Fondun fəaliyyəti ştat işçiləri və ekspert komitələri üzvlərinin səyləri ilə təmin olunur.
Ekspert komitələri və İdarə Heyəti proqram strateqiyası və layihələr barədə qərar qəbul edən qurumlardır. Bu heyətlərin tərkibi 2, 3 və ya 4 illik rotasiya əsasında formalaşır.
Ştat işçiləri dörd müvafiq şöbələrdə çalışırlar. Onlardan ikisi inzibati və digər ikisi proqram fəaliyyətini həyəta keçirir.
İcraçı Direktor Fondun rəhbəridir və o, AÇİ-YF-nun İdarə heyəti tərəfindən müəyyən edilmiş strategiya çərçivəsində fondun ümumi fəaliyyətinə görə məsuliyyət daşıyır.
Fondun ən yüksək qərar qəbul edən qurumu İdarə Heyətidir. Bu heyət təsisçi tərəfindən təyin olunan 7 nəfərdən ibarətdir. İdarə heyəti fondun ümumi strategiyasını nəzərdən keçirir, illik büdcəni təsdiq edir, il ərzində ona dəyişikliklər edir və həcmi 10 min ABŞ dollarından çox olan layihələri, o cümlədən maraqların toqquşmasına səbəb olan qrantları dəyərləndirir. Bundan əlavə fondun İcraçı Direktor namizədliyi də İdarə Heyəti tərəfindən seçilir və təsisçi tərəfindən təstiqlənir. Eyni zamanda İdarə Heyəti Ekspert komitələrinin tərkibini təstiqləyir.
Ekspert Komitələri müvafiq proqramlar üzrə qərar qəbul edən məşvərətçi qurumlardır. Onlar müəyyən proqramın strategiyasını nəzərdən keçirir, 10 min ABŞ dollarından az olan qrantların dəyərləndirilməsinə və təsdiqlənməsinə qərar verirlər.
Ştat İşçiləri Fondun gündəlik işini yerinə yetirir.
Proqram işçiləri (əlaqələndiricilər/müdirlər) müxtəlif layihələr barədə məlumat toplayıb Ekspert komitələrinin nəzərinə təqdim edirlər, proqram strateqiyalarının ilkin hazırlanmasına cavabdehlik daşıyır və eyni zamanda, ərizəçilər və qərarları qəbul edən qurumlar arasında vasitəçi rolunu oynayırlar.
İnzibati işçilər büdcənin planlaşdırılmasında, həyata keçirilmiş layihələrin və verilmiş qrantların qiymətləndirilməsində proqram əməkdaşlarına yardım göstərir və gündəlik inzibati işlərdə kömək edirlər.
Hal hazırkı İdarə Heyətinin tərkibi: