Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin


Latest News  
Accessibility rating: Public Finance Information
National NGOs report of the 2004 BTC Pipeline (Azerbaijan section) monitoring program
OSI-AF announces completion of important phase of the BTC Pipeline Monitoring Project
Challenges of BTC pipeline monitoring
Article from ECHO
IFC Press Release
Workshop for Reporters on Covering Oil Wealth
General Press Release
Workshop for Reporters on Covering Oil Wealth
Press Release - Day 1
Workshop for Reporters on Covering Oil Wealth
Press Release - Day 2
Workshop for Reporters on Covering Oil Wealth
Press Release - Day 3

About  
About CRW
Concept
Strategy
About PWYP
EITI in Azerbaijan
   Coalition "On improving transparency in extractive industries"
BTC Pipeline Monitoring
   Memorandum of Understanding - OSI and BP [az] [en]
   List of selected monitors
   Minutes on selection processes
   BTC Monitoring Report
Book and Overview
Report Overview [eng]
Report Overview [aze]
Report Overview [rus]
Full Text of the Report
"Public Finance" magazine #1


International Launch  
Conferences  
The Hazards of Petroleum Wealth: A Workshop for Reporters
Baku, Azerbaijan
November 19-21, 2003
Caspian Oil Windfalls: WHO WILL BENEFIT?
Washington, USA
May 12, 2003
Caspian Oil Windfalls: WHO WILL BENEFIT?
Baku, Azerbaijan
May 29, 2003
Caspian Oil Windfalls: WHO WILL BENEFIT?
Almaty, Kazakhstan
June 2, 2003
"Can the Caspian Avoid the Oil Curse?"
London
June 11, 2003
"Caspian Oil: EU Interests and Concerns"
Brussels
June 13, 2003
Training for NGO
Baku, Azerbaijan
May 2003
Competition for Journalists
Baku, Azerbaijan
July 2002
Oil Funds
Baku, Azerbaijan
July 18 2002

Links  
Caspian Revenue Watch / NY
Extractive Industries Transparency Initiative (EITI)
Extractive Industries Transparency Initiative (EITI)
Public Policy Research Center / Kazakhstan
Iraq Revenue Watch
Kazakhstan Revenue Watch
Public Finance Monitoring Center
Azerbaijan Oil Industry
EBRD NGO dialogue


Ödədiklərini dərc et

  1. "Ödədiklərini dərc et" kampaniyası necə yaranıb?
  2. Xammal ehtiyatları ilə zəngin, amma iqtisadi cəhətdən yoxsul ölkələrdə şəffaflığın olmaması problemi hansı dərəcədə ciddidir?
  3. Hasiledici sektorun şirkətləri ödədiklərini dərc et çağırışına nə üçün diqqət yetirməlidir?
  4. Hansı ödəmələr və necə açıqlanmalıdır?
  5. Açıqlamaya necə nəzarət etmək olar?
  6. Hər bir şirkət üzrə məlumatın fərdi qaydada açıqlanması nə üçün zəruridir?
  7. Şirkətlər məlumatı nə üçün könüllü surətdə açıqlamırlar?
  8. Məlumatın açıqlanması səhmdarların maraqlarına cavab verəcəkdirmi?
  9. İctimai təşkilatlar "Ödədiklərini dərc et" kampaniyasına nə üçün qoşulmalıdırlar?

  1. "Ödədiklərini dərc et" kampaniyası necə yaranıb?

