|
Avropa inteqrasiyası proqramı çərçivəsində qrant müsabiqəsinin nəticələrinə dair
Məlum olduğu kimi, ACİ-YF Avropa inteqrasiyası proqramı çərçivəsində qrant müsabiqəsinin keçirilməsi məqsədəuyğun hesab etmişdir. Müsabiqəyə 25 ərizə təqdim edilmişdir. Layihələrin qiymətləndirilməsi və qərar qəbul etmə prosesi mütləq olaraq ACİ-YF iş prinsiplərinə və qərar qəbul etmə meyarlarına uyğun aparılmışdır.
Məzmun baxımından təqdim olmuş layihələr təhsil sistemi, məşğulluq siyasəti, Azərbaycanda gənclər siyasəti və Avropaya inteqrasiya, Avropa Birliyi ölkələri ilə viza rejiminin araşdırılması, AQS FP-nın gerçəkləşməsi göstəricilərin işlənməsi və digər məsələləri əhatə etmişdirlər.
Ekspert komissiyasının dəyərləndirilməsi və fondun idarə heyətinin son təsdiqi nəticəsində 8 layihə məqbul qiymətləndirilmiş və bir sıra son büdcə və məzmun dəqiqləşmələr aparılmaq şərti ilə maliyyələşdirilməsi mümkün hesab edilmişdir.
Gözlənilir ki, müsabiqədə qalib gələn layihələrin icrası zamanı əldə ediləcək məlumat və araşdırmalar ümumi proqramın inkişafına yardım göstərəcəklər.
Qalib gələn layihələrin siyahısı:
| # | Təşkilatın adı | Layihənin müəllifinin adı | Layihənin adı | Qeyd |
I. Avropaya inteqrasiya prosesində Azərbaycan üçün yaranan problemlər və perspektivlərinin
araşdırılması və onların radio verilişləri və çap KİV-də müzakirəsi
| 1 | XXI Əsr Təhsil Mərkəzi | Vurğun Əyyub | Avropa Dəyərləri və Standartları Azərbaycan Təhsil Sistemində. Uğurlar, Problemlər, Təkliflər | Təhsil Sistemi |
| 2 | Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası | Sahib Məmmədov | Sosial Siyasət Sahəsində Avropa Standartları: Avropaya İnteqrasiya edən Azərbaycan Məşğulluq Siyasəti | Məşğulluq Siyasəti |
| 3 | Nəcəf Nəcəfov Fondu | Rəhman Bədəlov | Üzü Avropaya: Keçdiyimiz Yolun Dəyərləndirilməsi | Keçmiş yolların dəyərləndirilməsi |
| 4 | Təşkilatın adı | Elşən Rəhimov | Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası: Problemlər və Perspektivlər | Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası |
II. Avropa Birliyi ölkələri ilə viza rejiminin araşdırılması, bu haqda əhalinin maraqlı olan təbəqələrinin maarifləndirilməsi, Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə səfərlərinin asanlaşdırılması üçün mümkün təkliflərin hazırlanması və onların müdafiəsi tədbirlərin keçirilməsi
| 5 | Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi İB | Əsabəli Mustafayev | Avropa Birliyi Ölkələrinə Səfərlərin Asanlaşdırılmasına Yönəlmiş Təkliflərin Hazırlanmağı və Onların Müdafiəsi | Avropa Birliyi ölkələri ilə viza rejiminin araşdırılması |
| 6 | Sosial İqtisadi Tədqiqatlar Mərkəzi İB | Rüfət Efendiyev | Azərbaycan və AB Ölkələri Arasında Viza Rejimi: Araşdırma, Əhalini Maarifləndirmə, Onun Asanlaşdırılmasına dair Təkliflərin Hazırlanması | Avropa Birliyi ölkələri ilə viza rejiminin araşdırılması |
| 7 | "Hüquq Dünyası" Hüquqi Təbliğat İB | Nazir Quliyev | Avropa Birliyi Ölkələri ilə Viza Rejiminin Araşdırılması və Viza Rejimi ilə bağlı Maarifləndirmə İşinin Aparılması | Avropa Birliyi ölkələri ilə viza rejiminin araşdırılması |
III. Azərbaycan hökumətinə Avropa Qonşuluğu Siyasətinin (AQS) tətbiqində yardım məqsədilə AQS Fəaliyyət Planının gerçəkləşməsi göstəricilərin işlənməsi (müsabiqə iştirakçısının ixtisasına uyğun seçilmiş istiqamətlər üzrə) və ictimaiyyətə təqdim edilməsi
| 8 | "Ekoleks" Ekoloji Hüquq Mərkəzi İB | Sevil İsayeva | Dayanıqlı İnkişaf və Ətraf Mühitin Mühafizəsi Sahəsində Avropa Qonşuluq Siyasətinin Həyata Keçirilməsinə Dəstək | AQS FP-nın gerçəkləşməsi göstəricilərin işlənməsi |
|