Təqaüd proqramı BTMM-nin (Bakı təhsil məlumat mərkəzi) rəhbərliyi altında həyata keçirilir və məqsədi Azərbaycanda Soros təqaüdləri və proqramlarını yaymaqdır. Proqram tələbələrə mübadilə etməyə və Bakı və regionların tələbələrinə xarici universitetlərdə təhsil almağa imkan yaradır.
BTMM 1997-1999-cu illərdə aşağıdakı institut, seminar və proqramlarda iştirak etmək üçün təqaüdlər vermişdir:
Mərkəzi Avropa Universiteti (Macarıstan) – 10
Essex İnsan Hüquqları proqramı (BK) – 4
Exxon Təqaüdü (ABŞ) – 3
Amerika Geologiya İnstitutu (ABŞ) – 6
London İqtisadiyyat məktəbi (BK) – 3
Bolqariyada Amerika Universiteti (Bolqariya) – 5
Ətraf mühit qrant proqramı (ABŞ) – 1
Soros orta təhsil proqramı – 19
Salzburq tibb seminarı və təcrübə (Avstriya) – 53
Yay institutu (Macarıstan) – 15
Tədris proqramları resurs mərkəzi (Macarıstan) – 2
Soros əlavə qrant proqramı - 5
Tədqiqatları dəstək proqramı – 8
Bakalavr mübadilə proqramı – 2
Fakultə inkişaf etdirmə proqramı – 2
TOEFL müsabiqəsi – 10
Milli Soros təqaüdü – 9
Dyuk Hüquq məktəbi (Jeneva və Honq-Konq) – 5
İnsan hüquqları proqramı (Varşava) – 4
İnsan hüquqları, qanun və təcrübə proqramı – 2
1998-ci il təqaud proqramlarının məbəlği: 23.384 ABŞ Dolları
1999-ci il təqaud proqramlarının məbəlği: 268.820 ABŞ Dolları