    Global Witness 1999-cu ilin dekabrında A Crude Awakening ("Oyanış") adı altında hesabat dərc edib. Bu hesabatda Anqoladakı 40 illik müharibə dövründə neft və bank sahələri tərəfindən dövlət vəsaitlərinin oğurlanmasına aşkarcasına dəstək verilməsinin üstü açılırdı. Aşkar olmuşdu ki, iri transmilli neft şirkətlərinin maliyyə məlumatını verməkdən imtina etməsi ölkənin hakim dairələrinin neft gəlirlərini talan etməsinə, mənimsəməsinə dəstək və rəvac verirdi. Hesabat Anqolada işləyən neft şirkətlərinə "ödədiklərini dərc et" kütləvi çağırışı ilə başa çatırdı. Amma aydın olmuşdu ki, hasiledici sahələrdə şəffaflığın mövcud olmaması digər xammal ehtiyatları ilə də zəngin olan, ancaq iqtisadi cəhətdən yoxsul olan ölkələr üçün mühüm problem təşkil edir. Buna görə də, CAFOD, Open Society Institute, Oxfam GB, Save the Children UK, Transparency International UK təşkilatları təbii ehtiyatlar sahəsindəki bütün şirkətləri fəaliyyət apardıqları hər bir ölkədə hökumətə ödədiklərini açıqlamağa çağıran beynəlxalq kampaniyaya başlamağı qərara aldılar.

    "Ödədiklərini dərc et" kampaniyasını 2002-ci ilin iyulunda Open Society Institute (Açıq Cəmiyyət İnstitutu) təşkilatının sədri Corc Soros başlayıb. İctimai təşkilatların-yaradıcıların kiçik koalisiyasına tezliklə Catholic Relief Services, Human Rights Watch, Partnership Africa Canada, Pax Christi Netherlands və Secours Catholique / CARITAS France kimi təşkilatlar, eləcə də inkişaf edən ölkələrdən getdikcə daha çox sayda qruplar qoşulmağa başladı. Kampaniya başladığı andan mühüm dərəcədə genişlənib və dünya miqyasında artmaqda davam edir.


  2. Xammal ehtiyatları ilə zəngin, amma iqtisadi cəhətdən yoxsul ölkələrdə şəffaflığın olmaması problemi hansı dərəcədə ciddidir?

    Neft, qaz və dağ-mədən sənayelərinə qoyulan xarici investisiyalar 50-dən çox inkişaf edən ölkənin hökuməti üçün mühüm gəlir mənbəyi təşkil edir. Bu ölkələrdə təqribən 3,5 milyard insan yaşayır, onların 1,5 milyardı gündə 2 ABŞ dollarından az gəlirlə yaşayır. Bundan başqa, dünyada mineral ehtiyatlardan olduqca asılı olan 25 dövlətdən on ikisi və dünyanın neftdən ən çox asılı altı dövləti Dünya Bankı tərəfindən insan inkişafı üzrə dünyada ən pis göstəricilərlə "ağır borclara malik ölkə" kimi sinifləşdirilib.

    Hasil edilən xammal ehtiyatlarından asılılıq nəzarətdən kənar dövlət institutlarına gətirib çıxarma meyllərinə malikdir. Bunların əksəriyyətində isə, həmin sektordan alınan gəlirlərin iri həcmlərini idarə etmək üçün yetərincə infrastruktur və səriştə yoxdur. "Qızıl xəzinəsi"nin bu cür iqtisadiyyatı ətrafında elə siyasi qurumlar əmələ gəlir ki, bütövlükdə onlar sosial inkişafa uzunmüddətli investisiyalar qoyuluşunu təmin edən sosial və mədəni dəyişiklikləri həyata keçirməyə qadir olmur, çünki xammal ehtiyatları ilə zəngin dövlətlər vergilərin aşağı stavkalarından istifadə edir, demokratik təzyiqləri zəiflədən qüvvələrə himayədarlıq göstərir və gəlirlərinin qeyri-anormal iri hissəsini daxili təhlükəsizliyə sərf edir. Neft və mineral ehtiyatlardan asılı olan dövlətlərdə vətəndaş müharibəsi və münaqişələrin törəməsi ehtimalı da yüksəkdir. Müqayisə olunan göstəricilərdən görünür ki, təbii ehtiyatların istismarından asılı olan dövlətlərdə vətəndaş münaqişəsinin ehtimalı təqribən dörddə bir dəfə yüksəkdir.

