Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin


Təhsil  
 Gənc Təşəbbüskarlara Yardım Proqramı


Arxiv  
 Programlar
Addım-Addım
 Tənqidi Təfəkkürün İnkişafı üçün Mütaliə və Yazı
 Vətəndəşlıq Tədrisi
 Dərsliklərin Nəşri
 İngilis Dili Tədrisi
 Təhsildə İKT-nin İstifadəsi
Debatlar
 Ali Təhsilə Dəstək Proqrami
 Təhsil Məlumat Mərkəzləri
 Təqaüd Proqramı
 Səhiyyə Təhsili
 Tətbiqi İqtisadiyyatın Tədrisi
 Statistika
 Əlaqə










"Addım-addım" proqramı

Proqramın koordinatoru: Ülviyyə Mikayılova

Missiyanın şərhi

    Addım-Addım Proqramı uşaqlar üçün anadan olduqları gündən on yaşınacan hərtərəfli təhsil islahatı proqramıdır.
    Bu proqram uşaqyönümlü, fərdiləşdirilmiş təlim metodologiyalarını təqdim edir, icmanın və ailənin məktəbəqədər tərbiyə müəssisələrinə və ibtidai məktəblərə cəlb edilməsini dəstəkləyir.
    Addım-Addım proqramı həm də ailənin fəal iştirakına imkan yaradır, məsələn, bu proqram məktəblərin və valideynlərin alternativ proqramlar arasından hökmən seçim etmələrini dəstəkləyir.
    Həmin proqram müəllimlər, köməkçi müəllimlər, ailə əlaqələndiriciləri, metodolgiya mütəxəssisləri, psixoloqlar və direktorlar üçün uşaq bağçalarına və məktəblərə texniki yardım göstərən yeni interaktiv tədris üsullarına dair təlim seminarları keçirir.

Proqram istiqamətləri
  1. Məktəbəqədər tərbiyə müəssisələri və ibtidai məktəblər üçün metodolgiyalar sahəsində islahat
  2. Müəllimlərin təlimləndirilməsi sahəsində islahatlar (hazırlıq və ixtisasartırma)
  3. Erkən Uşaqlıq dövrü ilə bağlı hərtərəfli təcrübə və xidmətlər təklif edəcək «Təhsildə İnnovasiyalar» adlı qeyri-hökumət təşkilatının inkişaf etdirilməsi

1998-2002-ci illərdə əldə olunan nailiyyətlər
  • Proqramın məktəbəqədər tərbiyə müəssisələri ilə bağlı hissəsi Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş mövcud milli proqrama dair rəsmi alternativ metodolgiya kimi status əldə etmişdir.
  • Addım-Addım proqramı məktəbəqədər tərbiyə müəssisələrində çalışan 1000 nəfərdən çox müəllimə, müəllim köməkçisinə, ibtidai məktəb müəllimlərinə, məktəb direktorlarına, inspektorlara, nazirliklərin nümayəndələrinə təlim keçmiş və eyni zamanda, universitet səviyyəsində təşkil edilən pedaqoji kurs 800-dən çox gələcək müəllimə təlim keçməklə bir sıra müxtəlif universitetlərin 100 fakültəsini cəlb etmişdir.
  • Addım-Addım proqramı Xalq Təhsili Nazirliyi, Azərbaycandakı və Amerikadakı yerli QHTlər və universitetlər tərəfindən yüksək qiymətləndirilmişdir. Təcrübə zamanı əldə olunan nəticələr Proqramın genişlənməsinə böyük marağın yaranması ilə nəticələnməklə bütün sahələrdə uşaqlarda nəzərəçarpacaq irəliləyişlərin olduğunu göstərir

Əsas fəaliyyətlər
Digər proqram fəaliyyətləri

Məktəbəqədər Addım-addım proqramı
    Məqsədlər
      Səmərəli tədris və təlimin aparılmasına, məktəbəqədər təlimin, daha sonrakı mərhələdə isə ibtidai məktəb şagirdləri üçün onun müasir üsullarının həyata keçirilməsinə imkan verən şəraitlərin (avadanlıqlar, mebel və i.a.) təmin edilməsi.
    1998-ci ildən bəri əldə olunan nailiyyətlər
      Bu layihə hal-hazırda bütün Azərbaycanda, 53 uşaq bağçasında (3500-dən çox uşağı əhatə edən 160 sinifdə) və müəllimlərin pedaqoji hazırlığı məqsədilə cəlb edilmiş beş universitetdə həyata keçirilməkdədir.
      SOS Kinderdorfa qabaqcıl tədris üsullarının işlənib hazırlanması məqsədilə layihə təklif edilmişdir.


