Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin


Təhsil  
 Gənc Təşəbbüskarlara Yardım Proqramı


Gənclər üçün yay düşərgəsi  
 Camp Program
 Evaluation
 List of stidents
 Questionnaries


Arxiv  
 Proqramlar
 Təhsil İslahatı Layihəsi
 Ali Təhsilə Dəstək layihəsi - Təhsil İnformasiya Mərkəzləri
 İngilis dili proqramı
 "Təhsildə İnnovasiyalar"
Vətəndaş İştirakının inkişafı
 Təhsildə QHT sektoruna dəstək Proqramı
Vətəndaş Təhsili Proqramı
"Vətəndaş Cəmiyyətində Debat"
 Tez-tez Verilən Suallar
 İnternet Kitabxanası
 Statistika
 Əlaqə










Gənc Təşəbbüskarlara Yardım Proqramı

Proqram Koordinator: Pərviz Bağırov, pbagirov@osi-az.org

  1. Ümumi məlumat

    Məlumdur ki, korrupsiya, zəif rəhbərlik və yerlibazlıq Azərbaycan cəmiyyətinə son dərəcə mənfi təsir göstərir. Bu, xüsusilə də, gənclərə zərbə vurur, belə ki, onlar ilk ictimai fəaliyyət sahəsi olan ali təhsil müəsisələrindən başlayaraq artıq bu cür zərərlərin mənfi təsirinin gündən-günə artması ilə üzləşirlər. Nəticədə cəmiyyət reformasiya potensialını itirir və demokratikləşmə və müsbət idarəetmə perspektivləri azalır. Bu gün ali təhsil müəsisələri tələbələrin bir sıra sosial bəlalar və mənfi təsirlərlə üzləşdikləri məkanlara çevrilmişdir. Bu cür ağır sınaqlardan keçən tələbələr həmin vəziyyətlərdə müxtəlif reaksiyalar göstərirlər ki, bununla da tələbələri təxminən aşağıdakı qruplara ayırmaq olar:

    • Mənfi təsirlərə məruz qalan və onları qəbul edən tələbələr: onlar korrupsiya sisteminin tərkib hissəsinə çevrilir və həmin sistemin inkişaf etməsinə xidmət edirlər
    • Xaricə gedərək qanunların daha möhkəm və təhsil prosesinin daha cəlbedici olduğu ölkələrdə təhsil almaq və işləmək imkanı axtaranlar
    • Cəmiyyət üçün təklif olunan seçimlərdən narazı olan və ictimai həyatda heç bir marağı olmadan passiv mövqe tutanlar, yaxud da bunun əvəzinə öz maraqlarını dini həyata yönəldənlər.

    Bir çox müşahidəçilər gənclərin belə vəziyyətini milli fəlakət kimi qiymətləndirirlər. Gələcəyin liderləri olan bu günkü tələbələrə təhsil almaq, işləmək, cəmiyyətin fəal üzvü olmaq və ya ən az təhsil prosesinin fəal iştirakçıları olmaq məqsədilə öz potensiallarından istifadə etmələri üçün çox az imkanlar verilir. Tələbələr öz faktiki hüquq və imtiyazlarından bixəbərdirlər. Bundan başqa, gənclərdən və tələbələrdən ibarət birliklər çox vaxt siyasi partiyaların ambisiya və rəqabətlərinin qurbanı olurlar və bununla da, ictimai fəaliyyətə heç bir maraqları qalmır.

  2. Proqramın məqsəd və məramı:
    • ali təhsil müəsisələrində fəal gənclərdən ibarət birliklər yaratmaq
    • təhsil islahatları və sosial problemlərin həllində iştirak etmək üçün tələbələrdə stimul yaratmaq
    • vətəndaşların fəallığının artırılmasına yönəlmiş tədbirlərdə tələbə birliklərinin iştirakına imkan yaratmaq
    • təhsil mühiti, işsizlik, liderlik imkanları, cins (cender) bərabərliyi, dövlət siyasəti kimi məsələlərin həllində iştirak etmək üçün gənclərin şəbəkələrini yaratmaq.

  3. Fəaliyyət (Tədbirlər)

    ACİ-YF belə hesab edir ki, tələbələrin fəallığa və birliyə çağırılması gənclər üçün həyata keçirilən bütün tədbirlərdə ən mühüm rol oynayır. Universitet tələbələrini vətəndaş cəmiyyəti şəbəkəsində mühüm bağ kimi görmək çox mühümdür.