    Məsələn, Afrikada kontinentin ticarət dövriyyəsinin təqribən dörddə üç hissəsi təbii ehtiyatlar sektoru ilə bağlıdır. 2003-cü ilə qədər hər il Afrika neftinə qoyulan Amerika investisiyaları 10 milyard ABŞ dolları səviyyəsini ötüb keçəcəkdir. Bu isə, ABŞ-ın bu kontinentə qoyduğu illik bütün investisiyaların üçdə iki hissəsindən dörddə üç hissəsinə qədər olan məbləği təşkil edir. Əgər bu investisiyalardan alınan gəlirlər şəffaf və nəzarətli şəkildə idarə olunsaydı, onlar uğurlu artım və yoxsulluğun azaldılmasının təməlində dura bilərdi. Hal hazırda kontinentdə çıxarılan xammal sərvətinə baxmayaraq, 300 milyondan çox afrikalı gündə bir dollardan az məbləğə yaşayır, insan ömrü orta hesabla 48 il təşkil edir və azalmaqda davam edir, bütün uşaqların üçdə bir hissəsi qida çatışmazlığından əziyyət çəkir, uşaqların 48 faizi təhsil almaq imkanına malik deyildir. Böyük göllər bölgəsində son on illiyin qəddar münaqişələri ərzində beş milyon insan məhv olub. Bu münaqişələrin əksəriyyəti birbaşa və ya dolayı yolla xammal ehtiyatlarının hasilatı vasitəsilə maliyyələşdirilib. Bütün xırda odlu silahların beşdə bir hissəsi dünyanın ən yoxsul bölgələri olan Afrika və Cənubi Asiyada dolaşır, hər iki bölgədə nəzarətsiz gəlir axınlarının rəvac verdiyi silahlanmaya çəkilən xərclərin artması müşahidə olunur.

    Ödəmələrin şəffaflığı öz-özlüyündə yaxşı idarəetmənin əsaslı meyarını təşkil edir: ölçülməyən şeyi idarə etmək olmaz. Bu aspekt yoxsulluğun azaldılması üzrə milli strategiyaların Beynəlxalq İnkişaf Assosiasiyası və Beynəlxalq Valyuta Fondu tərəfindən aparılan təhlildə qeyd olunub. Burada nəticə çıxarılıb ki, ölkələr və beynəlxalq inkişaf tərəfdaşlıqları çərçivəsindəki açıqlıq və şəffaflıq yoxsulluğun azaldılması üzrə səylərin uğuru üçün fövqəladə əhəmiyyət kəsb edir.


  3. Hasiledici sektorun şirkətləri ödədiklərini dərc et çağırışına nə üçün diqqət yetirməlidirlər?

    Təbii ehtiyatlar ölkə vətəndaşlarının adından dövlət tərəfindən etimadlı idarə olunur. Bu vətəndaşlar onlara məxsus olan xammal ehtiyatları ilə bağlı gəlirlərin idarə edilməsi haqqında məlumatı almaq üçün dəqiq hüquqa malikdirlər. "Ödədiklərini dərc et" kampaniyası transmilli neft, qaz və dağ-mədən hasilatı şirkətlərini inkişaf edən ölkə hökumətinə ödədikləri xalis vəsaitlər haqqındakı baza məlumatı bəyannamədə göstərməyə çağırır. Həmin məlumatı onlar inkişaf edən ölkədə artıq müntəzəm surətdə bəyan edirlər. Dövlət müəssisələri də gəlirlərin və hökumətə ödədikləri vəsaitlərin maliyyə uçotunu aparmalıdır. Yekunda bu məlumat xammal ehtiyatları ilə zəngin, amma iqtisadi cəhətdən yoxsul ölkə vətəndaşlarına büdcəyə daxil olan vəsaitlərin idarə edilməsi haqqında hesabatı öz hökumətlərindən tələb etməkdə və beləliklə də, vəsaitlərin istifadəsi və bölüşdürülməsi məsələlərinin demokratik müzakirəsi üçün çalışmaqda yardım göstərər. Çox vaxt şirkətlər işlədikləri ölkədə korrupsiyanı və sosial şəraitin pisləşməsini törədənlər kimi qavranılır. Halbu ki, onlar dəyərli investisiyaları təmin edirlər və əgər bunlar məsuliyyətli və şəffaf idarə olunarsa həmin yoxsul ölkənin bütün vətəndaşlarının rifahına yönəlmiş artım və inkişaf mənbəyi ola bilər.