İbtidai məktəb üzrə Addım-Addım proqramı
    Məqsədlər
      Məktəbəqədər proqramın prinsipini və metodolgiyasını işləyib hazırlamağa və davam etdirməyə, demokratik və inkişaf prinsiplərinə əsaslanan alternativ təhsil proqramının tətbiq edilməsinə imkan verəcək ibtidai məktəblər üçün təhsil modelinin inkişaf etdirilməsi.
    2003-cü il üzrə fəaliyyətlər
      Seçilmiş məktəblərin müəllimləri və direktorları üçün tədris ili ərzində müxtəlif vaxtlarda seminarlar kerçirilir. Həmin layihə hal-hazırda bütün Azərbaycanda, 44 ibtidai məktəbdə (3300-dən çox uşağı əhatə edən 110 sinifdə) və müəllimlərin pedaqoji hazırlığı məqsədilə cəlb edilmiş beş universitetdə həyata keçirilməkdədir.


Orta məktəb təhsil proqramı
    Məqsədlər
      Addım-Addım proqramının məqsədlərindən biri ali təhsil müəssisələrindən müəllimlərinin təlimini və yenidən təlimini təkmilləşdirilməsinin həyata keçirilməsidir.
    2003-cü il üzrə fəaliyyətlər
    Açıq Cəmiyyət İnstitutunun Azərbaycan Nümayəndəliyinin keçirdiyi təlim seminarları aşağıdakı mövzuları əhatə edir:
    • Qrup daxilində təlim mühitinin inkişaf etdirilməsi
    • Oyunlar vasitəsilə təhsilin təşkil edilməsi
    • Fəal mövzular: elm, riyaziyyat və kəmiyyət oyunları, incəsənət və musiqi, ədəbiyyat, yazı, savad təlimi və dram
    • İnteqrasiya olunmuş tədris proqramının yaradılması
    • Uşaqların müşdahidə olunması
    • Nəzəri planlaşdırma
    • Fərdiləşdirmə
    • Kitabların yaradılması
    • PT təlimi
    • Ailənin cəlb olunması
    • Qayda və əsasnamələrin yaradılması
    • Müəllimin rolu
    • «Plan-fəaliyyət-qiymətləndirmə» gündəlik silsilə
    • Böyüklərlə uşaqların qarşılıqlı münasibəti
    • İnteqrasiya olunmuş təhsil- Nitqin inkişaf etdirilməsi


Əməkdaşlıq
  • 1998-ci ildə Açıq Cəmiyyət İnstitutu həm Bakıda, həm də regionlarda Azərbaycanın 9 uşaq bağçasında 18 Addım-Addım proqramı işləyib hazırlamışdır
  • 1999-cu ildə həmin proqram daha 7 uşaq bağçasında, bütövlikdə, 16 məktəbdə 35 sinifdə də yayıldı. Yeniuşaq bağçalarından biri nitq qüsurları olan uşaqlar üçün məktəbdir və ACİ qüsurlu uşaqların müntəzəm təhsil sisteminə qatılmalarına bir təşəbbüs olaraq, onlar üçün proqramlar işləyib hazırlayacaq.

ACİ bu vaxtacan təhsil islahatının inkişafına yaxından yardım göstərmək məqsədilə Children's Aid Direct, World Vision və UMCOR kimi müxtəlif beynəlxalq QHT-lərlə əməkdaşlıq edir:
Valideynlərlə və icma ilə tərəfdaşlıq münasibətləri
    Əsas prinsip
      Təhsil prosesinin gedişinin icma qarşısında hesabat verməsininlılığının təmin edilməsi baxımından, valideynlərin cəlb olunması Addım-Addım proqramının təməl daşıdır.
    Valideynlər bu proqramı müxtəlif üsullarla dəstəkləyirlər:
    • sinif köməkçisi kimi könüllü fəaliyyət göstərmə
    • məktəbin yeniləşdirilməsi, bəzi təchizat üsullarının yaradılması, müxtəlif tədbirlərin təşkil edilməsi, əl işinin yaradılması (xalçalar, örtüklər, ağlar) da daxil olmaqla valideynin məktəbə yardım təşəbbüslərində iştirak etməsi
    • avadanlıq, yaxud kitabların həddiyyə edilməsi
    Nəaliyyətlər
      Təhsil Nazirliyinin xüsusi kollegial qərarında Addım-Addım Proqramı çərçivəsində valideynin\icmanın cəlb edilməsi Azərbaycanın bütün məktəblərində həyata keçirilməli olan çox uğurlu nadir təşəbbüs kimi tanınmışdır.
      ACİ bu vaxtacan təhsil islahatının inkişafına yaxından yardım göstərmək məqsədilə ABƏŞin AGG layihəsi olan STEP Səngəçal Terminalı ilə əməkdaşlıq edir.


