Nəşriyyat Proqramı 2000-2003
Proqram Koordinatoru: Yeganə Məmmədova
Nəşriyyat Proqramı "Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu Azərbaycan" təşkilatında 1997-ci ildən bəri mövcuddur. Bu müddət ərzində nəşriyyat proqramının əsas istiqamətləri milli dildə çap məhsullarının nəşrinə dəstək və müxtəlif mövzular üzrə tədbirlərin keçirilməsidir. Azərbaycan dilində ədəbiyyatın nəşrinə yönəldilmiş qrant fəaliyyətinə vurğu ilə bu istiqamətdə təcrübə ölkədə nəşriyyat sektorun vəziyyətinin yaxşılaşdırılması üzrə gözlənilən nəticələr gətirmədir. Belə yanaşmanın yeganə üstünlüyü milli dildə kağız məhsulun sayını artırmaqdır, lakin bu nəşriyyat sektorunda təşkilatçılıq və fəallığ səviyyəsinin yüksəlməsinə təsir göstərmədir.
Hal-hazırda, ölkənini nəşriyyat sahəsində mövcud olan problemlər arasında aşağıdakıları qeyd etmək olar:
- Nəşriyyatda yaradacı yanaşmanın əvəzinə "sifariş ilə nəşr"in artıqlığı (Nəşriyyat evlərinin əsasən Tipoqrafiyalar kimi işləməsi)
- Nəşr edənlərin konservatizmi (yeniliklərdən qorxu, uğura və digər ölkələrin müvəffəqiyyətli təcrübəsini Azərbaycanda həyata keçirmək mümkünlüyünə inamsızlıq)
- Yayma Sektorunun çatışmazlığı/oxucu xidmətlərinin çatışmazlığı
- İSBN koduna/Müəlliflik hüququna məhəl qoymama
- Nəşriyyat Evlərinin əksəriyyətində kompyuterlərin və İnternetə qoşulmanın çatışmazlığı
- Kitab sərgilərində iştirak etmələrində qeyri-fəallıq
- Yerli nəşr edənlər arasında əməkdaşlığın çatışmazlığı/zəif beynəlxalq əlaqələr
- Nəşr edənlər üçün hər hansı Metodoloji və ya Məsləhətçi Xidmətinin olmaması
- Rusiya kitabları ilə rəqabət
- Latin şriftinə keçid (Kirillik şriftində nəşr olunmuş məlumatın böyük hissəsi indiki və gələcək nəsillər üçün itirilir)
Yuxarıda qeyd edilənləri və proqramın ehtiyatlarını nəzərə alaraq, ACİ-YF-nun Nəşriyyat Proqramı cari 2003-cü il üçün məcmu olaraq proqramın əsas prioritet istiqamətləri olacaq aşağıdakı məqsəd və vəzifələri ayırmışdır.
MƏQSƏDLƏR
- Azərbaycanda Nəşriyyat İşin təşkilinin mövcud səviyyəsini qaldırmaq
- Tərcümə Layihələrinə maddi dəstəyi artırmaq üçün nəşr edənləri həvəsləndirmək
ACİ-nun Ümimi İnformasiya Strategiyasını və milli tələblər və ehtiyatları nəzərə alaraq
VƏZİFƏLƏR
- Məlumatın toplanması
- Qarşılıqlı işin inkişafında qabaqcıl metodlardan istifadəsi sahəsində nəşr edənlərin, poliqrafçıların və kitab satıcıların təhsil və bilik səviyyəsini təkmilləşdirmək
- Yayma şəbəkəsinin inkişafı (ƏKS ƏLAQƏ: nəşr edən " oxucu/sifarişçi)
- TL-nin uzaldılması üçün əlavə birgə maliyyələşdirmənin cəlb olunması
Tərcümə Layihəsi
ACİ-YF-nun Nəşriyyat Proqramı ilə belə və ya başqa cür əməkdaşlıq edən və həmin layihənin müsabiqələrində iştirak etmiş nəşriyyat evləri arasında geniş surətdə tanınmış olan nəşriyyat proqramının əsas istiqamətlərindən biri – Tərcumə Layihəsi – haqqında qeyd etmək lazımdır. Tərcümə layihəsi cari ildə də öz fəaliyyətini davam etdirir.