  4. Hansı ödəmələr və necə açıqlanmalıdır?

    Neft, qaz və dağ-mədən şirkətləri hökumətlərə bir sıra müxtəlif ödənişlər edir. Bunların arasında aşağıdakılar vardır:

    • hasil edilən məhsulun dəyərinin faizləri ilə ifadə olunan royaltilər;
    • kontraktlar imzalananda, sənaye yataqları aşkarlananda və ya hasilatın müəyyən səviyyəsinə çatdıqda verilən bonuslar;
    • istismara, geoloji-kəşfiyyat işlərinə çəkilən icazə verilmiş xərclər, faiz ödəmələri, aktivlərin amortizasiyası çıxıldıqdan sonra ödənilən korporativ gəlir vergisi;
    • digər vergilər, o cümlədən, dividendlərə görə mənbədən vergilər, aksiz yığımları, gömrük rüsumları, satışdan vergi, əlav dəyər vergisi, əmlak vergisi.

    "Ödədiklərini dərc et" kampaniyası belə ödəmələrin illik xalis məbləğinin bütün hasiledici şirkətlər (həm transmilli, həm də dövlət şirkətləri) tərəfindən fəaliyyət göstərdikləri hər bir ölkə üzrə açıqlanmasına çağırır.

    Bütün ölkələrdə ödənişlər haqqındakı məlumatın açıqlanması aşağıdakı kimi olmalıdır:

    • asan başa düşülən, dürüst və tam;
    • daxil olmuş vəsaitlər haqqında digər şirkətlərin göstəriciləri və hökumət məlumatları ilə asan müqayisə olunan;
    • vətəndaş cəmiyyəti üçün əlçatan;
    • yerli dildə verilməlidir;
    • yerli valyutada göstərilməlidir.

    Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü sayəsində işlənib hazırlanmış hesabatlılıq üzrə bu tövsiyələr şirkətlərin ödəmələri və hökumətin gəlirlərinin dərc edilməsi prinsiplərinin təməlində dura bilər.


  5. Açıqlamaya necə nəzarət etmək olar?

    Hökumət, sektor, vətəndaş cəmiyyəti və beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarət olan müstəqil nəzarət orqanı mümkün modellərdən biri ola bilər. O, ödəmələr və daxilolmalar haqqındakı məlumatın açıqlanması üzərində nəzarət funksiyasını icra edəcək. O, bütün yerli vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrində bu məlumatın geniş nəşrini və istifadəsini təmin edəcək. Bu orqan eləcə də, vətəndaşlar və digər uyğun maraqlı tərəflər ilə daxilolmalar və xərclər haqqındakı məsələlərin yerli səviyyədə müzakirəsinin əsasını təmin edəcək.

    Çad-Kamerun neft daxilolmalarına nəzarət Komitəsi (Chad-Cameroon Petroleum Revenue Oversight Committee) belə səpkidə faydalı nümunədir. O, hökumət, parlament, məhkəmə orqanları və vətəndaş cəmiyyətinin həmin layihədən alınan gəlirlərin xərclənməsinə nəzarət edən nümayəndələrindən ibarətdir. Komitə Çad parlamentinin qəbul etdiyi qanun əsasında təsis olunub. Komitənin yaradılması Dünya Bankının boru kəmərinə yardımının bir şərtidir. Bu isə o deməkdir ki, Dünya Bankı təbii ehtiyatlar sahəsi gəlirlərinin yoxsulluğun azaldılması və sosial inkişaf uğrunda edilən səylərin dəstəklənməsinə yönəldilməsinin təmin olunması məsələsində hökumət ilə birlikdə işləyən vətəndaş cəmiyyətinin mərkəzi rolunu etiraf edir.

