Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin

xəbərlər toplusu

PRESS RELİZ

"KAŞI LÖVHƏLƏR, İSTIQAMƏT: BÜTÜN DÜNYA" LAYIHƏSININ TƏQDIMATI

Bakı, 11 fevral, 2005-ci il

Fevralın 14, saat 15:00 da Dövlət Rəssamlıq Akademiyasında (Moskva prospeki, 58) "Kaşı Lövhələr, İstiqamət: Bütün Dünya" adlı layihəsinin təqdimatı keçiriləcəkdir.

ABŞ-ın Boston şəhərində fəaliyyət göstərən "Transcultural Exchange" (Fövqalmədəni Mübadilə) adlı mədəni təşkilatının təşəbbüsü ilə bu layihədə 40-dan artıq ölkədən 100 yaxın təsviri sənət ustası iştirak etmişdir. Ləyihənin məzmunu hər iştirak edən rəssam tərəfindən 22 nüsxədə yaradılmış ( müxtəlif matermaldan,lakin eyni ölçüdə) kaşılar dünyanın 19 ölkəsində yerləşən məntəqələrdə yığılıb sərbəst formada quraşdırılmasıdır.

2006 ildə bu layihə UNESCO-nun Parisdəki qərargahında nümaiş etdiriləcəkir, başqa məntəqələr içində isə Vaşinqtonda Sülh Parkı, Seulda Sülh muzeyi, Sarayevoda Rəssamlıq Akademiyası, Berlində Müasir İncəsənət Mərkəzinin barı, İstanbulda Artemis İncəsənət Mərkəzini misal gətirmək olar. Həmin 22 məntəqə içərisində Bakıdakı Dövlət Rəssamlıq Akademiyasının həyəti də vardır. Burada xüsusi bir "divar-obelisk" obyekti quraşdırılmışdır və dünyanın hər yerindən göndərilmiş kaşılar onun üzərinə vurulmuşdur. "Divarın" bir üzü dünyanın müxtəlifliyi, təzadlılığıqının rəmzidirsə, o biri üzündə bir sıraya düzülən lövhələr sanki müvazinlik, dözümlülük, daxili ahəngdarlığın təzahürünü nümaiş etdirir. Sənət "obyekti"nin tərtibatında Bakıdakı "Venetsiya" salonu tərəfindən pulsuz təqdim olunan məşhur italyan Bisazza mozaikasından da istifadə edilmişdir.

Layihənin Azərbaycanda həyata keçirilməsində Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun, "ARTS etc ..." Müasir İncəsənət Mərkəzinin və "Zamanın Qanadları" yaradıcı birliyinin dəstəyi olmuşdur. Layihənin şərtlərinə görə, hər bir sənət obyektinin ictimai təqdimatı zamanı başqa ölkədən olan bir layihə üzvü iştirak etməlidir. Belə ki, keçən ilin avqustunda Finlandiyanın Hameenlinna şəhərindəkı açılışda azərbaycanlı rəssam Çinigiz Babayev iştirak etmişdir, indi isə Bakıdakı mərasimdə iştirak etmək üçün Amerikalı rəssam, layihənin koordinatorlarından biri xanım Kerolayn Anderson Azərbaycana gələcək.


Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu (ACİ-YF)/Azərbaycan məşhur sərmayəçi və xeyriyyəçi Corc Soros tərəfindən 50-dən çox ölkədə yaradılmış Açıq Cəmiyyət Fondu Şəbəkəsinin bir filialıdır. ACİ-YF-nin əsas məqsədi qapalı cəmiyyətin daha açıq cəmiyyətə keçməsinə yardım göstərməkdən ibarətdir. Onun 1996-cı ildə ölkədə yaradılmasından bəri həmin Fond təhsil islahatları, kommunikasiya texnologiyaları, insan haqları və hüquq normaları, kütləvi informasiya vasitələri, səhiyyə, cender bərabərliyi, incəsənət və mədəniyyət sahəsində vətəndaş təşəbbüslərinin dəstəklənməsi məqsədilə qrantlar ayırmaqla və həm də əməli fəaliyyət göstərmək yolu ilə üçüncü sektorun inkişafına yardım göstərmişdir. Ölkə inkişafının yeni problemlərinə cavab olaraq, ACİ-YF son illər əsas diqqəti vətəndaş cəmiyyətinin demokratikləşmə prosesində, normal idarəçilikdə və milli ehtiyatların şəffaflığının təmin edilməsində iştirakı üzərində cəmləşdirmişdir.



webmaster@osi-az.org