Layihənin mahiyyətinə görə, Tərcümə layihəsinin çərçivəsində ildə azı bir dəfə ACİ-YF-nun Nəşriyyat Proqramı "Next Page" fondu (tərcümə üçün ədəbiyyat siyahılarını təqdim edən) ilə birlikdə tərcumə və xarici kitabların nəşri üçün müsabiqə elan edir. Müsabiqənin elan olunması və ərizə qəbulunun başlanması haqqında məlumat adətən yerli qəzetlərdə, ACİ-YF Azərbaycanın rəsmi səhifəsində və ACİ-YF Azərbaycan tərəfindən təmin olunan və ACİ-YF-nun ofisində məlumat cədvələrində göstərilən AzerWeb səhifədə yerləşdirilir. Müsabiqədə iştirak etmək üçün şərtləri adətən ACİ-YF-nun ofisində öyrənmək olar. Müsabiqədə iştirak etmək üçün əsas şərtlərdən biri ərizəni təqdim edən nəşriyyat evi tərəfindən birgə maliyyələşdirmədir. Həmin konkret müsabiqənin şərtlərindən asılı olaraq, ərizələr müstəsna olaraq yerli nəşriyyat evləri tərəfindən, və həmçinin yalnız onlar tərəfindən yox, bizim ölkəmizin ərazisində fəaliyyət göstərən digər təşkilatlardan da qəbul oluna bilər.
Beləliklə, 2003-cü ildə ACİ-YF-nun Nəşriyyat Proqramının fəaliyyəti Azərbaycanın nəşriyyat sektorunun adamlarının məlumatlandırma səviyyəsinin yüksəldilməsinə köməklik edən və həmçinin xüsusi beynəlxalq tədbirlərdə nəşr edənlərinin iştirakı üçün dəstək verən təlim, seminar, konfranslar kimi tədbirlərə vurğunun yüksədilməsinə yönəldilir. Fəal təlim fəaliyyəti, xarici mütəxəssislərin cəlb olunması ilə yanaşı, Nəşriyyat Proqramı əsasən xüsusi mövzu üzrə müsabiqə keçirmək vasitəsilə mümkün maddi-texniki dəstək təmin edəcək. Ədəbiyyatın nəşri üzrə layihələrə dəstək Nəşriyyat Proqramının fəaliyyət dairəsinə aid deyil, və Tərcümə Layihəsi ölkənin kitab fondunun genişləndirilməsinə yardım edən yeganə istiqamətdir. Bir sıra planlaşdırılmış tədbirlərin vasitəsilə ölkədə nəşriyyat sektorun vəziyyətinin səviyyəsi qaldırıldıqda, yerli nəşr edənlər üçün ölkə üçün kağız məhsulunu müstəqil nəşr etmək üçün zəruri şəraiti yaratmaq mümkün ola bilər, və beləliklə ölkənin latin şriftinə keçməsinə görə əmələ gəlmiş ən ciddi boşluqlardan biri aradan qaldırılacaqdır. Nəşriyyat sektorunda mövcud olan hazırki vəziyyətinin yaxşılaşdırılmasından ibarət olan belə yanaşma əvvəlki ilə müqayisədə daha məhsuldar və uzunmüddətli görünür.
Nəşriyyat sektorun vəziyyətinin yaxşılaşdırılmasına doğru əsas, gözə çarpan irəliləyiş, analoqları uzaq və yaxın xaricin müxtəlif şəhərlərində artıq xeyli il boyu mövcud olan "Kitab Klubu"nun Azərbaycanda yaradılması vasitəsilə cari ildə planlaşdırılır.
Nəşriyyat Proqramın əməkdaşlığının əsas prioritetlərinə gəldikdə, aşağıdakı məqamları qeyd etmək lazımdır: ACİ-YF-nun Nəşriyyat Proqramı müstəsna olaraq qeydiyyatdan keçmiş nəşriyyat evləri ilə işləyir; ACİ-YF-nun Nəşriyyat Proqramına nəzərdən keçirmə üçün təqdim olunan layihə ideyaları Proqramın prioritet istiqamətlərini də əks etdirməlidir; ACİ-YF-nun Nəşriyyat Proqramına təqdim olunan bahalı layihələrin əlavə birgə sponsorları olmalıdır; sonradan maliyyə cəhətdən özünü təmin edə biləcək uzunmüddətli layihələr yüksək qiymətləndirilir.
Mümkün əmələ gələn suallar və ideyalar hər ay iki dəfə keçirilən Nəşriyyat Proqramının İnformasiya İclaslarda müzakirə oluna bilər. İnformasiya İclasının tarixi və vaxtını aydınlaşdırmaq üçün ACİ-YF-nun qəbul otağına zəng etmək kifayətdir və təyin olunacaq vaxtda Əlaqələndiriciyə gəldiyi haqqında əlavə xəbər vermədən ACİ-YF-nun ofisinə gəlmək lazımdır.