    Boru kəmərinə nəzarət komitəsi haqqında əlavə məlumat üçün aşağıdakı ünvanlara baxa bilərsiniz:

    Şirkətlərin ödəmələri və hökumətin gəlirlərinin açıqlanması monitorinqində BVF də rol oynaya bilərdi. Büdcə şəffaflığının yaxşı təcrübəsinin BVF kodeksi də artıq büdcə şəffaflığının "qabaqcıl təcrübə" normasıdır və o, elə mühüm alətdir ki, BVF onun vasitəsilə büdcə siyasəti və institutları məsələləri üzərində öz nəzarətini həyata keçirir. Artıq 46 ölkə bu kodeksə uyğun olaraq könüllü surətdə hesabat verir.


  6. Hər bir şirkət üzrə məlumatın fərdi qaydada açıqlanması nə üçün zəruridir?

    Ölkə səviyyəsində hər bir şirkət üzrə məlumatın fərdi qaydada açıqlanması ona görə zəruridir ki, xammal ehtiyatları ilə zəngin, inkişaf edən ölkə vətəndaşları hər bir şirkətdən daxil olan vəsaitlər axınını izləyə və beləliklə də, hökumətin bu gəlirlərini nəzarət altında saxlaya bilsinlər. Bütün şirkətlərin ödəmələrinin ümumiləşdirilməsi fərdi daxilolma axınlarını gizlində saxlayacaq və yerli vətəndaşları "öz" təbii ehtiyatlarından alınan vəsaitləri haqqındakı məlumat hüququndan məhrum edəcəkdir. Ümumiləşdirmə məlumatın hökumət daxilolmaları ilə tutuşdurulmasını daha çətin və qeyri-dürüst edəcək, eləcə də, xammal ehtiyatlarından alınan gəlirlərdən hökumətin necə istifadə etməsinə nəzarət edən orqanlarda iştirak edən maraqlı tərəflər üçün monitorinqi əsassız mürəkkəbləşdirəcək.

    Bundan əlavə, məlumatın hər bir şirkət üzrə ayrıca açıqlanması sənaye cəhətdən inkişaf etmiş hər bir ölkədə qəbul olunmuş normadır. Buna görə də inkişaf edən ölkələrdə hər hansı qeyri-sərt normaların mövcudluğu bir çox hökumət və şirkətlərin bəyan etdiyi şəffaflıq fəlsəfəsinə zidd olacaqdır.

    Eləcə də, məlumatın hər bir şirkət üzrə ayrıca açıqlanması şirkətlərin də maraqlarına daha yaxşı cavab verəcək. Çünki onların ölkəyə verdiyi maliyyə töhfəsini aydın şəkildə nümayiş etdirəcək və bununla da fəaliyyət göstərmək üçün sosial hüquqlarını möhkəmləndirəcək və büdcə vəsaitlərinin sərfinə nəzarət olunması baxımından hökumətə böyük təzyiq göstərəcək.


  7. Şirkətlər məlumatı nə üçün könüllü surətdə açıqlamırlar?

