|
QADIN ŞƏBƏKƏ PROQRAMI
Proqram koordinatoru: Gülnarə Məmmədova
Açıq Cəmiyyət - Azərbaycan Qadın Proqramı 1998-ci ildə açılmışdır. Proqramın yaranması və sonrakı inkişafı İslam ənənələrinə irsən yiyələnmiş, lakin bütün başqa dinlərə rəğbətlə yanaşan, həm Rusca, həm də Azərbaycanca danışan, eyni zamanda həm Qərb, həm də Şərq ictimai dəyərlərinə riayət edən, coğrafi mövqeyinə görə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən, siyasi baxımdan totalitarizmdən demokratiyaya, iqtisadi cəhətdən inzibati idarəetmə sistemi ilə bazar sistemlərinin birləşməsi olan ölkənin əhalisinin özünəməxsus mentaliteti əsasında baş verir.
Qadın Şəbəkə Proqramı ümumi münasibətləri və anlayışları onların ölkələrindəki vəziyyətə uyğunlaşdıraraq öz strategiyalarını müəyyən edən 26 ölkədə fəaliyyət göstərir (Şərqi Avropa, Keçmiş Sovet İttifaqı ölkələri, Monqolistan). Geniş iştirak prosesində inkişaf edərək Qadın Proqramı Azərbaycanda qadının hüquqlarının inkişafına şərait yaradır.
Proqramın diqqət yetirdiyi əsas sahələr - İctimai Həyatda Qadınların İştirakı, Qadınların Hüquqları, Gender Təhsili. İnformasiya təşəbbüsləri, Gender İnteqrasiyası, Qadınlara Qarşı Zorakılıq, Qadınlar üçün İqtisadi İnkişaf Proqramları, Gender siyasəti və KİV, Donorlar Tərəfdaşlıqlarıdır.
2002-ci ildən etibarən bu proqram çərçivəsində Gender Araşdırmaları və Məlumat Mərkəzləri, Səlahiyyətli Təhsil təşəbbüsü kimi bir neçə əhəmiyyətli proqrama yardım göstərilmişdir. Bu 3 təşəbbüs gələcəkdə tərəfdaşlar hesab ediləcək, öz səylərini birləşdirəcək və birgə təşəbbüs kimi fəaliyyət göstərəcəklər.
Buna görə Qadın Proqramı uzun müddətli təşəbbüslər proqramına institusional və texniki yardım göstərməyi, həmçinin respublikadakı qadın QHT-ri tərəfindən hazırlanmış innovasiya layihələrinə yardım göstərməyi öhdəsinə götürmüşdür.
2006-cı ildə proqram əsas etibarı ilə monitorinqlərə və qadın məsələləri sahəsində mütəxəssislərin təkmilləşdirilməsinə yönəlmiş birgə təşəbbüslərə yardım göstərəcək.
QŞP Bakıda və regionlarda başqa beynəlxalq təşkilatların diqqətindən kənarda qalmış gender proqramlarını tədqiq edir və / və ya treninq proqramları ilə məşğul olur.
QŞP-nın Vəzifəsi
Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu Azərbaycan demokratikləşmə prosesinin tərkib hissəsi kimi qadınların insan hüquqlarının inkişafına, qender bərabərliyinə və demokratikləşmə prosesinin ayrılmaz hissəsi kimi qadınların təsir dairələrinin genişlənməsinə yardım göstərir. Proqram qanunvericilik islahatlarına, təbliğata və monitorinqə yönəlmiş gender tərkibli layihələri həvəsləndirir, dəstəklənir.Qadın Proqramı gender məsələləri barədə ictimaiyyəti daha çox xəbərdar etməyə, gender məsələlərinə həssas siyasətlər hazırlamaq məqsədilə siyasətçilərə təsir etməyə və qadın hüquqlarının pozulması hallarını aradan qaldırmağa çalışır. Proqram davamlı və təsirli təsisatlar yaratmaq, ekspertlər cəmiyyətinin təşkilinə və gücünün artırılmasına, qadınların hüquqlarının genişləndirilməsinə çalışan qadın təşkilatları arasında təcrübə mübadiləsinə və əməkdaşlığa və ölkədə qadınların bərabərliyinə nail olmaq üçün səylər göstərir. |
2006-cı ildə QŞP-nin əsas sahələri
- Gələcək tərəfdaşların bacarığının müəyyən edilməsi
- Monitorinq qruplarının yaranmasına yardım göstərilməsi
- Gender qanunvericiliyinin hazırlanmasına yardım göstərilməsi
- Özünün əsas təsis tərəfdaşları və uzunmüddətli tərəfdaşlar üçün sabitliyin əldə edilməsi
- Beynəlxalq səviyyədə regional şəbəkələrdə iştirak vasitəsilə mövcud proqramların sub-regional əhatə dairəsinin genişləndirilməsi
QŞP Metodikası
- Əsas prioritetlərə təqib etmək, mövcud şəbəkələri inkişaf etdirmək və sabit saxlamaq və yaradıcı siyasətin təsiri.
- Yerli mütəxəssislərin və yüksək vəzifəli şəxslərin bacarıqlarının təkmilləşdirilməsi, regional əməkdaşlığa və qlobal təsirə təkan verən vahid bir əlaqənin yaradılması.
- Proqramlaşdırmanın bütün aspektlərində iştirakçı və əhatəli proses
Qadınlara Qarşı Zorakılıq
Gələcək işin prioritetləri: Yeni qanunvericiliyin yaradılması məqsədilə insan hüquqları ilə məşğul olan QHT-nin müdafiə rolunun gücləndirilməsi; DV haqqında qanunun hazırlanması, Monitorinq qrupunun təşkil edilməsi; Qadınlara Qarşı Zorakılıq və insan alveri sahəsində sub-regional təşəbbüslər.