    Sovet İttifaqının süqutundan sonra Azərbaycanda təhsilin əhəmiyyəti və onun sosial baxımdan şüurlu və demokratik cəhətdən məsuliyyətli vətəndaşların inkişafında rolu son dərəcə azalmışdır. Demək olar ki, hər bir vəziyyətdə bilik və bacarıqlara yiyələnmək arzusu universitet diplomu əldə etmək məqsədi ilə əvəz olunmuşdur ki, bu da gələcəyin "açarı" hesab olunur. Bunun nə dərəcədə gülünc olmasına baxmayaraq, tələbələr neçə il ancaq diplom "qazanmaq" üçün dərsə gedirlər və bu da sadəcə olaraq, elə bir əhəmiyyəti olmayan və çox nadir hallarda tələbənin lazımi və praktik biliklərini düzgün şəkildə əks etdirən bir kağız parçasıdır. Bu, təkcə tələbələrin deyil, həmçinin müəllimlərin də çətinliyidir. Ənənəvi müəllim rolunu oynamaq üçün marağın olmaması da bu problemin bir hissəsidir.

    Azərbaycanda tələbə və gənclər icması aşağıdakı problemlərlə üzləşir:

    • Tələbələr hesab edirlər ki, onlar gələcək üçün imkanlara malik ldeyillər:
    • Tələbələrdə özünəinam hissi azalır və pessimistik hisslər artır ki, bu da cəmiyyətdə lider və fəal üzv kimi iştirak etmək üçün onların potensialını məhdudlaşdırır
    • Bir çox gənclər anti-sosial mövqeyə yönəlirlər və bu da onların narkotik maddələrdən istifadə etmələri və cinayətə sövq edilmələri ilə nəticələnir
    • "Beyinlərin emiqrasiyası" problemi: ümidləri üzülmüş və xaricdə perspektivlər axtaran bir çox gənc Azərbaycanı müvəqqəti və ya daimi tərk etmək qərarına gəlirlər və bununla da ölkəni sosial və iqtisadi problemlərin həllində mühüm rol oynaya biləcək istedad və təşəbbüskarlıqdan məhrum edirlər.

    Yuxarıda göstərilənləri nəzərə alaraq, ACİ-YF Tələbə Mərkəzlərinə yardım etmək, möhkəmləndirmək və həmçinin təhsil problemlərinin həllində onların birbaşa iştirakına imkan yaratmaq məqsədilə "Tələbə Mərkəzlərinə Yardım" layihəsini işləyib hazırlamışdır.

    Tələbə Mərkəzlərinə Yardım layihəsi (TMY)
    Layihənin Məqsəd və Məramı

    Əsas məqsəd universitet tələbələrinin təhsil prosesində iştirakını artırmaq üçün onları bilik və imkanlarla təchiz etmək və Tələbə Mərkəzlərinin köməyilə onların fəal sosial fəaliyyətinin artırılması üçün əlverişli mühit yaratmaqdır.

    Buraya universitet icmalarında potensial liderlərin müəyyən edilməsi və onların təşkilati səviyyədə əsas rol oynamaları üçün yetərli bilik və bacarıqla təchiz edilməsi və həmçinin yardım göstərilməsi daxildir.

    Layihənin məzmunu

    OSİ-AF hazırda təşkilatçılıq və yardım baxımından ehtiyac içərisində olan universitet tələbə mərkəzləri üçün göstərişlər verəcək və təlim məşğələləri təşkil edəcək. Tələbələrin sosial həyatını yaxşılaşdırmaq üçün tədbirlər həyata keçiriləcək ki, bu da təhsil prosesini əhatə edərək onun daha çox çalışqanlıq tələb edən, ancaq eyni zamanda daha maraqlı bir prosesə çevrilməsi ilə nəticələnəcək. İlk olaraq biz bu layihəni iki dövlət universitetində və bir özəl universitetdə həyata keçirəcəyik:

    • Dövlət İqtisad Universiteti
    • Bakı Dövlət Unİversiteti
    • Xəzər Universiteti

    Layihə 1 tədris ili ərzində davam edəcək. Bu layihənin coğrafi əhatəsi geniş deyil və ancaq Bakı şəhərində yerləşən universitetləri əhatə edir. Ancaq, layihənin ilkin mərhələsində əldə ediləcək nəticələrdən asılı olaraq, layihənin genişləndirilərək Azərbaycanın rayonlarında da həyata keçirilməsi mümkündür.

    Yuxarıda göstərilmiş universitetlərin layihəyə yardım göstərəcəklərinə böyük umidlər bəslənir. İlkin məlumatlandırma və təlim məşğələlərinin keçirilməsi, həmçinin tələbə mərkəzlərinin gələcək fəaliyyətləri üçün universitetlərin rəhbərliyi universitet ərazisində yer ayıracaq.