    1. Şirkətin rəqabət üstünlükləri üçün təhlükə
      Könüllü şəffaflığa arxalanmaq problemlidir, çünki şirkətlər fəaliyyət lisenziyasının geri alınması və onun heç nəyə fərq qoymayan rəqibə verilməsi perspektivi ilə qarşılaşır. Eləcə də çox vaxt şirkətlər kontrakta daxil edilmiş məxfilik şərtlərinə görə məlumatı açıqlaya bilmir. Deməli, bərabər oyun qaydalarının yaradılması, şirkətlərin məsuliyyətli fəaliyyət üzrə böyük azadlığının olması və onların zəruri məlumatın dərc edilməsini qadağan edən kontrakt şərtlərindən yayınması üçün normativ-hüquqi tənzimləmənin mövcudluğu zəruridir.
      2001-ci ildə Anqolada BP şirkətinin "ödədiklərini dərc et"mək niyyəti haqqında bəyanatı Anqolanın Sonangol dövlət neft şirkəti tərəfindən kontraktın pozulacağı hədəsinə səbəb oldu. BP hökumətə ödədiyi vergi və royalti barəsində məlumatı hələ də açıqlamayıb, amma kontraktın imzalanmasına görə ödədiyi bonusu açıqlayıb.
      "Ödədiklərini dərc et" kampaniyası inkişaf edən ölkələrdə şirkətlərin işgüzar maraqlarını təhlükə altında qoymağa çalışmır. Sadəcə, koalisiya şirkətləri inkişaf etmiş ölkələrdə hökumətə ödədiyi vəsaitlər haqqında artıq müntəzəm açıqladığı baza məlumatını, eynilə burada da açıqlamağa çağırır. Bu, inkişaf edən ölkələrdə fəaliyyət göstərən şirkətlərin investisiyalarının iqtisadi inkişafa və yoxsulluğun azaldılmasına səmərəli yardım göstərməsini təmin edər.
    2. Ümumən alınmış ödəmələr haqqında natamam məlumat
      Şirkətin hökumətə ödədiyi bir və ya bir neçə xalis vəsaitin fərdi açıqlanması hökumətin aldığı daxilolmaların yalnız bir hissəsini əks etdirəcək və beləliklə də, hökumət üzərində nəzarət üçün dəqiq əsaslandırmanı təmin etməyəcək. Biz şirkətləri inkişaf etmiş ölkələrdə hökumətə ödədikləri vəsaitlər haqqında artıq müntəzəm açıqladığı baza məlumatını, eynilə buradada açıqlamağa çağırırıq. Şirkətlər ölkə hökuməti ilə bağladıqları lisenziyalı sazişlərdə çox vaxt ödəmələr haqqındakı məlumatın məxfilik şərtini imzalayır, amma belə şərtlər, bir qayda olaraq, normativ-hüquqi qaydada açıqlanmalı olan məlumata məxsus istisnaedici müddəalarla müşayiət olunur.
      Məxfilik şərtlərinə və kontrakt razılaşmalarının toxunulmazlığına ehtiram göstərilməlidir, amma onlar şirkətlər və hökumətlər tərəfindən büdcə xərcləri və gəlirləri haqqındakı məlumatın şəffaflığına qarşı maneə kimi istifadə olunmamalıdır. Şirkətlərin maliyyə şəffaflığına riayət etməyi öhdəsinə götürməsi məqsədilə onlara göstərilən təzyiqlər artdıqca, aydın olur ki, qeyri-ümumi şəkildəki məlumatın nəşrindən yayınmaq üçün, xüsusən də, milyonlarla insanın rifahı büdcə gəlirlərinin müvafiq idarə edilməsindən asılı olduğu zaman, kontrakt şərtləri arxasında gizlənmək artıq mümkün deyildir.

  8. Məlumatın açıqlanması səhmdarların maraqlarına cavab verəcəkdirmi?

    Bəli. Məlumat mövcud olmadıqda bazar səmərəli fəaliyyət göstərə bilməz. Daha doğrusu, bu, biznesin də marağındadır.