Fəaliyyət planı: treninq proqramları, institusional yardım, tədqiqatların aparılması.
Məlumat və Sənəd Mərkəzinin Yaradılması (INDOC) – uzunmüddətli təşəbbüs
Gələcək işin prioritetləri: Gender Məlumat Mərkəzinin daha da inkişaf etdirilməsi, Qadınlara Qarşı Zorakılıq Stop VAW Milli Monitor təşəbbüsü və onun 3 illik strategiyası.
2003-cü ildə ölkə səviyyəsində öz fəaliyyətini sabitləşdirməyə nail olmaq məqsədilə Gender Məlumat mərkəzi 3 illik strategiyanı hazırladı. Proqram baxımından mərkəz məlumat bazasının inkişaf etdirilməsi, təhsilin gender resurslarına dair kataloqun elektron variantının, gender qlossarini və müntəxabatının hazırlanması üzərində səylərini cəmləşdirəcək. 2006-cı ildə milli mərkəzlərə yardıma ümumi monitorinq layihəsilə əlaqədar fəaliyyətlərin, strateji planlaşdırmanın və ölkə miqyasında informasiya sabitliyinin təmin edilməsinə yönəlmiş işlərin maaliyyələşdirilməsi daxil olmalıdır.
KİV və Gender Siyasəti (KİVGS) – uzunmüddətli təşəbbüs
2000-ci ilin payızında başlanmış keçmiş Sovet İttifaqı ölkələrində və Monqolustanda bu sub-regional təşəbbüs müxtəlif KİV sahələrində fəaliyyət göstərən aparıcı jurnalistlərin və kinorejissorların cender məsələlərinə dair bilik və bacarıqlarının artırılması üçün nəzərdə tutulmuşdur. Ölkənin analitiklərindən, jurnalistlərindən, kinorejissorlarından və QHT-dan ibarət qruplar gender mövqeyindən çıxış edərək müxtəlif media materialları – bir çox ölkələrdə yüksək professional keyfiyyəti, estetik çağırışları özlərində birləşdirən sənədli filmlər – üzərində işləmiş və mühüm sosial məsələlərin müzakirəsində iştirak etmişlər.
Filmlər və digər mətbuat materallarından qadınların hüquqlarının müdafiəsində istifadə edilmişdir. Hazırda filmlər xarıcdə yayımlanmaq məqsədilə “Gender Montaj: Keçmiş Sovet Məkanında Paradiqmalar” adlanan gender toplusu kimi toplanmaqdadırlar və onlar müxtəlif film festivallarına, eləcə də konfranslara göndəriləcəklər. Bundan başqa yerli jurnalistlərin gender məsələlərinə münasibətdə səviyyələrini artırmaq məqsədilə QŞP təşəbbüsü çərçivəsində bir neçə treninq keçirilir.
2006-cı ildə bu proqram: Mətbuat monitorinqi, Milli filmlərin davam etməkdə olan inkişafı və milli, regional və beynəlxalq səviyyələrdə milli seminarlar, gender tədqiqat mərkəzləri və proqramları, film festivalları, jurnalistlər üçün resurs mərkəzləri, eləcə də təbliğat və müdafiə məqsədləri üçün beynəlxalq donorlar ətrafında səylərini cəmləşdirəcək.
Gender və Təhsil – uzunmüddətli təşəbbüsü
2006-cı ildə QŞP gender tədqiqatlarının təbliğinə kömək məqsədilə maaliyyə vəsaitləri ayıracaq. Bu aşağıdakı təşəbbüslərə əsas maliyyə yardımı, proqramlaşdırılmış yardım formasında ola bilər: Məktəb kitablarının gender baxımından qiymətləndirilməsi, Monitorinq qrupunun təşkili, Tədqiqat və təhsil metodikalarına həsr olunmuş beynəlxalq yay metodiki məktəbləri, Gender təhsili standartlarına üzrə treninqlər, Beynəlxalq miqyasda aparılmış tədqiqatların antologiyasının milli dillərə tərcüməsi Əsas Gender Terminlərinin izahlı lüğəti və müəllimlər üçün metodik göstərişlər, regional universitetlər üçün yay məkəbləri və metodik treninqlər, məsləhətləşmələr və gender tədqiqatlarına həsr olunmuş başqa proqramların ekspertlərinin mübadiləsi, Təyinatlı təhsil metodikasının həyata keçirilməsinə əsaslanan orta məktəblər üçün təhsil proqramının hazırlanmasına yardım, Təyinatlı təhsil təşəbbüsünün hazırlanması və digər vacib məqsədlər.
Donor Tərəfdaşlıqları
İş planı: Beynəlxalq və yerli standartlara uyğun treninqlər, eləcə də QHT-lar və hökumət üçün gender bərabərliyi ilə bağlı öhdəliklər; Təbliğat və İctimai məlumatlılıq kampaniyaları; beynəlxalq sənədlərin (QQAAQK(CEDAW), MİM) yerinə yetirilməsi və beynəlxalq standartların effektivliyi üzrə monitorinq/tədqiqat layihələri; Gender Büdcəsinin təşkili və tələb olunan sənədlərin çapı və tərcüməsi; ölkədə qadınların sahibkarlığı inkişafına yönəlmiş layihələr.
Dünyaya çıxış
Gender sahəsində mütəxəssislər və qadın hüquqlarının müdafiəçiləri üçün səyahət qrantları
Tədbirlər: QQAAQK(CEDAW), MİM və Pekin gender monitorinqləri ilə əlaqədar; başqa strateji görüşlər, film festivalları, yay məktəbləri.
|