yəni hiss edirlər ki, artıq Azərbaycanda seçki yoxdur. Əgər seçki yoxdursa, nəyin monitorinq, keçirilməlidir? Mən biləni bu fikirlər də səslənir ki, onsuz da pul xərcləməyin əhəmiyyəti yoxdur".

Hikmət Hacızadə seçkidə monitorinqin aparılmasını vacib sayır: "Əslində mübarizə indi başlayıb. Hər hansı bir işin bu gün nəticəsi yoxdursa, sabah olacaq. Yəni sosial kapital gələcək üçün toplanmalıdır. Hesab edirəm ki, donor təşkilatların seçki məsələsinə diqqət ayırması daha yaxşı olardı".









webmaster@osi-az.org