    1. Maliyyə haqqında daha çox məlumat
      Daha çox məlumat maliyyə bazarları, təhlilçilər və investisiya fondları üçün sərfəlidir. Şirkətin hökumətə ödədiyi vəsaitlər haqqındakı məlumat investisiya təhlilçilərinə aşağıdakılar üçün lazım ola bilər: ölkədə fəaliyyət göstərməyin dəyərini hesablamaq; riskləri daha yaxşı qiymətləndirmək; investisiyaların rentabelliyini müəyyənləşdirmək; konkret ölkədə şirkətin pis işləyən törəmə müəssisələrini aşkarlamaq. Açıqlanma səviyyəsi yüksək olduqca, investorlar öz maraqlarını daha yaxşı müdafiə edə bilər. İri investisiya və təqaüd fondlarının iri neft, qaz, dağ-mədən şirkətlərində vəsait qoyuluşları vardır və bu, dəyişikliklər üçün maraq yaratmalıdır.
    2. Səhmdarlar üçün uzunmüddətli dəyər
      Biz hesab edirik ki, hasiledici sektor şirkətlərinin bütün ölkələrdə daha şəffaf fəaliyyəti həm daha sabit investisiya mühiti, həm də davamlı inkişafa töhfə baxımından investorların uzunmüddətli maraqlarına cavab verəcək.
    3. Kredit riski
      Hərbi münaqişənin maliyyələşdirilməsində və ya korrupsiyalaşmış rejimin dəstəklənməsində birbaşa iştirak etmək, yaxud dolayı yardım göstərmək investorlar üçün bir sıra kredit riskləri ilə bağlıdır. Onlara aşağıdakılar daxildir:
    • Nüfuzun riski: korrupsiyalaşmış rejimi dəstəkləyən və vətəndaş cəmiyyətinin zəifləməsində əli olan şirkətlər öz şərəfli adlarını təhlükə altında qoyurlar.
    • İnvestorlar büdcə ödəmələrinin şəffaflığının şirkətlər üçün əhəmiyyətini bəyanatda qeyd ediblər. Bəyanatı təqribən 6,9 trilyon ABŞ dollarını kollektiv təmsil edən və bir çox transmilli neft şirkətlərinin səhmlərinin mühüm zərfinə malik olan Şimali Amerika, Avropa və Cənubi Afrika fondlarının rəhbərləri imzalayıb. Bu investorlar aşağıdakını bəyan ediblər:
    • "Hökumətə qanuni, amma bəyan olunmayan vəsaitləri ödəyən şirkətlər korrupsiya üçün əlverişli şərait yaranmasını dəstəkləməkdə ittiham oluna bilərlər. Bu, mühüm işgüzar riskdir və bu, şirkətləri korrupsiya davranışının dəstəklənməsi ittihamları qarşısında aciz edir, onların "fəaliyət göstərmək" üzrə lokal və qlobal hüquqlarını sarsıdır, şirkətləri lokal münaqişələr, müdafiəsizlik təhlükəsi qarşısında qoyur və mümkündür ki, onların həmin bazarlardakı uzunmüddətli kommersiya perspektivlərini də təhlükə altında qoyur".
    • Şəffaflıq birbaşa investisiya riski kimi: investisiya aləmində, xüsusilə də Birləşmiş Ştatlarda Enron şirkətilə bağlı bundan əvvəl baş vermiş qalmaqal baxımından o şeyin dərk edildiyi aydın görünür ki, məsuliyyətli şirkətdə yaxşı korporativ idarəetmənin, rəhbərliyin, mühasibat uçotunun mövcudluğu korporativ maliyyə göstəricilərinə bilavasitə və müsbət təsir edir.

  9. İctimai təşkilatlar "Ödədiklərini dərc et" kampaniyasına nə üçün qoşulmalıdırlar?

    "Ödədiklərini dərc et" kampaniyası beynəlxalq inkişaf, yoxsulluğun azaldılması, insan haqları, korporativ sosial məsuliyyət və ətraf mühitin mühafizəsi sahələrində işləyən həm milli, həm də beynəlxalq ictimai təşkilatlar üçün maraqlıdır. Xammal ehtiyatları ilə zəngin, amma iqtisadi cəhətdən yoxsul inkişaf edən ölkələrdə büdcə gəlirlərinin şəffaflığının milyonlarla insana verdiyi faydanın danılmaz sübütlarının mövcudluğu sayəsində həmin təşkilatların əksəriyyəti artıq koalisiyaya qoşulub. "Ödədiklərini dərc et" kampaniyası yoxsulluğun azaldılması, korrupsiya ilə mübarizənin aparılması, korporativ məsuliyyətin yüksəldilməsi, insan haqlarının qorunması və yaxşı idarəetmənin bərqarar olması üzrə mövcud beynəlxalq və lokal səylərə uyğundur.














webmaster@osi-az.org