Yeni ideyaların müəllimlərin təlimləndirilməsi prosesi ilə uzlaşdırılması.
    Layihənin məqsədləri
      Aşağıdakı ixtisaslar üzrə yeni eksperimental tədris planının daxil edilməsi məqsədilə pedaqoji hazırlıq müəssisələrinin tədris planlarında islahat xarakterli dəyişikliklər edilməsi: İbtidai Təhsil, Riyaziyyat və İnformatika üzrə pedaqogika və metodolgiya.
    2000-ci ildən bəri əldə olunan nailiyyətlər
    • Ali təhsil üzrə Addım-Addım proqramının yuxarıda göstərilən ixtisaslar üzrə Bakı Dövlət Pedaqoji Universitetində, Dövlət Pedaqoji Kollecində və Müəllimlər İnstitutunda Erkən Uşaqlıq dövrü üçün yeni pedaqoji texnologiya olaraq tədris planlarına daxil edilməsi.
    • 2000-ci ilin sentyabrından bəri Təhsil Nazirliyi Addım-Addım proqramını həyata keçirən uşaq bağçalarını və məktəbləri ölkənin bütün ixtisasartırma pedaqoji müəssisələrinin pedaqoji hazırlığa cəlb olunan dinləyicilərinin yeni Addım-Addım pedaqoji texnologiyasını təcrübədə müşahidə edib öyrənə bildikləri sahələr kimi təsdiq etmişdir.
    Gələcək məqsədlər
      2003-cü ildə, yeni tədris planı ilə aparılan təcrübə başa çatdıqdan sonra həmin tədris planı (Addım-Addım proqramı ilə) Azərbaycandakı bütün pedaqoji hazırlıq müəssisələri üçün təsdiqlənmişdir. Qabaqcıl Tədris Texnologiyaları üzrə Resurs mərkəzləri Layihənin sonrakı inkişafına yardım göstərilməsi və tədris təcrübəsi ilə əlaqələrin qurulması məqsədilə beş Ali Təhsil müəssisəsinin bazasında yaradılmışdır.


Uşaq bağçalarında və İbtidai məktəblərdə təlim mərkəzlərinin inkişaf etdirilməsi
    Layihənin məqsədləri
      Addım-Addım metodologiyasının Azərbaycan regionlarında yayılması
    Nəaliyyətlər
    • Bakıda, Sumqayıtda, Mingəçevirdə, Qubada, Lənkəranda, Şəkidə, Naxçıvanda, Şamaxıda, Qaxda, Salyanda, Ağcabədidə hər biri ən nümunəvi uşaq bağçalarında və ibtidai məktəblərdə yerləşməklə on üç ümummilli Təlim Mərkəzinin yaradılması.
    • Təlim Mərkəzləri Addım-Addım metodlarının öyrənilməsi ilə maraqlanan və onları öz sinif şəraitlərində həyata keçirən digər məktəblərdən olan müəllimlərin də kütləvi istifadəsi üçün nəzərdə tutulur.
    • Təlim Mərkəzləri hərtərəfli təlim və Addım-Addım proqramı sahəsində təcrübbə toplamış müəllimlərdən hamilik yardımı almaq üçün müvafiq imkanlar təlim edir
    • Təlim Mərkəzləri tərəfindən təklif olunan hərtərəfli təlim uğurlu təhsil üsulu kimi Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş və 2004-cü ildə akkreditə olunacaq.
    • Həmin Təlim Mərkəzləri vasitəsilə alternativ təkrar təlim xidmətləri işləyib hazırlamaq üçün Təhsil Nazirliyi ilə xüsusi müqavilə bağlanmışdır.


Etnik Azlıqlarla əməkdaşlıq
    Məqsədlər
      Addım-Addım Proqramına Azərbaycandakı etnik azlıqların cəlb edilməsinə xüsusi diqqət yetirməklə həyata keçirilməsi.
    PHəyata keçirilmə əraziləri və məqsədli əhali qrupları
    • Gürcülərin (Gürcüstanın Azərbaycandakı Səfirliyinin müraciətinə əsasən) məskunlaşdığı qərb regionlarında
    • Talışların yaşadığı cənub regionlarında
    • Ləzgilərin yaşadığı şimal regionlarında
    • Avarların yaşadığı şimal-qərb regionlarında
    • Azərbaycanın şimalında bir yəhudi məktəbi (Azərbaycandakı yəhudi icmasının müraciətinə əsasən)