    Layihənin həyata keçirilməsi Planı

    Bu layihənin məqsədlərinə nail olmaq üçün müəyyən edilmiş metod interaktiv öyrənmə prosesi və Tələbə Mərkəzləri tərəfindən irəli sürülən təşəbbüstlərin həyata keçirilməsinə imkan yaratmaq niyyətinə əsaslanır. Layihənin məqsədlərinə üç mərhələdə nail olmaq planlaşdırılmışdır:

    Mərhələ 1: Tələbələri Şimali Amerikada universitet həyatı ilə tanış edən dörd məlumat xarakterli seminarın keçirilməsi. Bu seminarların məzmunu aşağıdakı kimidir:

    1. Kanada Kvebek, Montrealda yerləşən McGill Universiteti ilə tələbələri tanış etmək. Montreal şəhəri, universitetin qısaca tarixi, tələbələrin sayı, universitetin büdcəsi və universitetin necə idarə olunduğuna dair qısaca məlumat veriləcək. Seminar üçün ayrılmış vaxtın çox hissəsi McGill Universitetinin fakültə və proqramlarının (başqa sözlə desək, orada tədris edilən fənlər), həmçinin tələbə və professorlar arasında münasibətlərin müzakirəsinə həsr ediləcək. Burada əsas diqqət fənnlərin dəyərləndirilməsi, dərs saatları, texniki yardımdan faydalanma və konfrans/seminarların keçirilməsinə yönələcək.
    2. Universitet şəhərciyində Tələbələrin Həyatı. Bu, McGill Universitetində Tələbə Cəmiyyəti (tələbələrin orqanı) və onun işinə dair qısaca məlumatla başlayacaq. Daha sonra biz şəhərcikdə təşkil olunmuş klub və xidmətlərdən söz açaraq burada əsas diqqəti mövcud vasitələrə yönəldəcəyik. Buraya həmçinin şəhərcikdə dərc olunan qəzetlərin müzakirəsi və universitetdə keçirilən atletika tədbirlərinə dair məlumat verilməsi daxildir.
    3. Bu seminar tədris ilinin strukturuna dair qısaca məlumatla başlayacaq və daha sonra fənn seçmə posesi (bu seminarların nə zaman başlayacağından asılıdır, yəqin ki, mənə fənnlərin təqvimi göndəriləcək) müzakirə ediləcək və bir sıra humanitar fənnlərin sistemləşdirilməsi izah olunacaq. Seminarların qalan hissəsi McGill Universitetində ən populyar humanitar fənlər barədə söhbətlərə həsr olunacaq.
    4. Son seminarda iştirak edən tələbələrdən təhsillə bağlı mühüm məsələləri sadalamaları xahiş olunacaq. Onların sadaladıqları məsələlərdən ibarət siyahıdan araşdırma layihəsində əsas siyahının tərtib edilməsi üçün istifadə olunacaq. Daha əvvəlki seminarlarda qeyd olunmuş araşdırma layihəsinə dair burada geniş məlumat veriləcək.

    Mərhələ 2: Tələbələr tərəfindən araşdırma layihəsinə dair təkliflərin irəli sürülməsi: ən ümidverici təkliflərin seçilməsi: seçilmiş tələbələr üçün araşdırma metodlarına dair təlim məşğələlərinin keçirilməsi.

    Mərhələ 3: Tələbələr tərəfindən araşdırma layihələrinin tamamlanması: ən yüksək səviyyəli layihələrin mükafatlandırma üçün seçilməsi.

    Gözlənilən Nəticələr və TMY-nin Davamlılığı

    Biz ümid edirik ki, "Tələbə Mərkəzlərinə Yardım" layihəsi həyata keçirildikdən sonra aşağıdakı məqsədlərə nail olunacaq:

    • Gənclərin öz icmalarında iştirakının artması, gələcəkdə yüksək vətəndaşlıq borcu hissi ilə yaşayan və qərarların qəbul edilməsində fəal iştirak edən gənc potensialın inkişafı
    • Universitetlər və ACİ-YF arasında əməkdaşlığın inkişaf etdirilməsi
    • Liderliyə can atmaq, icmadaxili tədbirlər təşkil etmək və tələbələrin hüquqlarını müdafiə etmək üçün bilik, bacarıq və imkanlarla təchiz edilmiş Tələbə Mərkəzlərinin fəaliyyət göstərməsi.

  4. Gənclər proqramının uzun müddətli məqsədləri və onun ACİ-YF-ın milli strategiyası baxımından əhəmiyyəti

    TMY layihəsi çərçivəsində fəal tələbə qruplarının yaradılması və bu layihənin 2006-2007-ci illərdə genişləndirilməsi aşağıdakı nəticələr verəcək:

    • Tələbə icmalarının həvəsləndirilməsi və insan hüquqları məsələsində gənclərin iştirakını artırmaq üçün gənclər arasında təhsil və fəallaşdırma tədbirlərinin keçirilməsi, təhsil sahəsində aparılan islahatlara nəzarət, digər nəzarət tədbirləri
    • Digər AİB ölkələrinin təcrübəsinə əsaslanmaqla, Avropa dəyərlərinin dərk edilməsi, həmçinin milli hökumətin də dəstəyi ilə tələbə və gənclərin təhsil sahəsində keçirilən islahatlarda iştirakına yardım göstərmək üçün Avropa Gənclər Mərkəzinin yaradılması.

    Bu layihə gənclərin öz ölkələrində qarşılaşdıqları problemlərin aradan qaldırılması və bununda da gənclərdən ibarət təşkiların köməyilə həmin ölkələrin inkişaf etdirilməsinə xidmət edəcək.



webmaster@osi-az.org