Addım-Addım Layihəsi və Təhsil Nazirliyi
    Ümumi icmal
      1999-cu ildən bəri Təhsil Nazirliyi təhsil islahatının yeni bir strategiyasını həyata keçirməkdədir.
      Bu həm də Addım-Addım Proqramının rəsmi şəkildə tanınmasını da əhatə edir.
    Nəticələr
    ACİ və Təhsil Nazirliyinin Məktəbəqədər Addım-Addım proqramının həyata keçirilməsinə dair birgə hesabatından sonra:
    • Məktəbəqədər Addım-Addım Proqramı məktəbəqədər təhsil üçün yeni bir pedaqojitexnologiya kimi təsdiq edilmişdir.
    • Məktəbəqədər Addım-Addım texnologiyasının milli məktəbəqədər tədris planına uyğunlaşdırılması tələb olunmuşdur.
    • Bütün təkrar təlim müəssisələrində (onların regional mərkəzlərindən 12-si də daxil olmaqla), Pedaqoji Universitetdə və Dövlət Pedaqoji Kollecində ali təhsil islahatının bir hissəsi kimi, Addım-Addım texnologiyası üzrə başlanmış kurslar.
    • Təkrarlama siniflərinin yaradılması üzrə real demokratik mexanizmin yaradılması:
      akkreditasiyadan sonra bütün məktəblər və müəllimlər məktəbəqədər və ibtidai təhsil üzrə Addım-Addım pedaqoji texnologiyasının həyata keçirilməsi üçün yerli təhsil orqanları vasitəsilə ACİ-YF-yə müraciət edə biləcəklər.


Addım-Addım Layihəsi çərçivəsində digər təşəbbüslər
Uşaq kitablarının nəşri
    Məqsədlər
      Azərbaycanda yüksək didaktik tələblərə lazımınca cavab verən uşaq kitablarına olan ehtiyacın Kiril əlifbasından daha çox Latın əlifbasından istifadə etməklə aradan qaldırılması.
    Fəaliyyətlər
    • Uşaq yazıçılarının, naşirlərin, müəllimlərin və valideynlərin iştirakı ilə xüsusi dəyirmi stol
    • Ən yaxşı uşaq kitablarının işlənilib hazırlanması və qiymətləndirilməsi üzrə didaktik meyarların ekspert təhlili aparılmışdır (ACİ-YF tərəfindən göndərilmiş kitab toplumu əsasında).
    • 10 yaşadək uşaqlar üçün içərisindən jürinin altı ən yaxşı kitab seçdiyi və sonra nəşr olunmuş ən yaxşı uşaq kitabları üçün müsabiqə keçirilmişdir
    • Uşaq yazıçıları və kitab rəssamları üçün onları ən yaxşı uşaq kitablarının işlənilib hazırlanmasına dair didaktik meyarlarla məlumatlandırmaq məqsədilə xüsusi treyninq keçirilmişdir.


Daxil edilmə
    Məqsədlər
      Məktəbəqədər müntəzəm təhsil müəssisələrində və daha sonrakı mərhələdə isə ibtidai siniflərdə xüsusi təhsilə ehtiyac duyan uşaqların səmərəli tədris və təliminin inkişaf etdirilməsi.
    2003-2004-cü illər üzrə fəaliyyətlər
      Seçilmiş məktəblərin və uşaq bağçalarının müəllimləri üçün daxil edilməyə dair müasir təlim üsullarının həyata keçirilməsi işinə yardım göstərmək məqsədilə seminarlar keçirilmişdir. Təhsil Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən həmin eksperimental layihə 2004-cü ildə həyata keçiriləcək.


"Addım-addım" layihəsi və onun partnyor-təşkilatları:
  • SOS Kinderdorf
  • Məktəblər
  • Məktəbəqədər təhsil müəssisələri
  • Universitetlər
  • Müəllimləri təkmilləşdirmə İnstitutları
  • Təhsil Nazirliyi
  • UNICEF
  • EXXON MOBIL
  • Children's Aid Direct
  • United Aid for Azerbaijan
  • Birləşmiş Millətlər Təşkilatının Qadınlar Təşkilatı
  • Maddi yardım üzrə Birləşmiş Metodistlər Komitəsi
  • World Vision
  • ABƏŞ

Digər əlaqədar şəxslər
    Elnarə Gəni-zadə
    Məktəbəqədər "Addım-addım" proqramının koordinatoru
    Fəridə Əliyeva
    İbtidai "Addım-addım" proqramının koordinatoru
    Iradə Məmmədova
    Təlimlər üzrə Direktor


webmaster@osi-az.org